Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə50/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   46   47   48   49   50   51   52   53   ...   431
Qlobal ekologiya  
Təbiət-cəmiyyət münasibətlərinin
ekolojiləşdirilməsi  
Əsaslanır
Təbii 
sərvətlərdən 
səmərəli 
istifadə 
Biosferin 
sabitliyinə və 
ekosistemlərin 
dayanıqlığına 
Prinsipl
ər
ə 
V
əzif
əl
ər
ə 
Q
ada
ğalara 
E
koloji 
planla
şd
ırmaya 
Ekoloji qanunvericilikdə nəzərdə                           
tutulmayan təsərrüfat sahəsi  
 
Ekosistemlərin daxili qanunauyğunluqlarına 
əks çıxan fəaliyyət növləri   
 
Ətraf mühitə təsirin yol verilən həddi  keçməsi 
Ətraf mühitə təsiri nəzərə almaq 
Təsiri minimumlaşdırmaq 
Tullantıları zərərləşdirmək 
Ətraf mühiti sağlamlaşdırmaq və s. 
Əvəzləşdirmə  
İcazəli istifadə 
Ödənişli istifadə  
İnformasiya almaq 
Xidmət edir 


 
46
keçirilməsi baha başa gəlsə də, daha az ekoloji xələl gətirən istifadə sahəsi 
ilə əvəzləşdirilməlidir; 
•  bioloji müxtəlifliyin saxlanılması prinsipi - hər hansı bir təsərrüfat 
fəaliyyəti tarixən yaranmış bioloji müxtəlifliyi dəyişdirməlidir; 
•  təbii sərvətlərin keyfiyyəti, saxlanılması prinsipi - təbii sərvətlərin 
keyfiyyəti insanın sağlamlığı  və  ətraf mühit üçün təhlükə törətməyən 
səviyyədə qalmasının təmin olunması; 
•  icazəli istifadə prinsipi - təbii sərvətlərdən istifadə ilə bağlı olub ətraf 
mühitə  təsir göstərən bütün fəaliyyət növlərinin yalnız təyin olunmuş 
qaydada verilən xüsusi icazə əsasında həyata keçirilməsi; 
•  ödənişli istifadə prinsipi - istifadə etdiyi sərvətə və ətraf mühitə göstərdiyi 
təsirə görə hər bir istifadəçi pul ödəməlidir; 
•  ətraf mühitə informasiyanın prinsipi - «hər kəsin ətraf mühitin əsl vəziyyəti 
haqqında məlumat toplamaq, əldə etmək və almaq hüququ vardır.» 
(Azərbaycan Respublikasının Konstitusiyası, maddə 39, 2-ci bənd). Bu 
prinsip hər bir vətəndaşın konstitusiya hüququnda öz əksini taparaq «Ətraf 
mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının 
Qanunu» - ilə (Bakı şəhəri, 12 mart, 2002-ci il) tənzimlənir; 
•  qərarların qəbul olunmasında vətəndaşların iştirakı prinsipi – Azərbaycan 
Respublikasının vətəndaşları ekoloji nəticələri sosial-iqtisadi əhəmiyyət 
kəsb edən qərarların hazırlanması və qəbul olunmasında iştirak edirlər.  
 
Təbii sərvətlərdən istifadəni həyata keçirən subyektlərin vəzifə borcları: 
•  ekoloji istifadə sahəsindəki prinsiplərdən irəli gələn müddəalar  əsasında 
qərar qəbul etmək
•  təbii sərvətlərdən istifadə obyektlərini yerləşdirərkən  ətraf mühitə  təsirin 
mümkünlüyünü nəzərə almaq; 
•  təsərrüfat obyektlərinin və komplekslərinin inşası  və istismarı zamanı 
təbiəti mühafizə tədbirləri işləyib həyata keçirmək; 
•  təmizləyici qurğuların tullantıları  zərərləşdirən və utilirasiya edən 
avadanlıqların səmərli fəaliyyətini təmin edən texnoloji rejimə riayət 
etmək; 
•  ətraf mühitə təsirin səviyyəsinə nəzarət etmək üçün texnoloji prosesləri və 
avadanlıqları ölçü cihazları ilə təchiz etmək; 
•  əlverişli mühit yaratmağın vacibliyini əldə  rəhbər tutaraq, ərazinin 
kompleks inkişafına nail olmaq. 
 
Təbii sərvətlərdən istifadə zamanı yolverilməzdir (qadağandır): 
 
•  ətraf mühitə  təsirin ekoloji nəticələri qeyri-müəyyən olan və ya nəzərə 
alınması mümkün olmayan bütün təsərrüfat fəaliyyəti sahələri; 
•  Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə zidd olan fəaliyyət 
sahələrinin yaradılması və onlara investisiya qoyulması; 
•  təbii ekosistemlərin və  təbiətdə mövcud olan müvazinəti (tarazlığı) pozan 
və  sıradan çıxaran və Yer kürəsinin ozon təbəqəsinə  mənfi təsir göstərən 


 
47
bitki və heyvanat aləminin genofondunu məhv edən, insan sağlamlığı  və 
ətraf mühit üçün digər arzuolunmayan nəticələrə  səbəb olan təsərrüfat 
fəaliyyəti ilə bağlı layihələrin işlənilməsi və həyata keçirilməsi; 
•  nüvə  və elektromaqnit şüalanması  mənbəyi olan obyektlərin  əhali sıx 
məskunlaşan və xüsusi qorunan ərazilərdə yerləşdirilməsi; 
•  xüsusi qorunan, rekreasiya, sanitariya-gigiyenik, tarixi-mədəni və s. təbiəti 
mühafizə obyektlərinin təyinatına zidd olub, onlara ziyan gətirə bilən bütün 
təsərrüfat fəaliyyətləri; 
•  tərkibində  zərərli maddə  və birləşmələrin miqdarı normativdə  nəzərdə 
tutulmuş  həddi keçən tullantıların  ətraf mühitə (atmosferə, litosferə  və 
hidrosferə) atılması; 
•  sənaye, kommunal-məişət və kənd təsərrüfatı komplekslərinin çirkab sula-
rının, eləcə  də  sənaye, nəqliyyat və  məişət və s. tullantılarının təmizlən-
mədən və zərərsizləşdirilmədən su hövzələrinə və atmosferə atılması; 
•  yerləşdirmək, zərərsizləşdirmək və basdırmaq üçün sənaye tullantılarının, o 
cümlədən radioaktiv tullantıların Azərbaycan Respublikasının  ərazisinə 
gətirilməsi. 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin