Амин Бабайев, Вцгар Бабайев


Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə57/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   431
3.2. Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi 
 
Təbii ehtiyatların ümumi qiymətləndirilməsi üç aspektdə aparılır:  
•  kəmiyyətcə;  
•  keyfiyyətcə;  
•  iqtisadi.  
Təbii ehtiyatların kəmiyyətcə qiymətləndirilməsi onların miqdarının təyin 
olunmasını nəzərdə tutur və göstərici kimi ehtiyat xüsusi kateqoriya olub zaman 
baxımdan konkret dövrlə bağlıdır.  
Təbii ehtiyatların mövcud texnoloji iqtisadi və sosial imkanlar daxilində 
nəzərdə tutulmuş ardıcıllıqda ekoloji tələblərə uyğun mənimsənilməsi mümkün 
olan qiymətləndirilmiş (miqdarı təyin olunmuş) hissəsi ehtiyat adlanır. 
Ehtiyatın miqdarı metrik ölçü sistemi (ton, kub metr, kvadrat metr və s) və ya 
inglis-amerikan sistemi (barel, fut, dyüym, karat və s.) vahidləri ilə ifadə olunur. 
Ehtiyatın miqdarından asılı olaraq təbii ehtiyat mənbələri şərti olaraq bölünür:  
•  ən iri – dövlət əhəmiyyətli;  
•  iri – regional əhəmiyyətli;  
•  kiçik və ya məhdud – yerli əhəmiyyət kəsb edənlər.  
Bazar iqtisadiyyatı şəraitində təbii ehtiyatlar ticarət obyekti baxımdan bölünür:  
•  strateji ehtiyatlar (ilk növbədə, uran filizi və radioaktiv maddələr, civə, ilan 
zəhəri, bir sıra əlvan və nadir metallar; bəzi mənbələrdə neft də daxildir); 
•  ixrac  əhəmiyyətli ehtiyatlar (neft, təbii qaz, qızıl, bəzi bioloji sərvətlər – 
nərə balığı, qara kürü və s.);  
•  daxili bazar ehtiyatları (mineral tikinti materialları və s.).  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin