Амин Бабайев, Вцгар Бабайев


Şəkil 19. Təbii və aqromeşə sistemləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə86/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   431
Şəkil 19. Təbii və aqromeşə sistemləri 
 
Təbii ekosistemlərdə  zərərverici və  xəstəliklərə rast gəlinir, lakin onlar nadir 
hallarda böyük miqdarda ziyan vururlar. Müxtəliflik zəngin olduğuna görə onların 
yayılması çətinləşir. Bitkilər adətən yoluxmadan sonra özünü sağalda bilir. Zərərveri-
cilərin əksəri başqa orqanizmlər, həşəratlar və quşlar tərəfindən nəzarətdə saxlanılır.  
Ekoloji təsərrüfatlarda müxtəlif məhsullar, ağaclar, qarışıq məhsullar və növbəli 
əkinlər mövcuddur. Heyvanlar təsərrüfat sisteminin mühüm bir tərkib hissəsidir. 
Müxtəliflik nəinki ehtiyatlardan optimal istifadəni təmin edir, həm də zərərverici və 
xəstəliklərin hücumuna məruz qaldıqda, yaxud müəyyən məhsulun bazar qiyməti 
aşağı olduqda bir iqtisadi zəmanət kimi çıxış edir.  
Ekoloji fermerlər zərərverici və  xəstəliklərin miqdarını iqtisadi cəhətdən zərər 
vura bilməyəcək səviyyədə saxlamağa çalışır. Əsas məqsəd bitkinin sağlamlığının və 
davamlılığının artırılmasıdır. Faydalı həşəratların sayını yaşayış məskənləri və yemlə 
təmin etməklə artırmaq olar. Əgər zərərvericilər təhlükəli səviyyəyə çatarsa, təbii 
düşmənlər və bitki mənşəli preparatlardan istifadə olunur.  
Ekoloji kənd təsərrüfatı təbiət qanunları üzrə hərəkət etməyə üstünlük verir. Bu, 
o deməkdirmi ki, bioloji təsərrüfatlar mümkün qədər təbii sistemlərə oxşar olmalıdır? 
Bu bioloji hərəkatın daxilində  bəzi fermerlər təbii təsərrüfatçılığa  əsaslanır, 
digərləri isə sırf iqtisadi cəhətə üstünlük verir. Ekoloji fermerlərin əksəriyyəti yəqin 
ki, bu iki nəticənin arasında mövqe tutur. Fermerlərin çoxu təsərrüfatdan dolanışıq 
üçün kifayət qədər məhsul əldə etməyi planlaşdırır. Onlar  üçün təbiətin prinsiplərinə 
riayət etmək yüksək məhsul əldə etmək deməkdir. 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin