334
b) əgər allopatik kimyəvi sintez edilmiş tibbi dərmanlardan istifadə edilirsə, o zaman arı
məhsulları ekoloji kimi satıla bilməz. Dərmanlanmış pətəklər
təcrid edilmiş halda
saxlanmalı və onlar üçün birillik keçid dövrü müəyyən edilməlidir.
Bütün mumlar bu standarta müvafiq olan mumlarla əvəz edilməlidir;
c) hər bir baytarlıq müalicəsi aydın şəkildə sənədləşdirilməlidir.
73. Erkək arıların məhv edilməsi praktikasına ancaq
Varroa jacobsoni ilə yoluxma
halında icazə verilir.
İdarəetmə
74. Arı pətəklərinin əsası ekoloji istehsal olunmuş mumdan qoyulmalıdır.
75. Pətəklərdə arıların məhsul toplamaq məqsədilə pərən-pərən salınıb, dağıdılması
qadağandır.
76. Şikəstetmə, məsələn, ana arıların qanadlarının kəsilməsi qadağandır.
77. Kimyəvi sintetik repellentlərin istifadəsi bal məhsulu alındığı ərəfədə qadağandır.
78. Tüstüdən istifadə minimum səviyyədə olmalıdır.
Qəbul edilmiş tüstüverici
materiallar ya təbii olmalıdır, ya da bu standartın tələblərinə cavab verən materiallardan
olmalıdır.
79. Arıçılıq məhsullarının emalı və ya bal kəsimi müddətində hərarəti
mümkün qədər
aşağı səviyyədə saxlamaq məsləhət görülür.
Dostları ilə paylaş: