Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Bir səhər - hələ sübhün gözü təzəcə açılanda həyətə haray-həşir düşdü



Yüklə 192,11 Kb.
səhifə10/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   6   7   8   9   10   11   12   13   ...   71
Bir səhər - hələ sübhün gözü təzəcə açılanda həyətə haray-həşir düşdü:

Eşidin, ay camaat, bir erməni arvadı özünü balkondan atıb. Qreta Sarkisovnanın bapbalaca bədəni bir yekə qan gölməçəsinin içində hələ can verməkdə ikən şəhərin hər yerinə xəbər yayıldı ki, özünü balkondan atan erməni, üstəlik, belə bir məktub da yazıb qoyub: “ERMƏNİLƏRİN SUMQAYITDA TÖRƏTDİYİ CİNAYƏTƏ GÖRƏ ÖZÜMƏ NİFRƏT EDİRƏM. MİLLƏTİMƏ NİFRƏT ETDİYİMƏ GÖRƏ DAHA BU DÜNYADA YAŞAMAQ İSTƏMİRƏM. QARABAĞ AZƏRBAYCANINDIR. YAŞASIN AZƏRBAYCAN”...

Bu “intiharın” yekəpər şuşalı tərəfindən törədildiyinə Nüvarişin nə o vaxt şübhəsi olmuşdu, nə də indi bir zərrə şübhəsi vardı. Qreta Minasovanı o balkondan o yekəpər Şahqacar Ərməğanovun, bəlkə də, şəxsən özü atmışdı. Bu saat kim kiməydi. Allahın var, gündə yüz ermənini götür, balkondan at aşağı. Lap elə müsəlmanın özünü də. Əgər adamın dadına çatacaq bir kimsəsi yoxdusa, indi onu yox eməyə nə vardı ki... Və əvvəllər yalnız nifrət elədiyi Baksovet işçisindən indi artist gün-gündən daha çox qorxmağa başlamışdı. Silist yox, məhkəmə yox, əgər bir gün Şahqacar adlı o allahsız şuşalı Nüvarişin özünü də balkondan atıb, adını intihar qoysaydı, bu cinayətin üstünü kim açacaqdı, o qansız, allahsız şuşalının əsil bandit olduğunu kim sübuta yetirəcəkdi...


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin