Амин Бабайев, Вцгар Бабайев


Şəkil 22. Avropa ölkələrində ümumi əraziyə görə sertifikatlaşdırılmış



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə102/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   98   99   100   101   102   103   104   105   ...   431
Şəkil 22. Avropa ölkələrində ümumi əraziyə görə sertifikatlaşdırılmış 
ekoloji təmiz sahə (%-lə) 
 
 
4.  Bazarın inkişafına  ən geniş  dəstək Avstriya, Almaniya və Danimarkada 
müşahidə olunur və bu ölkələr ekoloji kənd təsərrüfatı istehsalına istiqamətlən-
dirilmiş milli proqramlara malikdir. 
5.  Bazarın inkişafına xeyli dərəcədə digər müvafiq normativ aktlarla da dəstək 
verilir. Aparılmış tədqiqatlara əsasən ən azı doqquz ölkədə marketinq fəaliyyə-
tinə və ekoloji təmiz sahədə emala Avropa İttifaqı tərəfindən yardım edilməsi 
aşkarlanmışdır. 
6.  1996-cı ildə Avropa İttifaqında ekoloji təmiz məhsulun marketinqi və emalına 
dövlət xərclərinin ümumi həcmi təxminən 5-10 avro təşkil etmişdir (Lampkin 
və b. 1999-cu il). 
7.  Etiketlər, loqotiplər və  əmtəə yarlıkları bioloji məhsulların aşkar edilməsində 
istehlakçılara kömək edir. Uzun müddət  ərzində Avropa İttifaqında bu fakt, 
bəzi üzv ölkələr istisna olmaqla, əhəmiyyət kəsb etmişdi. Danimarka 1987-ci 
ildə ilk ölkə olaraq ekoloji məhsullar üçün loqotip işləyib hazırladı. 
Avropa  İttifaqına üzv-ölkələrdə EKT üzrə  məsləhət-informasiya xidmətlərinin 
təşkilində aşağıdakı vasitələrdən geniş istifadə olunur: 
- jurnallarda 
məqalələr; 
- texniki 
materiaların dərci; 
- birbaşa məsləhətlər; 
- ekskursiyalar. 


 
95
Əksər ölkələrdə bir qayda olaraq aşağıdakı məsləhət işləri və xidmətlər təklif edilir: 
-  hazırlıqlı (xüsusi təlim keçmiş) məsləhətçilərin təssərüfatlara getməsi hesabına 
bilavasitə verilən məsləhətlər; 
-  ərazi (rayon) əhəmiyyətli seminar və konfranslar; 
-  mövzular üzrə seminar və konfranslar; 
-  nəşrlər (jurnal, bukletlər, plakatlar); 
-  nümayiş tarlaları (sahələri); 
-  rabitə dəstəyi (distasion təlimlər); 
-  məlumatların elektron bazası və informasiya xidmətləri. 
 
Avropa İttifaqı ölkələrində təlim  imkanları aşağıdakıları əhatə edir: 
-  Ekoloji kənd təsərrüfatı istehsalı üzrə fermerlər üçün milli və regional təlim 
proqramları; 
-  Kurslar səkkiz ölkədə aparılır və  əksər hallarda Avropa İttifaqının 2078/92 
saylı Qətnaməsinin (aqrar-ekoloji proqram) milli səviyyədə bir hissəsini təşkil 
edir. Digər üç ölkədə bu tip ibtidai təlim kurslarına ixtisas mənimsəmə və bir-
başa ödənişlər almaq üçün fermerlərin gəlmələri  əsas  şərtdir. Danimarkada 
ixtisası mənimsəmək və ödənişləri əlverişli şərtlərlə əldə etmək üçün fermerlər 
dörd həftəlik kursları bitirməlidirlər. Hətta xüsusi proqram mövcud olmayan 
əksər ölkələrdə fermerlərə qısa müddətli kurslar təklif edilir (giriş kursları: 3-5 
gün). 
-  Kənd təsərrüfatı məktəbləri və orta məktəblər; 
-  Beş ölkədə ekoloji kənd təsərrüfatı istehsalı  kənd təsərrüfatı  məktəblərinin 
Milli tədris proqramlarına daxil edilmişdir. Fransa və Norveçdə isə ekoloji 
kənd təsərrüfatı istehsalı bəzi orta məktəblərdə də tədris edilir; 
-  Yeddi ölkədə kənd təsərrüfatı kollecləri ekoloji kənd təsərrüfatı istehsalı üzrə 
ixtisaslaşmış, dörd ölkədə isə ekoloji bağçılıq üzrə oxşar ixtisaslaşma mövcud-
dur. Bu ixtisaslaşmış kolleclər əsas diqqəti nəzəriyyə və həm də praktiki təlimə 
yönəltmişdir. Bunların nəzdində ekoloji kənd təsərrüfatı istehsalına keçmiş və 
tədris proqramının bir hissəsi kimi istifadə olunan fermalar mövcuddur. Səkkiz 
ölkə ekoloji kənd təsərrüfatı istehsalı sahəsində ixtisas almaq istəyən işsizlər 
üçün xüsusi kurslar təklif edir. 
-  Ali təhsil (məsələn, Almaniyada Kassel və Vitzen-Hauzen Universitetləri). 
-  Ekoloji kənd təsərrüfatı istehsalı üzrə birinci kafedra 1982-ci ildə Almaniyada 
açılmışdır. O dövrdə belə kafedralar Almaniyanın digər universitet və ali tədris 
müəssisələrində, həmçinin Avstriya, Danimarka, Finlandiya, Hollandiya, 
İsveç,  İsveçrə  və Norveçin bir çox universitetlərində  də yaradıldı. «Kənd 
təsərrüfatı» ixtisası üzrə ali təhsilin bir hissəsi kimi 12 ölkədə  əlavə olaraq 
fakültativ birləşmələr tədrisi həyata keçirilir. 
-  Digər mütəxəssislər və geniş ictimaiyyət üçün ixtisasartırma. 
-  Avropa İttifaqına üzv olan 10 ölkədə fermerlər üçün qısamüddətli kurslar təşkil 
edən analoji təşkilatlar məsləhətçilər, müfəttişlər və geniş ictimaiyyət üçün 
kurslar təklif edilir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin