Ekoloji davamlılıq aşağıdakı tələblərə cavab verməlidir:
kənardan gətirilən gübrələrdən istifadə etmək əvəzinə qida elementlərinin
təkrar dövriyyəsi;
torpaq və suyun kimyəvi çirklənməməsi;
biomüxtəlifliklərin inkişaf etdirilməsi;
torpağın münbitliyini və humusu artırmaq;
torpaq eroziyasının və kipləşməsinin qarşısının alınması;
heyvanlara normal təbii şərait yaradan heyvandarlıq;
bərpa edilə bilən enerjidən istifadə.
Sosial davamlılıq - aşağıdakı tələblərə cavab verməlidir:
yaşamaq və gəlir əldə etmək üçün kifayət qədər istehsal;
ailəni təmiz, təhlükəsiz ərzaqla təmin etmək;
kişi və qadınlar üçün yaxşı iş şəraiti;
yerli bilik və ənənələrə əsaslanmaq.
İqtisadi davamlılıq - aşağıdakı tələblərə cavab verməlidir: kifayət qədər və keyfiyyətli məhsul istehsal etmək;
xarici vasitələrin aşağı qiymətə alınması və investisiya qoyuluşu;
gəliri artırmaq üçün əkinlərin müxtəlifliyi;
keyfiyyətin artırılması və emal prosesini təsərrüfatın özündə təşkil etməklə
dəyəri artırmaq;
rəqabəti artırmaq üçün yüksək səmərəlilik.
Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, ekoloji təsərrüfatçılıq