Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə383/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   379   380   381   382   383   384   385   386   ...   431
 
2. Təsvir   və  təriflər 
 
2.1. Təsvir    
Ekoloji təsərrüfat sistemindən əldə olunan ərzaq yalnız ekosistemin gücləndirilməsi 
məqsədini güdən ekoloji istehsal üsullarına  istinad edə bilər. Bu istehsal sistemi 
biomüxtəlifliyə ziyan vurmayan davamlı məhsuldarlıq naminə alaq otları, zərərverici və  
xəstəliklərin məhdudlaşdırılmasını  nəzərdə tutur. Bu məqsədlə bitki qalıqlarının və 
heyvan tullantılarının dövranı,  bitki seçimi və növbəli  əkin, suyun idarə edilməsi, 
şumlama və becərmə  lazımi səviyyədə aparılmalıdır.    
Bu sistem torpağın bioloji aktivliyini və onun fiziki və mineral tərkibini  optimal-
laşdırır. Nəticə olaraq torpaq bitki və heyvanlar üçün lazım olan balanslaşdırılmış qidalı 
maddələrlə  təmin edilmiş olur. İstehsal gübrələmə strategiyasının  ən  əsas hissəsi olan 
bitkilərin qidalı elementlərinin dövranı hesabına davamlı ola bilər. Xəstəlik və zərərve-
ricilərə qarşı idarəetmədə onların təbii düşmənlərin populyasiyasının inkişafı üçün 
yaşayış mühitinin qorunması və yaxşılaşdırılması, bioloji və mədəni nəzarət,  bitkilərin 
zərərvericilərlə zədələnmiş hissələrinin  mexaniki yolla ləğv edilməsini nəzərdə tutur.   
Ekoloji heyvandarlıqda  əsas baza prinsipi torpaq, bitki və bütün növ heyvanlar  
arasında harmonik əlaqələri inkişaf etdirmək və heyvanların psixoloji və davranış 
ehtiyaclarına hörmət etməkdən ibarətdir. Bu isə heyvanların ekoloji üsulla yetişdirilmiş 
keyfiyyətli yemlə təmin olunması və heyvandarlıq sisteminin sərbəst davranış ehtiyac-
larına uyğunluğu ilə əldə olunur. Bundan əlavə, heyvandarlığın idarə olunmasında stress 
hallarını azaltmaq, heyvanların sağlamlığı  və rifahı qayğısına qalmaq, xəstəliklərin 
qarşısını almaq və kimyəvi allopatik baytarlıq vasitələrindən (həmçinin antibiotiklərdən) 
istifadəyə yol verməmək başlıca şərtlərdəndir.   
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   379   380   381   382   383   384   385   386   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin