30
XX əsrdə kənd təsərrüfatı istehsalının artmasının təsiri nəticəsində Yerin
biosferinin bərpaolunmaz qlobal dəyişməsi kəskin gücləndi. XX əsrin 70-90-cı
illərində intensiv texnologiyanın (monokultura, yüksək məhsuldar mühafızə
olunmayan bitki çeşidləri, aqrokimyəvi maddələr) tətbiq olunması su və külək
eroziyası, təkrar şorlaşma, torpağın gücdən düşməsi və deqradasiyası, edafon və
mezofaunanm kasadlaşması, meşəlik faizinin azalması, şumlanan sahələrin
artması və s. ilə müşayiət olunur.
XIX əsr və XX əsrin birinci yarısında aktiv məskunlaşma başladı və planetin
münbit torpaqları zəbt edildi. Antropogen təsirlərdən nisbətən «azad» ərazilər
mənimsənilməsi çoxlu vəsait tələb edən olduqca mürəkkəb şəraitdə yerləşir. Bura
həmçinin biosferin ekoloji funksiyasının sabitliyini qoruyub saxlayan ərazilər
(məsələn: tropik meşələr, milli parklar və qoruqlar) aiddir.
XX əsrin ikinci yarısında həm təbii sistemlərin, həm də insan tərəfindən yaradılan
aqrosenozların ilkin bioloji məhsuldarlığı haqqında təxmini məlumatlar təqdim edildi.
Bununla yanaşı, ayrı-ayrı təbii sistemlərin tərkibinin potensialı da müzarkirə olunurdu
(şəkil 6). Bütövlükdə planetimiz üçün fotosintezin iqlim potensialı hesabına üzvi
maddələrin nəzəri maksimum məhsulunu ildə 330 mlrd. ton qəbul etmək olar.
Dostları ilə paylaş: