Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti ilə Yer üzərində dəyişilmiş
bütün sahələrin məcmusunu əks etdirən qlobal sistemdir.
Aqroekosistemlər – kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərəfındən
dəyişdirilən ekosistemlərdir. Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər,
tarlaqoruyucu meşə zolaqları və s. aiddir.
Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.
Aqrosenozlar – kənd təsərrüfatı istehsalı torpaqlarında kənd təsərrüfatı
məhsulları əldə etmək məqsədilə yaradılan biosenozlardır. Bu biosenozlar müntə-
zəm olaraq insan tərəfındən saxlanmış biotik qruplaşmalar olub, ekoloji baxımdan
az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki və ya heyvan
növləridir (çeşidlər, cinslər).