Амин Бабайев, Вцгар Бабайев


Ekoloji kənd təsərrüfatının tarixi



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə65/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   431
4.2. Ekoloji kənd təsərrüfatının tarixi 
 
Ekoloji kənd təsərrüfatı ideyası bir əsrə yaxın tarixə malikdir. XIX əsrin  
sonu XX əsrin  əvvəllərində Avropada sənaye sürətlə inkişaf etməyə başladı. 
Yaranan böyük sənaye mərkəzləri və müəssisələri yeni-yeni işçi qüvvəsi tələb 
edirdi. Bu tələbat, əsasən, kənd əhalisinin hesabına ödənilirdi. Şəhərlər böyüyür, 


 
62
kənd  əhalisi azalır, sənayenin inkişafı isə  şəhərətrafı torpaqların texnoloji 
tullantılarla yararsız hala salınmasına gətirib çıxarırdı.  
Şəhər  əhalisinin qida məhsullarına olan böyük tələbatı  ənənəvi  əkinçilik və 
maldarlıq üsullarına əsaslanan fermer təsərrüfatları tərəfindən tam həcmdə ödənilə 
bilmirdi. Yaranmış  vəziyyətdən çıxmaq,  əhalinin artan tələbatını ödəmək, 
həmçinin daha böyük gəlir əldə etmək üçün fermer təsərrüfatları böyüyür, intensiv 
inkişaf yoluna qədəm qoyurdu. Bu proses  o dövrlərdə kimya  sənayesinin sürətli 
inkişafı, kimyəvi gübrələrin və pestisidlərin, həmçinin kənd təsərrüfatı texnikası 
və texnologiyalarının kənd təsərrüfatında intensiv tətbiqi ilə nəticələndi. Beləliklə, 
aqrar sektorda inqilab baş verdi: məhsuldarlıq yüksəldi, əl əməyi azaldı və müva-
fiq olaraq məhsulun maya dəyəri aşağı düşdü. Kənd təsərrüfatı məhsullarına tələ-
batın artan fonunda əhalinin  ərzaqla təmin olunması  əsil sensasiyaya çevrildi. 
Lakin çox hallarda olduğu kimi, zaman keçdikcə problemlər meydana çıxdı: ilk 
növbədə, kəndlilər, sonralar isə alimlər gördülər ki, intensiv texnologiyaların tət-
biqi nəticəsində məhsuldarlığın yüksəlməsi ilə yanaşı zərərverici və xəstəliklərin 
geniş yayılması, həmçinin onların kimyəvi dərmanlara davamlılığının sürətlə 
artması prosesi baş verir. Zərərvericilərə qarşı mübarizə üçün kimyəvi dərmanla-
rın həm çeşidinin, həm də  tətbiq olunan normalarının artırılması  zəruri oldu. 
Kimyəvi gübrələrin istifadəsi torpağın zəifləməsini doğururdu, eyni zamanda 
onun münbitliyinin bərpası üçün bu gübrələrin daha da intensiv istifadəsi tələb 
olunurdu. Son halda bütün bu proseslər  ətraf mühitinn çirklənməsinə, fasiləsiz 
istismar nəticəsində  torpağın münbitliyinin itirilməsinə, flora və faunanın optimal 
balansının pozulmasına gətirib çıxartdı. Cəmiyyət öz texnogen fəaliyyəti nəticə-
sində ana təbiətin sonsuz olmayan ehtiyatlarının tükənə biləcəyinə inanmağa 
başlayırdı. Təbii balansın pozulması  böyük fəlakətlərə  rəvac verə biləcəyi dərk 
olunurdu. Kimyəvi zəhərli maddələrin bol-bol istifadəsi kənd təsərrüfatı məhsul-
larının  formaca gözəl, məzmunca yararsız olmasına gətirib çıxarmışdı. Alimlər 
kənd təsərrüfatının kimya sənayesindən getdikcə artan asılılığını anladılar. 
Yaranmış  vəziyyətdən yegənə  çıxış yolunu insanlar təbiətin özündə axtar-
mağa, onun ehtiyatlarından şüurlu surətdə istifadə etməklə və kənd təsərrüfatında 
kəmiyyət yox, keyfiyyət göstəricilərini  əsas götürməyə başladılar. Cəmiyyətin 
qabaqcıl nümayəndələrində formalaşmış bu baxışlar kənd təsərrüfatında yeni bir 
hərəkatın yaranmasına səbəb oldu. Beləliklə, ekoloji kənd təsərrüfatı hərəkatının 
təməli qoyuldu.  
XIX  əsrin  əvvəlində isveçrəli alim Hans Müller ekoloji kənd təsərrüfatı 
konsepsiyasının əsasını qoydu.  Müller 1921-ci ildə İsveçrədə məqsədi təfəkkürün 
yüksəlməsi olan kəndlilərin vətəndaş hərəkatını yaratdı. Onun fikrincə, bu hərəkat 
onlara cəmiyyətdə öz davamlı yerlərini tapmaqda yardım etməli idi.  
Hans Müller 19 il ərzində  İsveçrənin aqrar siyasətində  kəndlilərin maraqla-
rının mühafizəsi istiqamətində öz səylərini göstərdi. Lakin sonralar o etiraf etdi ki,  
kəndlilərin problemləri yalnız siyasi səviyyədə  həll oluna bilməz və onlar özləri 
özlərinə kömək etməlidir. 
Məğlubiyyətdən sonra Müller həyat yoldaşı ilə birlikdə aqrar siyasətdə     
eko-bio-üzvi  əkinçiliyin  əsasını yaratdılar. Bu konsepsiyanın  əsas prinsipləri 


 
63
kəndlilərin təfəkkürünün yüksəldilməsi və müstəqil davamlı  kəndli təsərrüfat-
larının yaradılmasından ibarət idi və  aşağıda qeyd olunanları nəzərdə tuturdu: 

К
imya sənayesindən asılılığın aradan qaldırılması - kimyəvi gübrələrin və 
digər vasitələrin istifadəsinin azaldılması - bitki mühafizəsi və torpağın 
münbitliyinin yüksəldilməsi üçün təsərrüfat resurslarından maksimal istifadə; 
-  Məhsulun satışında müstəqilliyə nail olmaq - məhsulun keyfiyyətinin 
yaxşılaşdırılması vasitəsi ilə: saf qida, həmçinin təmiz  ətraf mühitə marağı 
olan  alıcıya tuşlanmış fərdi satış bazarının yaradılması. 
Qeyd etmək lazımdır ki, XX əsrin  əvvəlində kimya sənayesinin kənd 
təsərrüfatına mənfi təsiri qismən tədqiq edilmişdir. Buna baxmayaraq, ekoloji 
kənd təsərrüfatının baniləri konvensional kənd təsərrüfatının mənfi tərəflərini 
düzgün qiymətləndirərək ekoloji kənd təsərrüfatının bu günədək aktual olan 
başlıca prinsiplərini müəyyən etmişlər. 
1924-cü ildə avstriyalı Rudolf Ştayner Sileziyada bu fikirlərə  əsaslanan və 
kənd təsərrüfatının biodinamik inkişafına gətirib çıxarmış  təlim kursları 
(«Demeter») təşkil etmişdi. 
XX  əsrin 40-cı illərində  İngiltərədə  İv Balfur və Albert Hauerdin səyləri 
nəticəsində almandilli ölkələrdə geniş inkişaf tapmış  ekoloji kənd təsərrüfatı 
sisteminə uyğun olan formada təsərrüfat yaradıldı. Bu gün İngiltərədə ekoloji 
fermer təsərrüfatlarının əksər hissəsi bu sistem əsasında fəaliyyət göstərir. 
Ekoloji kənd təsərrüfatı istehsalının xüsusiyyəti ondan ibarətdir ki, onu ənə-
nəvi kənd təsərrüfatı ilə bağlı olmayan və ya əlavə olaraq məşğul olan insanlar 
inkişaf etdirirdi. Lakin bu inkişafı irəli aparan insanlar digər cəmiyyət dairələri ilə 
məsələn, ekoloji elmlər və ekoloji hərəkatlarla sıx qarşılıqlı əlaqələri vardır. Belə-
liklə, bioloji kənd təsərrüfatı çətinliklə də olsa, tədricən inkişaf etməyə başladı. 
XX  əsrin ortalarında ekoloji istehsal üsulu biodinamik konsepsiya əsasında 
inkişaf edirdi. 1940-cı ilə qədər bu üsul elmi-tədqiqat institutları tərəfindən qəbul 
olunmurdu. Buna görə  əsas araşdırmalar özəl institutlarda aparılır və faktlara 
əsaslanaraq zaman-zaman ekotəsərrüfatlarda sübuta yetirilirdi. Bu hərəkatın 
pionerləri öz işlərini adlandırmaq üçün ayrı-ayrı terminlərdən istifadə edirdi və 
buna görə də müxtəlif ölkələrdə ekoloji kənd təsərrüfatı müxtəlif adlara malikdir. 
Avropada  «üzvi», «ekoloji», «bioloji» adları sinonim kimi qəbul edilir və 
bunların hamısı qanuni hesab olunur. Ümumi konsepsiyalar üzrə razılıq  əldə 
olunduğu üçün  adlandırma məsələsi Ekoloji Hərəkatda elə bir problem 
yaratmırdı. Keçən  əsrin 70-ci illərinə  qədər ekoloji kənd təsərrüfatı  hərəkatı 
dünyada xaotik xarakter daşıyırdı. Bu hərəkatı birləşdirən,  əlaqələndirən və onu 
dünyada təmsil edən bir təşkilat mövcud deyildi. 
1972-ci ildə ekoloji kənd təsərüfatını vahid bir ideya ətrafında birləşdirən və 
onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı 
Hərəkatı Federasiyası  (İFOAM) yaradıldı. IFOAM-ın yaranması ilə bu hərəkat 
daha böyük sürətlə inkişaf etməyə başladı. 
Beləliklə, Avropada ekoloji kənd təsərrüfatı istehsalının inkişafını sosial 
hərəkat kimi qiymətləndirmək olar, ona görə ki, onu inkişaf edirməkdə cəmiyyətin 
müxtəlif təbəqələrinin (fermerlərin, istehlakçıların, ticarət müəssisələrinin, 
alimlərin) maraqları üst-üstə düşmüşdür. 


 
64

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin