Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə103/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   99   100   101   102   103   104   105   106   ...   431
 
 
 
 


 
96
1996-cı ildə ekoloji kənd təsərrüfatı istehsalını dəstəkləmək üçün 
müxtəlif tədbirlərə sərf edilmiş büdcə vəsaiti 
Cədvəl 13 
Sahə Büdcə (milyon AVRO hesabı ilə) 
Konkret torpaq sahələri üçün ödəniş 190 
Marketinq 5-10 
Məsləhət (ixtisasartırma) informasiya 
15 
Təlim/təhsil 5-10 
Elmi-tədqiqat işləri 15 
 
Dünyanın inkişaf etmiş ölkələrində ekoloji təsərrüfatçılığın müxtəlif aspektləri üzrə 
elmi tədqiqatların aparılmasına xüsusi diqqət verilir. Bu məsəslə ilə əlaqədar görülmüş 
və planlaşdırılan işlərin aşağıda qeyd olunan arqumentləri xüsusi əhəmiyyətə malikdir: 
1.  Bu gün Avropada ekoloji təmiz sənayenin gələcək inkişafı üçün elmi-tədqiqat 
işlərində iştirak etmək həyati baxımdan vacib hesab edilir. 
2.  2002-ci ildə Avropa Komissiyası  tədqiqat işlərinə Avropa Birliyi səviyyəsində 
başladı (Avropa Komissiyası, 2002-ci il). 
3.  Avropa  İttifaqının beş ölkəsində, həmçinin  İsveçrə  və Norveç ekoloji kənd 
təsərrüfatı istehsalı üzrə  tədqiqatlar milli proqramın bir hissəsi hesab edilir. 
Əksər ölkələrdə (10) ekoloji kənd təsərrüfatı sahəsi üzrə  tədqiqat fəaliyyəti 
qənaətbəxş səviyyədədir, bəzi ölkələrdə isə artım nəzərə çarpır. 
4.  Ekoloji kənd təsərrüfatı istehsalı üzrə layihələr həm dövlət, həm də özəl 
təşkilatlar tərəfindən maliyyələşir. Qeyd etmək lazımdır ki, özəl təşkilatların 
dəstəyi ekoloji məhsul alıcılarından tutmuş ekoloji kənd təsərrüfatı istehsalını və 
ya ümumi şəkildə ekoloji problemləri  əhatə edir. 1996-cı ildə Avropa İtifaqı 
üzvləri və buna əlavə üç ölkənin ekoloji kənd təsərrüfatı istehsalı sahəsində 
tədqiqatlar üçün sərf etdiyi ümumi vəsait 15 milyon avro məbləğində 
qiymətləndirilir (Lampkin və b. 1999-cu il). 
5.  Bu gün tədqiqatların məqsədi əksər ölkələrdə istehsal üsullarının (ekoloji kənd 
təsərrüfatı istehsalçılarının aktual problemlərinə, həmçinin bu istehsal sisteminin 
daha uzunmüddətli qiymətləndirilməsinə) təkmilləşdirilməsi, qida məhsullarının 
keyfiyyətinin yüksəlməsi, ətraf mühitə siyasətə və marketinqə təsirin təhlilindən 
ibarətdir. 
6.  Tədqiqatların genişləndirilməsi və təkmilləşdirilməsilə yanaşı əldə edilən bütün 
nəticələrin dəqiq sənədləşdirilməsi, fermer və məsləhətçilər arasında yayılmasını 
təmin etmək tələb olunur. 
 
1999-cu ilin dekabr ayında Berlində Avropa Şurası «2000-ci ilin Gündəliyi» 
Qətnaməsini qəbul etdi. «2000-ci ilin Gündəliyi»nə əsasən inkişafa dəstək göstərmək 
üçün aşağıdakı imkanlar mövcuddur: 
•  aqrar-ekoloji proqrama uyğun olaraq ərazi bölgüsü əsasında ödəmə; 
•  sərmayə dəstəyi; 
•  marketinq üzrə dəstək; 
•  nümayiş fermaları. 
1.  10-11.05.2001-ci ildə Danimarkada təşkil edilmiş «Ekoloji qida məhsulları və 
kənd təsərrüfatı istehsalı - əməkdaşlıq və birgə inkişaf yolunda» adlı konfrans-
da 12 Avropa ölkəsinin kənd təsərrüfatı naziri bioloji kənd təsərrüfatı istehsalı 


 
97
və qida məhsullarının inkişafı naminə Avropa tədbirlər planının işlənib 
hazırlanmasına çağırışla çıxış etdilər (Yuseffi və Viler, 2003-cü il). 
2.  Kopenhagen bəyannaməsi ekoloji kənd təsərrüfatı istehsalının inkişafında 
maraqlı olan nazirlər və  əsas - IFOAM,  Avropa Fermerlər Birliyi, Avropa 
İstehlakçılar Kooperativləri Assosiasiyası, «Evro Coop» İstehlakçılar  İttifaqı 
və Avropa Ekoloji Bürosunun nümayəndələri tərəfindən imzalanmışdır. 
Yaxın iki ərzində Avropa inkişaf planı aşağıdakı fəaliyyətləri nəzərdə tutur: 
•  ekoloji kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi üçün maneə və imkanları 
təhlil etməli; 
•  bazarın vəziyyətinə əsaslanan strateji planın təqdim edilməsi; 
•  ekoloji təmiz qidalanma və ekoloji kənd təsərrüfatı istehsalının inkişafına aid 
olan bütün amillərin əhatə olunması; 
•  ekoloji təmiz qidalanmanın inkişafı ilə kənd təsərrüfatı istehsalı və ümumi kənd 
təsərrüfatı siyasətinin inkişafı arasındakı əlaqənin təhlili. 
22 yanvar 2002-ci il tarixdə Avropa Komissiyası CAP (Ümumi Kənd Təsərrü-
fatı Siyasəti) islahatının inkişaf etdirilməsi üçün təkliflər toplusunu təsdiq etdi. 
İslahatın həyata keçirilməsi mənfi ekoloji amillərin ləğv edilməsini və  kənd 
təsərrüfatının daha da davamlı idarəolunma üsullarının  əlavə stimullaşdırılmasını 
təmin edir. İslahatların əsas elementləri bunlardır: 
•  istehsaldan asılı olmayaraq fermer təsərrüfatlarına vahid ödənişlər; 
•  bu ödənişlərin ekologiya, qida məhsullarının təhlükəsizliyi, heyvanların 
qorunması, sağlamlığı və əmək təhlükəsizliyi üzrə standartlar nəzərə alınmaqla 
və  həmçinin kənd təsərrüfatı sahələrinin yararlı  vəziyyətdə saxlanması üzrə 
tələblərlə uzlaşdırılması; 
•  böyük həcmdə maliyyə vəsaitlərinin ayrılması ilə kənd təsərrüfatının daha güclü 
inkişafına yönəldilmiş siyasət, keyfiyyətə yardım, heyvanların qorunması  və 
istehsal üzrə Avropa İttifaqı standartlarını yerinə yetirərkən fermerlərə kömək 
göstərilməsi üçün yeni tədbirlər; 
•  kənd təsərrüfatının inkişafı üçün əlavə maliyyə vəsaitləri əldə etmək məqsədilə 
daha iri fermer təsərrüfatlarına birbaşa ödənişlərin ixtisarı; 
•  CAP-ın bazar siyasətinə yenidən baxılması. 
Avropa ölkələrində EKT üzrə  həyata keçirilən məqsədyönlü siyasətə 
baxmayaraq istehsalın inkişafına mane olan bir çox problemlər də mövcud idi: 
•  Sürətli artım mərhələsində ixtisaslaşmış məsləhətçilərin çatışmaması; 
•  Məsləhətçilər üçün kifayətedici ixtisasartırma və aktual informasiya 
mənbələrindən istifadəetmə üzrə çatışmazlıqlar; 
•  Texniki təlim və təhsil üçün ümumi tədris planlarının olmaması; 
•  Maraqlanan fermerlər üçün ekoloji üsullar, tələblər və bazar haqqında rahat 
mənimsənilən informasiyanın çatışmaması; 
•  İstehlakçılar üçün ekoloji kənd təsərrüfatı istehsalı və ekoloji təmiz qida üzrə 
tam əhatəli informasiyanın çatışmaması; 
•  Müəyyən qida məhsulları üzrə bazarların çatışmaması, təchizat və  tələbatın 
koordinasiyasının zəifliyi; 
•  Davamlı  təchizatın olmaması ucbatından böyük şirkətlərin ekoloji bizneslə 


 
98
geniş miqyasda məşğul ola bilməməsi; 
•  Fermerlər üçün potensial yardım proqramları haqqında bilgilərin çatışmaması; 
•  Fermer və  məsləhətçilər arasında tədqiqatlar üzrə  nəticələrin səmərəli 
sənədləşdirilməsi və yayılmasında olan çatışmazlıqlar; 
•  İstehsalatın ehtiyaclarına tədqiqatların lazımınca yönəldilməməsi. 
 
Müəyyən edilmişdir ki, yalnız istehsalatı  nəzərə alan siyasət gələcək inkişafı 
təmin etməyə qadir deyil. Təchizat və  tələbatın balanslaşdırılmış genişlənməsinə 
əsaslanan, davamlı inkişafa töhfə verən siyasət tələb olunur. Ona görə də, dəstək üzrə 
tədbirlər kənd təsərrüfatı istehsalından marketinqə  qədər bütün istehsalat zənciri 
üzərində  cəmləşməlidir. 2000-ci ilin Gündəliyi çərçivəsində daha geniş yardım 
proqramı  əməli işə başlamışdır. Bu proqramla, konkret sahələrə bütün mövcud olan 
yardımla yanaşı, sərmayə yardımından başlayaraq, ixtisasartırma və marketinqə qədər 
dəstək göstərilməsinə imkan yaranmışdır. 
Hal-hazırda Avropa Komissiyası ekoloji fermer təsərrüfatlarının və ekoloji təmiz 
qida məhsullarının inkişafı və dəstəklənməsi üçün fəaliyyət planı üzərində işləyir. Bu 
məsələ üzrə Avropa Komissiyası kömək üçün Avropa İttifaqının IFOAM qrupuna, 
Avropa İttifaqının tədqiqat proqramı  çərçivəsində artıq fəaliyyət planları üçün müd-
dəalar işləyib hazırlamış alimlərə müraciət edib. Əlavə olaraq Komissiya internetdə 
məsləhət xidməti təşkil edərək ictimaiyyətə ekoloji kənd təsərrüfatı istehsalı üzrə öz 
fikrini bildirmək üçün imkan yaratdı. Məsləhətlər çərçivəsində avtonom rejimdə 
alınan  əks  əlaqə, üzv-ölkələr və digər maraqlı  şəxslərlə aparılan müzakirələrin  əsa-
sında Komissiya ekoloji kənd təsərrüfatı istehsalı üçün fəaliyyət planı üzrə  təkliflər 
işləyib hazırlayır. 
 
Ekoloji kənd təsərrüfatı istehsalının inkişafına müsbət təsir edən digər vacib 
amillər aşağıdakılardır: 
•  Bir ölkə daxilində ekoloji kənd təsərrüfatı istehsalı üzrə bütün təşkilatların 
əməkdaşlığı. Onların arasında rəqabət olarsa, ekoloji kənd təsərrüfatı istehsalı 
bölməsi bütün kənd təsərrüfatı istehsalı daxilində  və bu sahənin siyasəti 
çərçivəsində qarşılıqlı münasibətlərdə və bazarlara münasibətdə də zəif qalır. 
•  ekoloji kənd təsərrüfatı istehsalının milli siyasətdə tanınması, marketinqi 
yüngülləşdirən milli (və ya beynəlxalq) standartların və sertifikatlaşdırma 
prosedurlarının hazırlanması və tətbiqi. 
•  ekoloji kənd təsərrüfatı istehsalına o qədər də müsbət münasibət göstərmələ-
rinə baxmayaraq, fermerlərin ümumi birliklərinin bu prosesə  cəlb edilməsi 
vacib amildir. Fermer birlikləri bütün digər fermerləri özündə birləşdirən, 
ekoloji fermerləri seçmək üçün vacib ehtiyat mənbəyi hesab edilən fermerlərin 
ümumi yığıncağıdır. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin