35
ekosistemin üç baza tipini ayırmaq olar: təbii tutumlu, təbiəti mühafızə və təbiəti
yaxşılaşdırma. Təbii tutumlu aqroekosistemlər təbii münbitliyin tam olmayan
bərpası ilə səciyyələnir, bu, onun səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Aqroekosistemin təbiəti mühafızə tipi üçün təbii münbitliyin sadə bərpası
səciyyəvidir, bunun sayəsində onun səviyyəsi saxlanılır. Təbiəti yaxşılaşdırma
aqroekosistem tipi onun geniş bərpa olunmasına və təbii
münbitliyin yüksəl-
məsinə yönəldilir. Son vaxtlar təbii tutumlu aqroekosistemlər üstünlük təşkil edir.
Aqroekosistemlərdə gedən fiziki-kimyəvi proseslər, məlum olduğu kimi,
antropogen tənzimləmə nəticəsində əhəmiyyətli dərəcədə fərqlənir.
Hətta sadə
aqroekosistemlərin təbii ekosistemlərdən fərqi becərilən məhsulun tərkibində
toplanan qida maddələrinin məhsulla çıxarılmasıdır. Bu, aqroekosistemin aydın-
aşkar fərqli əlamətidir,
lakin bu, yeganə fərq deyildir. Humus ehtiyatı ilə qiymət-
ləndirilən torpağın münbitliyi aqroekosistemin təkcə başlıca iqtisadi və ekoloji
xarakteristikasını təyin etmir, humusun miqdarının azalması faydalı mikrofloranın
(o cümlədən «torpaqtəmizləyənlər»in) inkişaf şəraitini pisləşdirir, torpaqdaxili
enerjinin, qida mineral
elementlərin itirilməsinə, yuyulma proseslərinin
güclənməsinə səbəb olur.
Dostları ilə paylaş: