Амин Бабайев, Вцгар Бабайев


Ekoloji planlaşdırma və davamlı inkişaf konsepsiyası



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə51/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   431
2.3. Ekoloji planlaşdırma və davamlı inkişaf konsepsiyası 
 
Ekoloji planlaşdırma təbiət-cəmiyyət münasibətlərində insanın biosferə nəza-
rətsiz təsirini əvəz edən mərhələ kimi çıxış edir. Başlıca məqsədi təbii ehtiyatların 
potensial imkanları nəzərə alınmaqla, ekoloji tarazlığı pozmayan həcminin və on-
lardan birgə istifadə həyata keçirildikdə sahələrarası balansın tərtib olunmasıdır.  
Təbii sərvətlərin istifadə yollarını  təyin etməklə  hər hansı bir ərazi və ya 
regionda bu və ya digər fəaliyyət sahələrinin inkişafına zəmin yaradan və ya 
məhdudiyyət qoyan amilləri nəzərə almaqla sosial-iqtisadi rifahın yüksəlməsinə 
və ictimai məhsuldar qüvvələrin inkişafına xidmət edir. Səmərəli istifadənin 
təşkili ilə yanaşı, təbii ehtiyatların tükənməsinin qarşısının alınması  və  ətraf 
mühitin çirklənməsinin aradan qaldırılması başlıca vəzifə kimi qarşıda durur.  
Ekoloji məqsədlər iqtisadi maraqlarla müqayisədə prioritet təşkil etməklə 
ekoloji planlaşdırma nəzərdə tutur: 
 
•  тəbii sərvətləri tükəndirmədən istifadənin təşkilini. Bu prinsipə əsasən tükə-
nən (bərpa olunmayan) sərvətlərdən istifadə bu günkü və gələcək nəsillərin 
maraqları nəzər alınmaqla həyata keçirilməlidir. Bərpa olunan ehtiyatlardan 
istifadənin həcmi bərpa nəticəsində müşahidə olunan artımı keçməməlidir. 
Bioloji ehtiyatlardan istifadənin planlaşdırılması onların təbii artımını 
nəzərə alır. Məsələn, meşə ehtiyatlarından oduncaq tədarükü ilə bağlı 
istifadənin həcmi cari oduncaq artımının miqdarı ilə tənzimlənir. Oduncaq 
tədarükü cari illik oduncaq artımının miqdarı müqabilində aparıldıqda meşə 
ehtiyatları sabit qalır, tədarükün həcminin artımın miqdarından az olması 
meşə ehtiyatlarının artmasına və  əksinə, tədarükün artıma görə çoxluq 
təşkil etməsi meşə ehtiyatlarının tükənməsinə səbəb olur


 
48
•  bir təbii ehtiyatın mənimsənilməsinin digərinin keyfiyyətinə və kəmiyyətinə 
xələl gətirməsinin yol verilməzliyini, məsələn meşələrin qırılması 
nəticəsində torpaqların eroziyaya uğraması yol verilməzdir; 
•  təbii landşaftlara, o cümlədən onların ayrı-ayrı komponentləri olan təbii 
ehtiyatlara antropogen təzyiqlərin  ətraf mühitdə yaranmış dayanıqlıq 
həddini keçməməsini; 
•  təbii ehtiyatlardan istifadənin cəmiyyətin sosial-iqtisadi tələblərindən irəli 
gəlməsi ilə  bərabər, konkret regionun təbii xüsusiyyətlərində  nəzərə 
alınmasını. 
Təbii ehtiyatlardan istifadənin planlaşdırılması onların dəqiq uçotunun 
aparılmasını və qiymətləndirilməsini tələb edir. Təbii ehtiyat potensialının model-
ləşdirilməsinə, proqnozlaşdırılmasına  əsaslanaraq, xalq təsərrüfatının digər plan-
laşdırılmaları ilə (təbii-ərazi kompleksinin planlaşdırılması,  ərazi-ekoloji və 
sosial-iqtisadi planlaşdırma və s.) üzvi sintez təşkil edir.  
Ekoloji planlaşdırma sosial inkişafın bütün aspektlərini nəzərə almaqla 
cəmiyyət-təbiət münasibətlərinin ahəngdar inkişafına xidmət edir. Bu isə davamlı 
inkişaf konsepsiyasının prinsiplərindən irəli gəlir.  
Davamlı inkişaf konsepsiyasının başlıca prinsipi bugünkü inkişafın indiki və 
gələcək nəsillərin ziyanına olmadan həyata keçirilməsi olub. BMT-nin ətraf mühit 
və inkişafa dair 1992-ci ildə Rio-de-Janeyroda keçirilmiş konfransı bu konsep-
siyanı planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi təsdiq etmişdir.  
Davamlı inkişaf konsepsiyası üç şərti əsas götürür:  
•  Yer kürəsində zaman baxımından təbii ehtiyatların  əhalinin sayı  nəzərə 
alınmaqla sabit saxlanılmasını; 
•  bərpa olunmayan tükənən təbii sərvətlərin yeniləri ilə  əvəz olunması 
yollarının tapılmasını; 
•  cəmiyyətin uzunmüddətli öhdəliyi – qlobal ekosistem olan Yer kürəsində 
həyatın davam etdirilməsini iqtisadi səmərəli və ekoloji düşünülmüş 
üsullarla idarə olunmasını. 
Davamlı inkişaf konsepsiyasının  əsas ideyası biosferdə mühitin tənzimləyi-
cisi olan ekoloji inkişafı, biosferdə sabitliyin pozulmasına başlıca səbəb olan 
iqtisadi inkişafı və təbiət-cəmiyyət münasibətlərinin səviyyəsini təyin edən sosial 
inkişafı əlaqələndirərək onların dinamik vəhdətinin yaradılmasıdır (şəkil 9). 
Birinin digərindən asılı olması və ya birinin digərinə təsir göstərməsi nəzərə 
alınmaqla bu üç müxtəlif inkişaf proseslərinin vəhdətdə baxılması  cəmiyyətin 
sağlam mühitdə davamlı inkişafına zəmin yarada bilər. 
Azərbaycan ərazisinin (8641.7 əkin ha) 49.3%-i (4.2 mln. ha) kənd təsərrüfatı 
torpaqlarının payına düşür. Sovet dövründə Azərbaycanda hər adam başına düşən 
kənd təsərrüfatına yararlı torpaq sahəsinin həcminə görə (0.7 ha) 15 müttəfiq 
respublikanın arasında 14-cü yeri tuturdu. Bu gün erməni işğalı altında olan 
ərazimizi də  nəzərə alsaq, vəziyyətin daha da acınacaqlı olduğu hamıya 
məlumdur.  
 
 


 
49
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin