Амин Бабайев, Вцгар Бабайев


Ekoloji kənd təsərrüfatının inkişafında IFOAM-ın rolu



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə66/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   62   63   64   65   66   67   68   69   ...   431
4.2.1. Ekoloji kənd təsərrüfatının inkişafında IFOAM-ın rolu 
 
1972-ci ildə ekoloji kənd təsərüfatını vahid bir ideya ətrafında birləşdirən və 
onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı 
Hərəkatı Federasiyası (IFOAM) yaradıldı. IFOAM-ın yaranması ilə bu hərəkat 
daha böyük sürətlə inkişaf etməyə başladı. IFOAM-ın  əsas məqsədi 
aşağıdakılardan ibarətdir: 
•  beynəlxaq ekoloji kənd təsərrüfatı  hərəkatını  təmsil etmək, beynəlxalq 
səviyyədə əməkdaşlıq və təcrübə mübadiləsi üçün forumlar təşkil etmək; 
•  ekoloji  əkinçiliyin inkişafı üçün çoxsahəli tədbirlər planı hazırlamaq, 
insanın qida məhsullarına olan tələbatını ödəmək və  ətraf mühiti qoruyub 
saxlamaq; 
•  yuxarıda göstərilənləri gündəlik həyatımızda tətbiq etmək üçün öz üzvləri 
olan təşkilatların topladığı  təcrübəni bir-biri ilə qarşılıqlı öyrənmək və 
mübadilə etmək.  
Ekoloji kənd təsərrüfatının inkişaf dinamikası IFOAM-ın üzv-ölkələrinin 
inkişafında öz əksini tapmışdır. Bu beynəlxalq təşkilat üç qitədən olan 5 üzvü ilə 
öz işinə başlamış, 15 ildən sonra isə onun 25 ölkədən 100-ə yaxın üzvü var idi. 
Son illərdə isə təşkilat 100 ölkədən 760-a qədər ittifaqı öz sıralarında birləşdirir. 
Qeyd etmək lazımdır ki, ekoloji kənd təsərrüfatının belə sürətlə inkişafı bazarın 
tələbi nəticəsində meydana gəlir. Bu quru rəqəmlərə onu da əlavə  etmək zəruridir 
ki, ekoloji kənd təsərrüfatı    cənub yarımkürəsində  nəinki möhkəmlənib, hətta 
inkişaf etməkdədir. 
Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) dünya-
da ekoloji hərəkatı koordinasiya edir. Bu, sadə istehlakçıya əsaslanan demokratik 
bir federasiyadır. Toplanmış biliklərin və informasiyanın mübadiləsindən başqa 
IFOAM həm də ayrı-ayrı beynəlxalq təşkilatlarda ekoloji hərəkatı  təmsil edir. 
Məsələn, Federasiyanın Birləşmiş Millətlər Təşkilatında (BMT-də) məsləhətçi 
statusu vardır. Federasiya böyük informasiya mübadiləsi imkanına malikdir. 
Məsələn, çoxsaylı kontinental və regional konfranslar, «Ekologiya və  kənd 
təsərrüfatı» jurnalının çapı və s.  
IFOAM-ın qapıları  kənd təsərrüfatı ilə  məşğul olan bütün birliklər və 
fermerlərin, istehsal və ticarət sahəsində çalışanların, tədqiqat institutlarının üzünə 
açıqdır. 
IFOAM üzvləri aşağıdakı üstünlüklərə malikdir: 
•  «Ekologiya və fermerçilik» jurnalına pulsuz abunə; 
•  IFOAM-ın bütün nəşrlərinə 20%  güzəşt; 
•  IFOAM konfranslarında iştirak etmək; 
•  IFOAM-ın bütün təlimatlarının pulsuz nüsxəsinin əldə olunması. 
 
Ekoloji kənd təsərrüfatının  əsas prinsipləri IFOAM-ın standartlarında ifadə 
olunur (IFOAM, 1992): 
•  lazımi miqdarda, yüksək keyfiyyətli ərzaq məhsulları istehsal etmək; 
•  təbii sistemlərlə faydalı, üzvi və qarşılıqlı əlaqədə olmaq; 


 
65
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin