Амин Бабайев, Вцгар Бабайев


Azərbaycan Respublikası Nazirlər



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə35/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   431
1.4. Kənd təsərrüfatı  ekosistemləri (aqroekosistemlər) 
 
İnsan kənd təsərrüfatı  fəaliyyətində torpaq, su, bitki, heyvan və energetik 
ehtiyatlardan istifadə etməklə özünü, ilk növbədə, qida ilə  təmin edərək başqa 
fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir. 
XX əsrin sonu, XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan gəlir 
və onları yedizdirmək, geyindirmək və evlə  təmin etmək lazımdır. 2020-ci ildə 
Yer  əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20-25 il ərzində bu 
qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 
min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb 
olunur. 
Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması olduqca 
mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm problem isə qidanın 
keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər və s. Dünya kənd 
təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə aparılmalıdır ki, 
istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma 
endirilsin. 
Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın 
əsası kimi başlıca zəruri sərvətdir və mövcudluğumuz ondan asılıdır. O, kənd 
təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas mənbəyidir. Dəniz 
və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun əldə edilmə-
sində olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın dəniz 
balığı, onurğasız heyvanlar və yosun əldə edir. 
Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən, 
cəmi 30 kənd təsərrüfatı bitkisi ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, 
kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir. FAO-nun məluma-
tına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın torpaqlarından hər il 300 
mln. tona yaxın buğda, bir o qədər də düyü, 250 mln. ton qarğıdalı, 200 mln. ton 
arpa, vələmir, çovdar, 100 mln. ton kalış (sorqo), darı, 300 mln. ton kartof, 100 
mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. ton pomidor və soğan, 60 mln. ton 
təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. ton ət, 400 mln. ton süd alınır. 
Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü bitkilər və heyvanlar 
100 mln. əhalinin mövcudluğunu saxlaya bilirdi. Kənd təsərrüfatı inkişaf etdikcə 
torpaqların 10%-i insan tərəfindən  şumlanmış, gübrələnmiş, suvarılmışdır. XX 
əsrin 90-cı illərində bu torpaqlar 5 milyard insanın yaşamasını təmin edirdi. 
Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə. 81-ci  
minilliklərdə) insanın biosferə  təsiri köçəri təsərrüfata nisbətən bir neçə  dəfə 
yüksəldi. İnsanların mənimsədiyi ərazilərdə əhali sürət1ə artmağa başladı. Bitkilə-
rin becərilməsi üçün torpağın hazırlanması üsulları  və mal-qaranın saxlanma 
texnologiyası getdikcə  təkmilləşirdi. Ötən dövr ərzində baş verimş  dəyişikliklər 
ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının inkişafı çox vaxt geniş ərazilər-
də ibtidai bitki örtüyünün tamamən məhv edilməsi ilə müşahidə olunurdu. Qida 
üçün faydalı bitki növləri olan kiçik sahələr insanlar tərəfindən saxlanılır və bu 
növlər tədricən mədəniləşdirilməklə  və onların daimi ərazidə becərilməsi təşkil 
olunur. 


 
29
Kənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt 
isə faciəli təsir göstərməyə başladı. Geniş  ərazilərdə meşələrin məhv edilməsi, 
mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi tarixən 
formalaşmış ekosistemlərin birdəfəlik dağılmasma səbəb olmuşdur. Təbii 
biosenozların, ekosistemlərin, landşaftların yerində aqrosferlər, aqroekosistemlər, 
aqrosenozlar və aqrar landşaftlar meydana gəlir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin