37
iştirak edir. Təbii və aqroekosistemlər fəaliyyət xüsusiyyətlərinə görə aşağıdakı
fərqli xüsusiyyətlərə malikdir:
1. Müxtəlif istiqamətli seçmə.
Təbii ekosistemlər üçün təbii seçmə xarak-
terikdir, bu, onların əsaslı xassəsi – davamlılığa yönəldir, qruplaşanın davamsız,
həyata qabil olmayan orqanizm formalarını sıradan çıxarır.
Aqroekosistemlər insan tərəfındən yaradılır və saxlanılır.
Burada seçmənin
başlıca istiqaməti süni üsul olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məhsul-
darlığını yüksəltməkdir.
İnsan tərəfindən mədəniləşdirilmiş bitki və heyvan növləri süni seçmə hesa-
bına «təkamül» keçir və insanın köməyi olmadan onlar vəhşi növlərlə rəqabətə
girmək qabiliyyətinə malik deyildir.
2. Təbii ekosistemlərdə fıtosenozun ekoloji tərkibinin müxtəlifliyi ayrı-ayrı
illərdə hava şəraitinin tərəddüdü zamanı onun davamlığını təmin edir. Bir neçə
bitki növünün məhv olması digər növlərin məhsuldarlığının
yüksəlməsinə şərait
yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə fıtosenoz
bütövlüklə
məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur. Tarla bitkilə-
rinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi
təzahür edir. Əlverişsiz faktorların aqrosenozun bütün bitkilərinə təsiri eyni cür
olur. Əsas bitkinin böyümə və inkişafının sıxılması (zəifləməsi) digər bitkilərin
sürətlə inkişafı ilə kompensasiya oluna bilməz. Bunun nəticəsində aqrosenozun
məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır.
3. Müxtəlif fenoloji ritmə malik bitkilərin növ
tərkibinin müxtəlifliyinin
mövcudluğu bütün vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi
fasiləsiz olaraq məhsulvermə prosesi həyata keçirməyə, istilik, rütubətlik və qida
maddələri ehtiyatlarından tam və qənaətlə istifadə etməyə imkan yaradır.
Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya
mövsümündən qısa olur. Təbii fıtosenozlarda müxtəlif bioloji ritmlərə malik olan
növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında maksimum biokütləyə çatır.
Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin
ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır.
Təbii ekosistemlərdə bitkilərin inkişafının
müxtəlif vaxtlarda, aqrosenozlarda
isə eyni vaxtda baş verməsi məhsulvermə prosesi ritminin müxtəlif olmasına
gətirib çıxarır.
4. Təbii və aqroekosistemlərin mühüm fərqi ekosistemlərin daxilində maddə-
lər mübadiləsinin kompensasiya (əvəzlənmə) olunma dərəcəsi hesab olunur. Təbii
ekosistemlərdə maddələr dövranı (kimyəvi elementlər) qapalı tsikllə, yaxud
kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə daxil
olması orta hesabla tsikldən xaric olan maddələrin miqdarına bərabər olur, bu
səbəbdən də tsikl daxilində hər
bloka daxil olan maddə, təxminən oradan çıxan
maddəyə bərabər olur.
Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrosenozlarda
maddələrin bir hissəsi ekosistemdən birdəfəlik götürülür.
5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə insan
tərəfindən idarə olunur. Məqsədinə çatmaq üçün insan aqrosenozda təbii faktorla-
rın təsirini dəyişir və ya ona nəzarət edir, bitkinin böyümə və inkişafına, xüsusilə
38
qida məhsulvermə komponentlərinə üstünlük verilir. Bununla əlaqədar əsas vəzifə
minimal enerji və maddə sərf etməklə məhsuldarlığın yüksəlməsinə şərait
yaratmaq, torpağın münbitliyini artırmaqdır. Bu vəzifənin həlli aqrofitosenozlar
tərəfındən təbii ehtiyatlardan daha tam istifadə etmək və aqrosenozlarda kimyəvi
elementlərin kompensasiya olunan tskillərini yaratmaqdır. Ehtiyatlardan istifadə
dolğunluğu sortun genetik xüsusiyyətləri, vegetasiyanın uzunluğu, birgə
səpinlərdə komponentlərin müxtəlif cinsliliyi və s. ilə müəyyən olunur.
Buna görə
M.S.Sokolov və b. (1994) belə nəticəyə gəlir ki, aqrosistemlərin vəziyyətinə ən
ciddi nəzarət daha çox enerji sərfi tələb olunan qapalı sahədə yerinə yetirilə bilər.
Bu qrupa yarımaçıq sistemlər aiddir, burada xarici mühitlə (istixana, heyvandarlıq
kompleksi) əlaqə olduqca məhdudlaşır, temperatur, radiasiya, mineral və üzvi
maddələrin dövranı tənzimlənir və yüksək dərəcədə nəzarət olunur. Bu –
idarəolunan aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər – açıq
sistemlərdir. İnsan tərəfindən effektiv
nəzarət nə qədər çox olarsa, onlar bir o
qədər sadə olar.
Yarımaçıq və açıq sistemlərdə insanın səyi orqanizmlərin böyüməsinə
optimum şəraiti təmin edir və onların tərkibinə ciddi bioloji nəzarət olunur.
Buradan aşağıdakı praktiki məsələlər meydana gəlir:
• birincisi, mümkün qədər arzu olunmayan növlərin tam kənarlaşdırılması;
• ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin
seçilməsi;
• bütövlükdə qurumuş bitkilər və ölmüş fıtofaqlarla birlikdə əvvəl udulmuş
enerjinin ölü üzvi maddələrin tərkibində saxlanılması.
Ekoloji sistemlərin insanın təsiri ilə əlaqədar dağılması və ya çirklənməsi
bilavasitə enerji axınının maddələrə daxil olmasının kəsilməsinə (dayanmasına),
deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Odur ki,
bəşəriyyətin qarşısında duran ilkin vəzifə –
aqroekosistemin məhsuldarlığının
Dostları ilə paylaş: