104
müxtəlif dərəcəli müqavimətini müəyyən edir. Qumsal və qumluca torpaqlar asan
becərilir və buna görə də yüngül adlanır, əksinə olaraq ağır gilli və gilli torpaqlar -
ağır adlanır. Qranulometrik tərkib torpaqların istilik xassələrinə də əhəmiyyətli təsir
göstərir. Yüngül torpaqlar daha da «isti», yəni tez donu açılan və isinən torpaqlara
aiddir. Ağır torpaqlar isə «soyuq» hesab olunur. Bu, əkinçiliyin şimal yayılma sər-
həddində çox əhəmiyyətlidir. Torpaqların qranulometrik tərkibi bir çox hallarda yer
kürəsinin müxtəlif təbii zonalarında nəhəng ərazilərin simasını müəyyən edir: səh-
ralarda gilli takırlar və qum barxanları, tayqa qurşağı qumlarında şam meşələri və s.
Qranulometrik tərkibin torpaqəmələgəlmə və torpaqların münbitliyinin forma-
laşmasında olan böyük əhəmiyyəti ona alimlər və kənd təsərrüfatı mütəxəssisləri
tərəfindən göstərilən daimi diqqət və marağı müəyyən edir.
Dostları ilə paylaş: