Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


İndi doktor Abasəliyev daha heç xəstənin üzünə də baxmadan yazılı vərəqləri bir-birinin dalınca portfelindən çıxarıb, qəribə bir həvəslə sanki öz-özünə oxuyurdu



Yüklə 192,11 Kb.
səhifə9/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   5   6   7   8   9   10   11   12   ...   71
İndi 10 ilə yaxındı ki, Nüvarişin şəhərin mərkəzində ikiotaqlı mənzili vardı.

Bu ilin fevral ayının ortasınacan bu mənzildə Nüvariş Qarabağlı, tək də olsa, çox rahat və indiki yaşayışı ilə müqayisədə, bəlkə də, həddən ziyadə xoşbəxt və firavan gün-güzəran keçirmişdi. Və sən dünyanın işinə bax ki, indi Nüvariş Qarabağlı öz sevimli mənzilinə çox vaxt gecədən-gecəyə və yalnız əlacsızlıqdan gedirdi. Daha öz evində onun bir saat da dincliyi, rahatlığı yox idi. Səbəbi də buydu ki, Baksovetdə çox kiçik, ancaq çox pullu bir vəzifədə işləyən yekəpər, qarnıyoğun heyvərənin birisi – Nüşavirin divar qonşusu, onunla eyni gündə və eyni binanın axırıncı – 10-cu mərtəbəsində mənzil alan, teatrın qocaman və stajlı qarderobçusu Qreta Sarkisovna Minasovanın evini zəbt eləyib, orada əməlli-başlı fahişəxana açmışdı. İndi orda gecə-gündüz çalhaçal, vurhavur idi. Təcrübəli qocaman fahişələrin və bu sənətə hələ təzəcə yiyələnən təcrübəsiz gənc qızların seksdən qabaqkı heyvani qəhqəhə və qışqırtısı və onların seks vaxtı (ya orqazmın özündən, ya da onun imitasiyasından aldıqları) həqiqi və yaxud qondarma həzzin ağlı başdan eləyən çılğın ifadəsi nə zamandan bəriydi ki, artisti nə gündüz yaşamağa, nə gecə yatmağa qoyurdu.

Baksovetdə işləyən o yekəpər, deyilənə görə, Şuşanın imkanlı adamlarından biriydi. Bakıya təzəlikcə gəlmişdi və gələn kimi də Baksovetdə işə düzəlib, Nüvarişin yaşadığı binanın 10-15 addımlığındakı kooperativ binada özünə dördotaqlı mənzil almışdı. Bu adamın bədən quruluşu, az qala, kvadratşəkilliydi. Kürəyinin heyrətamiz enliliyi heç bir standarta uyğun gəlmirdi. Zilqara, çal saçları, qalın qapqara qaşları, enli, qalın bığı və timsah gözünə bənzəyən - məzmunsuz və ifadəsiz domba gözləri vardı. Nüvariş Qarabağlı üçün bu adamın hətta ad-familiyası da onun allahsız və imansız olmağından xəbər verirdi: ŞAHQACAR ƏRMƏĞANOV! Başın batsın, ay bu heyvana ad qoyan!


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin