Qreta Sarkisovnanın o axşamkı sifəti ind də artistn gözünün qabağındaydı. Bəlkə, o vaxtkından da canlı, o vaxtkından da ifadəli... Bir də Saday Sadıqlının bozarmış üzü, qızarmış gözləri, nifrət və qəzəb dolu baxışları. Onunku Heydər Əliyevlə nədənsə əvvəldən düz gətirmirdi. Ancaq Nüvarişə görə, günah Heydər Əliyevdə deyildi, Saday Sadıqlının tərsliyində, təkəbbüründəydi. “Hamam suyuynan özünə dost qazanır”. “Hərəyə bir şey verib, kişiliyini satın alır”. “Millətin ürəyini axtalayıb, hamını özünə nökər eləyir”. Belə sözləri Saday Sadıqlı hətta teatrın rəhbər işçilərinə də deməkdən qorxmurdu.
“Sənin nəyə ehtiyacın var, ağayi Sadıqlı?”
Bunu Heydər Əliyev özünə yaraşmayan, boğuq və inamsız səslə dedi və hətta səsi bir azca titrədi də. Bu “ağayi” sözündə aşkar kinayə və hətta gizli qəzəb də vardı. Saday Sadıqlının “dünyagörüşü” ölkənin rəhbərinə, əlbəttə, məlum idi. (Ömrünün çoxunu KQB-də işləyən bir adamın belə şeyi bilməməyi xalis maymaqlıq olardı).
“Mənim heç nəyə ehtyacım yoxdur!” – Saday Sadıqlı ötkəm səslə ucadan dedi. Danışanda hamı ayağa dururdu. O heç ayağa da durmadı. “Ayrı işi olmayanda gəlib burda biziynən məzələnir. Hökumətin halal evini də adama elə sifətnən verir ki, guya bu şəhərdəki evlərin hamısı ona dədəsindən qalıb”. Bu sözləri də Saday Sadıqlı, o yığıncaq qurtarandan sonra, yenə hamının yanında qorxub-çəkinmədən beləcə dedi. Ertəsi gün teatrda hamı təəssüflə deyirdi ki, əgər Saday Sadıqlı
____
*Sağ olun, Heydər Əliyeviç, çox sağ olun
rəhbərin qarşısında özünü bir balaca “mərifətli” aparsaydı, Heydər Əliyev ona şəhərin mərkəzində, hələ heç kəsə vermədiyi ən yaxşı bir ev verəcəkdi.
İnsan neçə dəfə öz dilinin bəlasına düşərmiş!...
Dostları ilə paylaş: |