47
bitki və heyvanat aləminin genofondunu məhv edən, insan sağlamlığı və
ətraf mühit üçün digər arzuolunmayan nəticələrə səbəb olan təsərrüfat
fəaliyyəti ilə bağlı layihələrin işlənilməsi və həyata keçirilməsi;
• nüvə və elektromaqnit şüalanması mənbəyi olan obyektlərin əhali sıx
məskunlaşan və xüsusi qorunan ərazilərdə yerləşdirilməsi;
• xüsusi qorunan, rekreasiya, sanitariya-gigiyenik, tarixi-mədəni və s. təbiəti
mühafizə obyektlərinin təyinatına zidd olub, onlara ziyan gətirə bilən bütün
təsərrüfat fəaliyyətləri;
• tərkibində zərərli maddə və birləşmələrin miqdarı normativdə nəzərdə
tutulmuş həddi keçən tullantıların ətraf mühitə (atmosferə, litosferə və
hidrosferə) atılması;
• sənaye, kommunal-məişət və kənd təsərrüfatı komplekslərinin çirkab sula-
rının, eləcə də sənaye, nəqliyyat və məişət və s. tullantılarının təmizlən-
mədən və zərərsizləşdirilmədən su hövzələrinə və atmosferə atılması;
• yerləşdirmək, zərərsizləşdirmək və basdırmaq üçün sənaye tullantılarının, o
cümlədən radioaktiv tullantıların Azərbaycan Respublikasının ərazisinə
gətirilməsi.
Dostları ilə paylaş: