Амин Бабайев, Вцгар Бабайев


Təbii ehtiyatlardan səmərəli istifadə  və  ətraf mühitin mühafizəsi



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə62/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   ...   431
3.4. Təbii ehtiyatlardan səmərəli istifadə  və  ətraf mühitin mühafizəsi 
sahəsində iqtisadi stimullaşdırma 
 
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sisteminin iqtisadi idarəolun-
ması mexanizminin tərkib hissəsi kimi birbaşa iqtisadi stimullaşdırma çıxış edir. 
İqtisadi idarəçilik metodları - planlaşdırma, maliyyələşdirmə, ehtiyatlardan istifa-
dənin və  ətraf mühitin çirkləndirilməsinin ödənişli  əsaslarla həyata keçirilməsi, 
təbii ehtiyatlardan istifadənin lisenziyalaşdırılması, kvota və limitlərin tətbiqi və s. 
ətraf mühitin mühafizəsində  əlaqəli tənzimləyici sistem təşkil edirlər. Həmin 


 
60
iqtisadi tənzimləmə metodları istifadəçinin maddi maraqlarına toxunaraq, iqtisadi 
mənfəət və ekoloji tələblərə riayət olunması arasında dərk etməyə vadar edir. 
İqtisadi stimul dayanaqlı ekoloji inkişaf məsələləri və iqtisadi maraq arasında 
sintez yaradır. Ekoloji-iqtisadi stimullaşdırma iki qrup təşkil edir: pozitiv 
səbəbdən və neqativ səbəbdən stimullaşdırma. 
•  pozitiv səbəbdən stimullaşdırma təbii ehtiyatlardan səmərəli istifadəyə  və 
ətraf mühiti mühafizə  tədbirlərinin layiqincə yerinə yetirilməsinə görə 
iqtisadi fərqləndirməni nəzərdə tutur
•  neqativ səbəbdən stimullaşdırma birinci bənddə qeyd olunan şərtlərin ödənil-
məməsi təqdirdə iqtisadi sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.  
«Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi stimullaşdırma ekoloji yönümlü 
subsidiyalar və digər stimullaşdırıcı  tədbirlər vasitəsilə  həyata keçirilir. Ətraf 
mühitin mühafizəsinin iqtisadi stimullaşdırması qanunvericiliyə zidd olmayan 
tədbirlərin köməyi ilə  də  həyata keçirilə bilər», «Ətraf Mühitin Mühafizəsi 
haqqında Azərbaycan Respublikasının Qanunu», maddə 25., 08 iyun, 1999-cu il. 
Təbii ehtiyatlardan səmərəli istifadə  və  ətraf mühitin mühafizəsi sahəsində 
qanunvericilikdə nəzərdə tutulmuş iqtisadi stimullaşdırma:  
•  vergitutmada və digər sahələrdə imtiyazların verilməsi - hüquqi statusdan 
və mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və müəssisələr 
aztullantılı  və tullantısız texnologiya və istehsalat sahələrinin tətbiqinə, 
tullantıların təkrar istifadəsinə, təbiəti mühafizə effekti verən hər hansısa 
tədbirin həyata keçirilməsinə və s. görə; 
•  ekoloji fondların vergi ödəmədən azad edilməsi; 
•  təbiəti mühafizə sahəsinə aid olan əsas istehsal fondlarına yüksək 
amortizasiya normalarının qoyulması; 
•  ekoloji təmiz məhsula həvəsləndirici qiymətlərin və əlavələrin tətbiqi
•  ətraf mühitin mühafizəsini səmərəli həyata keçirən müəssisə, təşkilat və 
idarələrə hüquqi statusundan asılı olmayaraq güzəştli kreditlərin verilməsi;  
•  ekoloji təhlükəli məhsula görə, həmçinin təhlükəli texnologiyanın tətbiqi 
nəticəsində istehsal olunan məhsula xüsusi vergitutmanın tətbiqi (neqativ 
səbəbdən stimullaşdırma). 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin