40
etmirdi. Əhalinin sayının az, təbii sərvətlərin isə bol olduğu dövrlərdə antropogen
təsirin nəticələri də o qədər nəzərə çarpmırdı:
• yeni yaranan ibtidai insan təbiətdə «həll olaraq» biosferə adi bioloji növ
kimi
təsir göstərirdi;
• bioloji növ kimi formalaşmış insan
(Homo sapiens) intensiv şəkildə
ovçuluqla və bitki toplamaqla məşğul olsa da, ekosistemlərdə köklü
dəyişikliklər yaratmırdı;
• əkinçilik və heyvandarlığın yaranması ilə bağlı biosferə təsir intensivləş-
mişdir. Geniş ərazilərdə mal-qaranın otarılması, meşələrin qırılaraq yandı-
rılması, çəmənliklərin şumlanması nəticəsində əkin sahələrinin geniş-
ləndirilməsi təbii ekosistemlərin sıradan çıxması və biosferdə tarazlığın
pozulması ilə nəticələnmişdir;
• antropogen təsirin sənaye dövrü son 300 ili əhatə etməklə kulminasiya
həddinə XX əsrdə çatmışdır. Bu mərhələdə biosferdə bütün ekoloji kompo-
nentlər güclü antropogen təsirə məruz qalaraq qlobal ekoloji təzadlar yaran-
mışdır. XVII əsrə qədər biosferdə ekoloji tarazlıq qlobal şəkildə pozul-
mamış qalır, ətraf mühitin çirklənməsi isə lokal xarakter daşıyırdı. Lakin
XVII əsrdən başlayaraq sənayenin surətli inkişafı və onun törəməsi olan
güclü urbanizasiya biosferin sabitliyini pozan başlıca amilə çevrilmişdir.
İqtisadiyyatın
bütün sahələrinin, o cümlədən kənd təsərrüfatı istehsalının da
sənayeləşdirilməsi və iri şəhərlərin yaranması biosferə antropogen təsiri
artırmaqla XX əsrin ortalarından başlayaraq ekoloji bəlalar yaratmışdır.
Biosferə antropogen təsirin nəticələri aşağıdakı formalarda özünü büruzə verir:
- litosferin sturukturunun dəyişdirilməsi, xam torpaqların, çöl və çəmənliklə-
rin əkilməsi, meşə örtüyünün məhv edilərək geniş sahələrin meşəsizləşdi-
rilməsi, səhralaşma və bozqırlaşma, meliorasiya və irriqasiya işlərinin apa-
rılması, süni su hövzələrinin və dəryaçaların yaradılması və s.
nəticəsində;
- biosferi təşkil edən komponentlərin əlaqələrinin və maddələr mübadiləsinin
balansının pozulması, faydalı qazıntıların çıxarılması, sənaye və məişət
tullantılarının litosferdə toplanması, çirkləndirici maddə və birləşmələrin
atmosferə və hidrosferə atılması, quraqlaşma və s. nəticəsində;
- Yer kürəsinin ayrı-ayrı regionlarında və planetdə bütövlükdə enerji, o
cümlədən istilik, balansının pozulması: atmosferdə karbon qazının (CO
2
)
qatılığının artması nəticəsində «parnik» (istixana) effektinin yaranması,
iqlimin istiləşməsi, ozon təbəqəsinin deqradasiyaya uğraması üzündən
dəliklərin açılması və s. nəticəsində;
- biotanın (bitki və heyvanlar aləminin məcmusu) dəyişdirilməsi: bir çox
bitki və heyvan növlərinin məhv edilərək itirilməsi, yeni heyvan cinslərinin
və bitki sortlarının yaradılması, bioloji müxtəlifliyin sıradan çıxması, ətraf
mühitdə (torpaq, su, hava) arzuolunmayan biogenlərin və hansısa ərazidə
yeni orqanizmilərin peyda olması, kənd təsərrüfatı bitkilərinin və mal-
qaranın infeksion və parazitar xəstəlik törədicilərinin və ziyanvericilərinin
yayılması, mikrobioloji çirklənmə və s.
Hal-hazırda 200-ə qədər təbii sərvətdan istifadə olunur. Müasir texnologi-
yanın təkmilləşməməsi mineral xammalın tam emalı və istifadəsini təmin etmir.
41
Onun əksər hissəsi tullantı şəklində təbiətə qaytarılır. Bəzi mənbələrə görə,
istehsal olunan məhsul istifadə olunan xammalın yalnız 1-2%-ni
təşkil edir, yerdə
qalanı isə tullantıya gedir. Bu fakt ətraf mühitin çirklənməsini təsdiqləməklə
yanaşı, təbii sərvətdən qeyri-rasional istifadəyə münasibətin olmasını, qənaətedici
yanaşmanın yaranmamasını göstərir.
Elmi-texniki tərəqqinin inkişaf səviyyəsi bu gün 10 milyona yaxın maddə
sintez etməyə imkan verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına
əsasən hazırda 500 minə yaxın kimyəvi birləşmə praktiki tətbiqini tapır. Onlardan
40 minə yaxın birləşmə insan üçün zərərli, 12 mini isə toksik hesab olunur.
Biosferin antropogen çirklənməsinə əsasən sənaye, energetika və nəqliyyat
vasitələri (birlikdə 76%) səbəb olur. Onların iştirakı təşkil edir:
• sənaye - 38%;
• energetika - 22%;
• nəqliyyat vasitələri - 16%;
• kənd təsərrüfatı - 14%;
• məişət tullantıları - 7%;
• digər mənbələr - 3%.
Biosferə antropogen təsirin nəticələri və miqyası (1 ildə):
• Yerin təkindən 300 mlrd. ton mineral sərvət çıxarılır;
• o cümlədən, 100
mlrd ton dəmir filizi;
• tikinti və dağ-mədən işləri zamanı 4 min km
3
qrunt və süxur daşınır;
• 800 mln. ton metal (müxtəlif) əridilir;
• 50-70 min km
2
torpaq səhralaşma, şoranlaşma, tikinti və s. nəticəsində
itirilir;
• 18 mln. hektar meşə sahəsi məhv edilir;
• Minə yaxın bitki və heyvan növü itirilir;
• Dünya okeanına 10 mln. ton neft məhsulları düşərək onu çirkləndirir;
• 7 mlrd. ton şərti yanacaq yandırılır;
• 4 mln. ton pestisid istifadə olunur;
• 30 mlrd. ton sənaye və məişət tullantıları bərk, maye və qaz halında
atmosferə, hidrosferə və litosferə atılaraq biosferi çirkləndirir.
Böyük şəhərlərin böyük də ekoloji problemləri mövcuddur. İri şəhərlərin
yaranmasına sənayenin inkişafı, urbanizasiya və demoqrafik partlayış başlıca
səbəb olmuşdur.
Demoqrafik partlayış planetimizdə əhalinin sayının sürətli artımı deməkdir.
Başlanğıcı XVIII-XIX əsrlərdə müşahidə olunmaqla XX əsrdə əsl sıçrayışa –
demoqrafik partlayışa çevrilmişdir. Buna başlıca səbəblərdən biri əhalinin təbii
artım göstəricisinin dəyişməsidir. Qədim dövrlərdən əhalinin təbii artımı 0,1%
təşkil
edirdisə, bu göstərici XX əsrin ikinci yarısında artıq 2%-ə çatmışdır.
Eramızın başlanğıcında Yer kürəsində əhalinin sayı 0,25 mlrd. nəfər olub
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində 1,0 mlrd. təşkil etmişdir. XIX əsrdə
əhalinin sayı 1,0 mlrd.-dan 1,65 mlrd. nəfərə çataraq bu göstərici XX əsrin
sonunda 6 mlrd. nəfər təşkil etmişdir. Beləliklə, eramızın əvvəlindən XVIII əsrə
42
kimi əhalinin sayı 4 dəfə, XX əsrin əvvəlində 6 dəfə və XX əsrin sonunda 24 dəfə
artmışdır. Əhalinin intensiv artımı XX əsrdə müşahidə olunur. Belə ki, əgər
eramızın əvəlindən XX əsrin əvvəlinə kimi olan dövrdə Yer kürəsində əhalinin
sayı 6 dəfə artmışdısa da, təkcə XX əsrdə artım 4 dəfə təşkil etmişdir. Mütləq
artım XX əsrə qədər 1,40 mlrd. nəfər, XX əsrdə isə 4,35 mlrd. nəfər təşkil edir.
XXI əsrin sonunda dünya əhalisinin sayının 12-13 mlrd. təşkil edəcəyi
proqnozlaşdırılır.
Sənayenin inkişafı ilə bağlı iri şəhərlər yaranmağa başladı. Həmin şəhərlərin
əhalisi kənd yerində yaşayan əhalinin (kəndlilərin) hesabına formalaşırdı. Şəhərlər
inkişaf etdikcə kənd əhalisinin şəhərə axını (urbanizasiyası) gücləndirdi. Nəticədə
şəhər və kənd əhalisinin sayında qeyri-bərabərlik yaranmışdır
və bu gün əhalinin
yarıdan çoxu şəhərlərdə məskunlaşmışdır. Bəzi inkişaf etmiş ölkələrdə bu
göstərici 75%-ə çatır.
Ətraf mühitin çirklənməsində və biosferin deqradasiyaya uğramasında iri
şəhərlər əsas yer tutur. Bununla bərabər, iri şəhərlərin özünəməxsus ekoloji prob-
lemləri də mövcuddur. Ətraf mühiti çirkləndirən əsas mənbələr – sənaye, energe-
tika və nəqliyyat vasitələri şəhərlərdə cəmləşmişdir. Şəhərin sosial-iqtisadi
problemlərinin həllinə xidmət etməklə bərabər onun ekoloji durumunun gərgin-
ləşməsinə səbəb olurlar. Digər problem şəhərin həyat fəaliyyəti təchizatı və onun
nəticələri ilə bağlıdır. Şəhər əhalisinin ərzaq, su və s. ilə təchizatı problemi ilə
yanaşı, məişət tullantıları da əsl ekoloji bəlaya çevrilmişdir.
İnkişaf etmiş ölkələrdə əhalisinin sayı 1 mln. nəfər olan şəhərin suya, ərzağa
və yanacağa olan sutkalıq tələbatı yüksək olsa da, bunların müqabilində yaranan
tullantıların miqdarı düşünməyə daha çox vadar edir (cədvəl 5).
Dostları ilə paylaş: