Амин Бабайев, Вцгар Бабайев


Şəkil 9. Davamlı inkişaf konsepsiyasının məkan-struktur modeli



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə52/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   431
Şəkil 9. Davamlı inkişaf konsepsiyasının məkan-struktur modeli 
 
2.4. Azərbaycan torpaqlarının ekoloji problemləri 
 
 
Uzun illər ölkədə aqrar sənaye komleksinin ekstensiv inkşafı,  əkinçilik 
mədəniyyətinin aşağı  səviyyədə olması  və il ərzində bir neçə öhdəlikləri özünə 
yük edən dövlət planları torpaqlarımızda şoranlaşma, eroziya, kimyəvi çirklənmə
əkinaltı qatın kipləşməsi kimi mənfi proseslərin təsiri altında böyük ərazilərdə 
torpaq deqradasiyasına (torpağın bioloji və iqtisadi məhsuldarlığının itməsi) səbəb 
olmuşdur. 
 
Eroziya proseslərinin  əsas səbəbləri yamaclarda maili ərazilərdə eroziya 
təhlükəsini və torpaq-relyef xüsusiyyətlərini nəzərə almadan torpaq istifadəçili-
yinin düzgün təşkil edilməməsi ilə, yay otlaqlarında və kənd ətrafı otlaq sahələrdə 
isə mal-qaranın nizamsız otarılması ilə əlaqədardır. Dağlıq və dağətəyi rayonlarda 
tətbiq olunan aqrotexniki qaydalar aran zonası üçün nəzərdə tutulan qaydalardan 
heç cür fərqlənmirdi. Eyni zamanda dağ yamaclarında meşələrin sistemsiz 
qırılması və ərazidə nəzərdə tutulan meşə-meliorativ tədbirlərin həyata keçirilmə-
məsi vəziyyəti daha da gərginləşdirmişdi. Dövlət Statistika Komitəsinin 1980-ci 
ildən etibarən bu günə qədər təqdim olunan illik hesabatları bunu təsdiq edir. 
 
Azərbaycanda torpaqların şorlaşması prosesi kənd təsərrüfatına böyük ziyan 
vuran  ən təhlükəli prosesdir. Hal-hazırda kənd təsərrüfatına yararlı torpaq 
sahələrindən 1.62 mln. ha şorlaşmaya məruz qalmışdır və bunun da 627 min ha 
suvarılan  ərazilərin payına düşür. Torpağın  şorlaşması suvarmanın düzgün 
normallaşdırılmaması, sistemsiz təşkili,  ərazidə torpaq-meliorativ xüsusiyyətləri 
nəzərə alınmadan su hövzələrinin və su anbarlarının inşası  nəticəsində qrunt 
sularının səviyyəsinin qalxması  səbəbindən baş verir. Digər tərəfdən suvarma 
kanallarında və kollektor-drenaj sistemlərində olan nasazlıqlar  şorlaşmanın  əsas 
səbəblərindən sayıla bilər. Son 30-40 il Azərbaycanda suvarma şəbəkəsində 
mövcud olan bərbad vəziyyət, o cümlədən bərpa işlərinin aparılmaması  və bu 
                                                                

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin