Qranulometrik tərkib torpağın ən mühüm xassəsidir. Torpağın bir çox xassələri
və münbitliyi ondan asılıdır. Qranulometrik tərkib torpağın su-fiziki, fiziki-mexaniki,
hava və istilik xassələrinə, oksidləşmə-bərpa şəraitinə, uduculuq qabiliyyətinə,
torpaqda humusun, kül elementlərinin və azotun toplanmasına əhəmiyyətli təsir
göstərir.
Hissəciklərin ölçü xüsusiyyətləri birbaşa hissəciklərin xüsusi səthindən, onların
kimyəvi və mineraloji tərkibindən asılı olan qranulometrik fraksiyaların
xassələrindəki fərqləri əks etdirir.