Uzun illər ölkədə aqrar sənaye komleksinin ekstensiv inkşafı, əkinçilik
mədəniyyətinin aşağı səviyyədə olması və il ərzində bir neçə öhdəlikləri özünə
yük edən dövlət planları torpaqlarımızda şoranlaşma, eroziya, kimyəvi çirklənmə,
əkinaltı qatın kipləşməsi kimi mənfi proseslərin təsiri altında böyük ərazilərdə
torpaq deqradasiyasına (torpağın bioloji və iqtisadi məhsuldarlığının itməsi) səbəb
olmuşdur.
Eroziya proseslərinin əsas səbəbləri yamaclarda maili ərazilərdə eroziya
təhlükəsini və torpaq-relyef xüsusiyyətlərini nəzərə almadan torpaq istifadəçili-
yinin düzgün təşkil edilməməsi ilə, yay otlaqlarında və kənd ətrafı otlaq sahələrdə
isə mal-qaranın nizamsız otarılması ilə əlaqədardır. Dağlıq və dağətəyi rayonlarda
tətbiq olunan aqrotexniki qaydalar aran zonası üçün nəzərdə tutulan qaydalardan
heç cür fərqlənmirdi. Eyni zamanda dağ yamaclarında meşələrin sistemsiz
qırılması və ərazidə nəzərdə tutulan meşə-meliorativ tədbirlərin həyata keçirilmə-
məsi vəziyyəti daha da gərginləşdirmişdi. Dövlət Statistika Komitəsinin 1980-ci
ildən etibarən bu günə qədər təqdim olunan illik hesabatları bunu təsdiq edir.
Azərbaycanda torpaqların şorlaşması prosesi kənd təsərrüfatına böyük ziyan
vuran ən təhlükəli prosesdir. Hal-hazırda kənd təsərrüfatına yararlı torpaq
sahələrindən 1.62 mln. ha şorlaşmaya məruz qalmışdır və bunun da 627 min ha
suvarılan ərazilərin payına düşür. Torpağın şorlaşması suvarmanın düzgün
normallaşdırılmaması, sistemsiz təşkili, ərazidə torpaq-meliorativ xüsusiyyətləri
nəzərə alınmadan su hövzələrinin və su anbarlarının inşası nəticəsində qrunt
sularının səviyyəsinin qalxması səbəbindən baş verir. Digər tərəfdən suvarma
kanallarında və kollektor-drenaj sistemlərində olan nasazlıqlar şorlaşmanın əsas
səbəblərindən sayıla bilər. Son 30-40 il Azərbaycanda suvarma şəbəkəsində
mövcud olan bərbad vəziyyət, o cümlədən bərpa işlərinin aparılmaması və bu