Амин Бабайев, Вцгар Бабайев


Torpağın xassələrinin ekoloji və praktiki əhəmiyyəti



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə106/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   102   103   104   105   106   107   108   109   ...   431
5.1. Torpağın xassələrinin ekoloji və praktiki əhəmiyyəti 
 
Müxtəlif torpaqlar müxtəlif bitkilər üçün eyni dərəcədə əhəmiyyətli ola bilməz. 
Bitki orqanizminin ekoloji tələbat xüsusiyyətləri torpaq şəraiti üçün çox müxtəlifdir. 
Onların torpaq mühitinin reaksiyasına, torpağın fiziki xassələrinə, qranulometrik 
tərkibinə, üzvi maddələrlə və qida elementləri ilə torpağın təmin olunma dərəcəsinə 
münasibətləri birmənalı deyildir. Məsələn, çay, lyupin və digər sitrus bitkiləri turş 
torpaqlarda özlərini daha yaxşı hiss edirlər. Yonca isə neytral və zəif qələvi torpaq-
larda yaxşı inkişaf  edir. Dənli bitkilər üçün ağır tərkibli və strukturlu torpaqlar 
optimal şərait hesab olunur. Kartof, bostan bitkiləri, gilas ağacı isə yüngül torpaqlar 
üçün tələbkardır. Qida elementləri ilə çox zəngin olan torpaqlarda üzüm və tütün 


 
101
bitkiləri özlərini çox pis hiss edirlər və  məhsulun keyfiyyəti belə torpaqlarda aşağı 
olur. Tərəvəz bitkiləri isə  əksinə, qida elementləri ilə  zəngin olan torpaqlara qarşı 
tələbkardırlar. Ona görə  də praktikada torpaqları  əhəmiyyəti baxımından tarla 
bitkiləri, bağlar, üzümlüklər, kartof, bostan, çay plantasiyaları üçün yararlı  və s. 
torpaqlara bölürlər. Yəni praktiki baxımdan bir torpaq tipi hər hansı bitki üçün 
münbit, digəri üçün isə qeyri-münbit hesab oluna bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin