Амин Бабайев, Вцгар Бабайев


Heyvanların bəslənməsi, daşınma və kəsim



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə404/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   400   401   402   403   404   405   406   407   ...   431
Heyvanların bəslənməsi, daşınma və kəsim  
 
24. Heyvanların bəslənilməsi və saxlanılması canlı varlıqlara olan qayğı, məsuliyyət və 
hörmət hissi ilə  müşayiət olunmalıdır.   
25. Çoxaltma metodları  aşağıdakı ekoloji təsərrüfatçılıq prinsiplərini  nəzərə alaraq  
tətbiq edilməlidir:  
a) cinslər və növlər yerli şəraitdə ekoloji sistem altında saxlanılmağa uyğun olmalıdır;  
b) təbii metodlarla çoxaltmaya üstünlük verilməlidir, həmçinin süni yolla mayalandır-
madan da istifadə edilə bilər;  
c) rüşeym yayan  texnikadan və hormonal  müalicə vasitələrindən istifadə edilə bilməz;  
d) genetik mühəndislik vasitələrindən istifadə edən seleksiya üsullarına icazə verilmir.   
26. Heyvanların quyruğuna elastik rezin bağlamaq, quyruqları bir-birinə bağlamaq, 
dişlərin, dimdiklərin, dırnaqların və buynuzların kəsilməsinə, ümumiyyətlə, ekoloji 
idarəetmə sistemində icazə verilmir. Ancaq bu sadalananlardan GABA-da bəzi müstəs-
na hallarda heyvanların sağlamlığını qorumaq və rifahlarını yaxşılaşdırmaq naminə 
icazə verilir. Bu cür əməliyyatlar müvafiq yaşlarda həyata keçirilməlidir və heyvanların 
hər cür əzab-əziyyəti minimuma endirilməlidir. Ağrıkəsici və keyləşdiricilərdən lazımı 
hallarda istifadə edilməlidir.  
 Məhsulun keyfiyyətini və  ənənəvi istehsal praktikasını saxlamaq məqsədilə  (ətlik 
donuzları, buğalar, ətlik axta xoruzlar və s.)  fiziki axtalamaya ancaq bu şərtlər daxilində 
icazə verilir.  
27. Yaşayış  şəraiti və  ətraf mühitlə davranma  heyvanların təbii ehtiyaclarını  nəzərə 
almaq baxımından aşağıdakılara əməl edilməlidir:  
− kifayət qədər hərəkət azadlığı və  təbii ehtiyacları ödəmək üçün imkan;  
− digər heyvanlarla, xüsusilə də öz növündən olan heyvanlarla  ünsiyyət;  
− qeyri-normal hərəkətlərin, zədələnmələrin  və xəstəliklərin qarşısının alınması;  
− fövqəladə  hadisələrdən  məsələn, yanğından, vacib xidmət mexaniki vasitələrinin 
sıradan çıxmasından və təminatın pozulmasından sığortalama.  


 
330
28. Diri heyvanların daşınması sakit və  mədəni  şəkildə aparılmalıdır ki, heyvanları 
stresə, zədəyə və  əzaba məruz qoymasın: səlahiyyətli şəxslər və ya qurumlar bu vəzifə-
lərin düzgün həyata keçirilməsi üçün xüsusi tələblər və maksimum nəqliyyatda daşınma 
müddəti müəyyən etməlidir. Heyvanların daşınması zamanı elektrik stimulyatordan və 
ya allopatik sakitləşdiricilərdən istifadəyə icazə verilmir.   
29. Heyvanların kəsilməsi elə  tərzdə  həyata keçirilməlidir ki, bunlar milli qaydalara 
müvafiq həyata keçirilsin,  stress və  əzab minimum olsun.   
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin