Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə385/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   381   382   383   384   385   386   387   388   ...   431
3. Etiketləmə və tələblər  
 
3.1. Ekoloji məhsullar GABA standartlarına müvafiq olaraq etiketlənməlidir. 
3.2. Bölmə 1.1. (a)-da göstərilən  məhsulların etiketlənməsi və  müvafiq tələblər 
aşağıdakı hallarda ekoloji istehsal üsullarına istinad edə bilər:  
a) belə göstərişlər onların kənd təsərrüfatı istehsal üsulları ilə bağlı olduğunu  aydın 
göstərir;  
b) məhsul  Bölmə 4-ün tələblərinə müvafiq olaraq istehsal olunub və ya Bölmə 7-də 
qeyd olunan tələblərə müvafiq olaraq idxal olunub;  
c)  Məhsul Bölmə 6–da qeyd olunan yoxlama tədbirlərinə  məruz qalmış  operator 
tərəfindən  istehsal və ya idxal olunub;  
d)  İstehsal və ya emalla məşğul olan operator  etiketləmədə  AZEKOSERT-in  kod 
nömrəsinə    və ya digər rəsmi olaraq tanınan yoxlama və ya sertifikatlaşdırma 
qurumlarına istinad edir.   
3.3 Paraqraf 1.1(b)-yə  əsasən məhsulun etiketlənməsı  və  tələbləri ekoloji istehsal 
metodlarına aşağıdakı hallarda istinad edir:  
a) bu göstərişlər onların kənd təsərrüfatı istehsal metodları ilə bağlı olduğunu göstərir və 
o vaxtacan  sual altında olan kənd təsərrüfatı məhsulları ilə də əlaqəlidir ki, inqrediyent 
tərkibi barəsində aydın məlumat vərəqi verilməsin;  
b) məhsulun kənd təsərrüfatı  mənşəli  bütün inqrediyentləri Bölmə 4-ün tələblərinə  
uyğunlaşdırılır;  
c) Məhsul  Əlavə 2-də  Cədvəl 3-də siyahıya alınmamış  və qeyri-kənd təsərrüfatı 
mənşəli  inqrediyentlərə malik olmamalıdır;  
d) eyni inqrediyentlər  həm ekoloji, həm də qeyri-ekoloji mənşəli ola bilməz;  
e) məhsul və ya onun inqrediyenti hazırlanma vaxtı ionlu radiasiyanın və ya Əlavə 2-də  
Cədvəl 4-də qeyd olunmayan  maddələrin təsirinə məruz qalmayıb;  
f) məhsul Bölmə 6-da göstərilən müntəzəm yoxlama sistemi əsasında operator 
tərəfindən hazırlanıb və idxal olunub;  
g) etiketləmə ada və ya GABA-nın kod nömrəsinə  və ya rəsmən tanınmış 
sertifikatlaşdırma qurumuna  istinad edir.  
3.4  Paraqraf 3.3. (b)-nin tələbləri yerinə yetirilə bilmədikdə,  


 
313
− kənd təsərrüfatı mənşəli, bu paraqrafın tələblərinə cavab verməyən bəzi inqrediyentlər 
ümumi inqrediyentlər faizinin maksimum 5% m/m limitində istifadə oluna bilər. Son 
məhsulda və paraqraf 1.1.(b)-də göstərilən məhsulların hazırlıq proseslərində duzu və 
suyu istisna etməklə.   
− harada ki, kənd təsərrüfatı  mənşəli bu cür inqrediyentlər  əldə oluna bilmir və ya 
kifayət miqdarda deyildir, bu standartın Bölmə 4-də göstərilən tələblərə müvafiq olaraq;  
3.5 Yarlıqlamada  yuxarıda göstərilən paraqrafa müvafiq olaraq  95%-dən az üzvi 
inqrediyentlərə malik olan məhsullar olduqda, istehsalçı aşağıda göstərilən elementləri  
95% və  70%  üzvi inqrediyentlərə malik olan məhsullara şamil edə bilər:  
a) məhsul paraqraf 3.3.(c), (d) (e), (f) və  (g)-nin tələblərinə cavab verirsə;  
b) ekoloji istehsal metodlarına istinad edən göstərişlər, qeydlər panelin ön hissəsində 
qeyd olunur və inqrediyentlərin təxmini tərkibini ümumi inqrediyentlər arasında 
əlavələr də daxil olmaqla verilir. Lakin su və duz  bu sırada göstərilmir;  
c) İnqrediyentlər tərkibin çoxluğu sırası ilə qeyd edilir;  
d)  İnqrediyentlər siyahısında verilən göstərişlər də eyni rəngdə verilir və lakin 
inqrediyentlər siyahısının yazısından fərqlənən xüsusi identifikasiya və  hərflərin yazı  
forması ilə seçilir.  
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin