53
Proqram işlənilməli və bu proqramda ölkədə səhralaşmanın və torpaq
deqradasiyasının dayandırılması üçün aşağıda qeyd
olunan problemlərin həlli
üçün tədbirlər həyata keçirilməlidir. Bunlar Milli Proqramın əsas komponentləri
kimi qiymətləndirilməlidir:
1. Tərkibində 0.5-1.0% suda həll olan duzlar olan və 1 metr dərinliyə qədər
şorlaşmış torpaq sahələri (1190.7 min ha.)
2. Suvarma əkinçiliyi zonalarında şorlaşan torpaqlar (500 min ha.)
3. Takır və şorakətlər (355 min ha.)
4. Qumluqlar (145.6 min ha.)
5. Daşlı-çınqıllı çay vadiləri (59 min ha.)
6. Çılpaqlaşan qaya torpaqları (159 min ha.)
7. Yer səthinə çıxan gilli şorlaşan qrunt sahələri (47.7 min ha)
8. Texnogen pozulmuş ərazilər (25 min ha.)
9. Neftlə çirklənən torpaqlar (30 min ha.)
10. Eroziyaya məruz qalan ərazilər (3685.2 min ha.)
11. Zəhərli kimyəvi maddələrlə çirklənmiş torpaqlar (1050 min ha.)
12. Dəmyə ərazilərin şorlaşan torpaqları (1200 min ha.)
13. Sürüşmələrə məruz qalan yamaclar (40 min ha.)
14. Selə məruz qalan ərazilər (30 min ha.)
15. Xəzər dənizinin suları tərəfindən zəbt olunan sahələr (1500 min ha.)
16. Subasma nəticəsində çirklənən torpaqlar (500 min ha.)
17. Kanal suları vasitəsilə çirklənən torpaqlar (200 min ha.)
18. Palçıq vulkanlarının çirkləndirdiyi sahələr (20 min ha.)
19. Uçqunlara məruz qalan ərazi torpaqları (10 min ha.)
20. Abraziyaya məruz qalan sahələrin torpaqları (400 min ha.)
21. Bataqlaşmış torpaqlar (50 min ha.)
22. Ermənistanın işğal etdiyi ərazidə:
23. Kənd təsərrüfatına yararlı torpaqlar (1200 min ha.)
24. Həyətyanı sahələr (15 min ha.)
25. Meşə əraziləri (məhv edilmiş)- 260 min ha.
26. Qoruqlar (20 min ha.)
Bu siyahıya sənaye,
mədəni-məişət, səhiyyə obyektləri tərəfindən çirkləndi-
rilən və mədən işləri (qızıl, civə, mis, mərmər və s.) nəticəsində çirklənən torpaq-
lar daxil edilməmişdir. Torpaqların deqradasiyasını dayandırmaq
və nəticələrini
aradan qaldırılması üçün görüləcək işlərə təxmini hesablamalara görə 1.0-1.5
mlrd. manat
həcmdə maliyyə vəsaiti tələb olunur. Aşağıda isə bu xərclər manatın
1996-cı ildəki kursuna görə hesablanmışdır:
1. 2055 min ha sahədə meliorasiya işlərinin aparılması üçün
6000-10000 mln.
manat;
2. 1020 min ha sahədə yuma işlərinin aparılması üçün
500-600 mln. manat;
54
3. 2000 min ha ərazidə yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün
18000 mln. manat;
4. Mövcud suvarma kanallarının faydalı iş əmsalını artırmaq üçün (50 min km
uzunluğunda)-
13000 mln. manat;
5. 12200 min ha ərazidə su təminatını yaratmaq üçün suvarma kanallarının
yenidən qurulması və rekonstruksiyası üçün
40.000-50.000 mln. manat ;
6. 700 min ha sahədə əsaslı planlaşdırma işlərinin görülməsi –
500 mln. manat;
7. 400 min ha otlaq sahələrindən su çıxarılması -
111 mln. manat;
8. Texnogen pozulmuş torpaqların rekultivasiyasına-
150000 mln. manat ;
9. 1250 min ha ərazidə qoruyucu meşə zolaqlarının salınmasına –
3120000 mln.
manat ;
10. 125 min ha ərazidə tarlaqoruyucu meşə zolaqlarının salınmasına-
3120000
mln. manat ;
11. 105 min ha ərazidə maili yamacların tarazlaşdırılmasına –
31.500 mln.
manat;
12. 30 min ha ərazidə maili yamacların meşələşdirilməsinə -
3000 mln. manat ;
13. 250 min ha ərazidə yarğanların və qumluqların bərkidilməsinə -
62500 mln.
manat ;
14. 260 min ha ərazidə meşələrin bərpasına –
1300000 mln manat ;
15. 400 km məsafədə eroziyaya qarşı xüsusi qurğuların inşasına –
50000 mln.
manat ;
16. 10 ədəd tullantı emal edən zavodun tikilməsinə -
500000 mln. manat ;
17. 10 ədəd zəhərli maddələrin “basdırılması” üçün xüsusi sahələrin inşasına –
25000 mln. manat ;
18. 250 km məsafədə abraziyaya qarşı qurğuların inşasına –
1250 mln. manat;
19. Deqradasiyaya məruz qalmış torpaqların inventarlaşdırılmasına -
250000 mln.
manat ;
20. Torpaq monitorinqi sistemini təşkil etmək üçün –
25000 mln. manat ;
21. Elmi tədqiqatların aparılması üçün –
250000 mln. manat;
Torpaqların deqradasiyasına qarşı mübarizə üçün tələb olunan bütün xərclər
1996-cı ildə manatın kursuna görə 5440 mlrd. manat, manatın 2007-ci
ildəki
kursuna görə isə 1.0 milyarddan çox maliyyə vəsaiti təşkil edir.
Dostları ilə paylaş: