Амин Бабайев, Вцгар Бабайев


Tövlə və azad hərəkət şəraiti



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə405/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   401   402   403   404   405   406   407   408   ...   431
Tövlə və azad hərəkət şəraiti   
30.  İqlim  şəraiti heyvanların açıq havada saxlanmasına imkan verən yerlərdə onların 
tövlədə saxlanması məcburi deyil.   
31. Tövlə  şəraiti bioloji və heyvanların  davranış ehtiyaclarını ödəməklə  aşağıdakı 
şərtlərə də cavab verməlidir:  
− yem və suya asan yol;  
−  izolyasiyası, isitmə, soyutma sistemi və heyvanların sağlamlığı üçün təhlükə 
olmamasına təminat vermək üçün otaqlarda hava mübadiləsi, tozun dərəcəsi, hərarət, 
havanın nisbi rütubəti və qaz konsentrasiyasını nizamlayan ventilyasiya;  
− kifayət qədər təbii ventilyasiya və işıq;  
32. Bəzi hallarda heyvanların sərbəst həyat tərzinə məhdudiyyətlər qoyula bilər. Bu isə 
onların sağlamlığı, təhlükəsizliyi və rahatlıqları  təhlükə altında olduğu hallarda və 
yaxud bitki, torpaq və suyun keyfiyyətini qorumaq naminə edilir.   
33. Binalarda heyvanların yaşam sıxlığı  aşağıdakı tələblərə müvafiq olmalıdır:  
− növlər, cinslər və heyvanların yaşları  nəzərə alınmaqla onlar üçün rahatlıq və rifah 
təmin edilməlidir;  
− heyvan qruplarının ölçüsü və cinsləri nəzərə alınmaqla onların təbii davranış 
ehtiyaclarının təmin edilməsi
− təbii halda dayanmaları, asanlıqla uzanmaları, ətrafa dönmələri, özlərinə qulluq etmək 
və bütün təbii hərəkətləri yerinə yetirmək üçün, məs., dartınmanı, qanadların hərəkətini 
sərbəst həyata keçirmələri üçün onlara kifayət qədər ərazi ayrılmalıdır.  
34. Qarşılıqlı yoluxucu infeksiyaların və xəstəlikdaşıyıcı orqanizmlərin qarşısını almaq 
üçün yaşayış yeri, daldanacaq yerləri, avadanlıq və alətlər təmiz olmalı və dezinfeksiya 
edilməlidir.  
35. Sərbəst davranış, açıq havada gəzmək üçün ərazilər və ya açıq havada qaçışlar,  və 
əgər vacibdirsə, yağışdan, küləkdən, günəşdən və ekstremal temperaturlardan kifayət 
qədər müdafiə zolağı yaratmalı.   
36. Otlaqda, çöllərdə və ya digər təbii və ya yarımtəbii yaşayış yerlərində heyvanların 
sıxlığı lazımi qədər seyrək olmalıdır ki, həm torpağı deqradasiyadan, həm də    çox 
otarılmadan  qorusun.  
 
Məməlilər 
37. Bütün məməlilərin otlağa və ya açıq hava məşğələlərinə - gəzintilərinə, qaçış üçün 
əraziyə  çıxışı olmalıdır, bu sahələrin bir hissəsi bağlı da ola bilər. Onlar bu ərazidən 
heyvanların psixoloji vəziyyətlərini, hava şəraitini və torpağın vəziyyətini   nəzərə 
alaraq istifadə etməlidir. 
38. GABA  aşağıdakı müstəsnalıqlara icazə verə bilər:  
− öküzlərin otlaqlara çıxışı, qış dövründə inəklərin açıq hava gəzintilərinə, qaçış üçün  
əraziyə  çıxışı;  


 
331
− son kökəltmə fazası.  
39. Heyvanların tövləsi düz, amma sürüşkən olmayan döşəməyə malik olmalıdır. 
Döşəmə tamamilə ensiz taxtalardan – reyka və ya məhəccərdən ibarət olmamalıdır. 
40. Heyvanların tövləsi möhkəm materiallardan təşkil olunmaqla onların uzanması – 
istirahəti üçün kifayət ölçüdə və rahat, təmiz və quru olmalıdır.   
Kifayət qədər  quru döşənək  materialı  dincəlmək üçün olan əraziyə döşənir.   
41. Danaların  individual otaqlarda saxlanılmasına və bağlanmasına GABA-nın qəbul 
etməsindən asılı olmayaraq icazə verilmir.    
42. Ana donuzlar qrup şəklində saxlanılmalıdır, müstəsna hal kimi boğazlığın sonuncu 
mərhələsi və əmizdirmə dövrü götürülür. Çoşqalar düz meydançalarda və ya qəfəslərdə 
saxlanıla bilməz. Saxlanma  ərazisi onlara  ifraz etməyə  və yem axtarmağa  imkan 
verməlidir.   
43. Dovşanların qəfəsdə saxlanmasına icazə verilmir.   
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin