40
1.1.4. Eynil
əşdirmə
v
ə
ekspertiza
1.1.4.1. M
ə
hsulun q
ə
bulu v
ə
nümunənin götürülmə
qaydası
İçkilərin rəngi, dadı və ətirli xüsusiyyətləri ilkin xammala xas
və hər məhsul növü üzrə reseptura ilə müəyyən olunan səciyyəvi
əlamətlərə uyğun olmalıdır.
Xammalın təhlili orqanoleptik, fiziki-kimyəvi və texniki
göstəricilər üzrə daxil olan məhsul partiyasına görə uyğun standart
və normativ-texniki sənədləşmələr əsasında aparılır.
İstehsalın texnoloji parametrlərinə nəzarət ümumi qəbul
olunmuş ölçü vahidlərinə əsasən həyata keçirilir.
Doldurulmadan əvvəl hər kupaj şərbəti partiyasında xarici
görünüş, şəffaflıq, rəng, dad, ətir, quru maddələrin kütlə payı, tur-
şuluq, spirtin kütlə payı analiz edilir.
Hər bir hazırlanan kvas partiyasında doldurulmadan əvvəl
quru maddələrin kütlə payı, turşuluq, spirtin kütlə payı müəyyən
edilir. Dənli xammaldan hazırlanan içkilər üçün kupaj şərbətində
quru maddələrin kütlə payı, kupajın turşuluğu və butulkaya dozası
analiz edilir. Hər bir hazırlanan süni minerallaşdırılmış su parti-
yasında rəng, dad, iy, şəffaflıq, duzların miqdarı müəyyən olunur.
Hazır içkilər reseptura ilə müəyyən olunmuş göstəricilərə uyğun
yoxlanır.
Maye spirtsiz içkilər, əmtəəlik şərbətlər, kvaslar və süni
minerallaşdırılmış suların qəbulu, həm də onlardan nümunələrin
götürülməsi 6687 saylı QOST-a uyğun yerinə yetirilir.
Məhsul partiyalarla qəbul edilir. Keyfiyyət göstəricilərinə,
istehlak yaxud nəqliyyat qablarına görə bircinsli, vahid hazırlanma
tarixli, keyfiyyət həmçinin qəbulla bağlı bir vaxtda sənədləşməni
keçmiş eyni adlı məhsul miqdarı partiya hesab edilir. Xüsusi dəmir
yol sisternləri ilə nəql edildikdə hər bir sistern ayrıca partiya hesab
edilir.
41
Məhsul qəbul olunarkən qabın düz markalanması yoxlanır,
markalanma normativ-texniki sənədləşmələrə uyğun olmadıqda
partiya çıxdaş edilir.
Məhsulun keyfiyyətinin tələblərə uyğunluğu qruplaşdırılan
keyfiyyət göstəricilərinə görə aparılır (cədvəl 1.3).
Cədvəl 1.3
Qruplar üzrə göstəricilər
Göstəricilər
Qrupu
Butulka və bankaların xarici tərtibatı
1
Məhsulun xarici görünüşü
2
CO
2
kütlə payı
3
Selter və soda suyunun rəngi, dadı, ətri, quru maddələrin kütlə
payı, spirt, toksiki elementlər, duzlar, turşuluq və davamlıq
4
Məhsulun həcmi
1
Nümunə hissəciyinin dayanıqlığını müəyyən etmək üçün
məhsulu hazırlayan müəssisədə hazırlandığı gün yoxlama aparılır.
1-ci, 2-ci və 3-cü qrup üzrə keyfiyyət göstəriciləri cədvəl 1.4-
ə, 4-cü qrup üzrə keyfiyyət göstəriciləri isə cədvəl 1.5-ə əsasən
müəyyən olunur.
Cədvəl 1.4
1-ci, 2-ci və 3-cü qrup üçün nümunənin miqdarı
Məhsul partiyasının
həcmi, butulka
yaxud banka
1-ci qrup / 2-ci qrup / 3-cü qrup
Götürülən nümunənin miq-
darı, butulka yaxud banka
Qəbul edilən
rəqəm
91 – 150
8/8/3
1/0/0
151 – 500
13/13/3
1/1/0
501 - 1200
20/20/5
2/1/0
1201 - 10000
32/32/3
3/2/0
10001 - 35000
50/50/8
5/3/1
35001 - 150000
80/80/13
7/5/1
Çəllək, flyaqa, konteyner, avtosistern, izotermik rezervuar-
larda (hazır məhsul toplayıcılarda), həmçinin tutumu 3000 sm
3
olan (spirtsiz içkilərdən başqa) bankalardan nümunə götürülməsi
bir pilləli nəzarət planı əsasında aparılır (cədvəl 1.6).
42
Cədvəl 1.5
4-cü qrup üzrə götürülən nümunənin miqdarı
Məhsul partiyasının həcmi,
Butulka yaxud banka
Götürülən nümunənin
miqdarı,
Butulka yaxud banka
1200
5
1201-35000
8
35001-150000
13
Doldurulma səviyyəsini təyin etmək üçün tutumu 1000 sm
3
-dan
çox olmayan partiyadan 10 butulka yaxud banka, 1000 sm
3
-dan
çox olan tutumdan isə 3 banka götürülür. Bu, götürülən nümu-
nələrdə 1-ci qrup (deformasiya, çat, etiket əyriliyi, butulka yaxud
bankanın xarici hissəsinin əhəmiyyətsiz dərəcədə çirklənməsi),
yaxud 2-ci qrup (qablama və filtr materiallarının və s. qırıq
hissəciklərinin adi gözlə görünən səviyyədə olması) və 3-cü qrup
göstəricilərinin qəbul edilən rəqəmdən böyük yaxud ona bərabər
olması halında aparılır. Əgər qüsurlu butulka yaxud bankalar
nümunə hissəciyində çox, yaxud çıxdaş rəqəminə bərabərdirsə,
partiya çıxdaş edilir.
Cədvəl 1.6
Çəllək, flyaqa, konteyner, avtosisternlərdə,
izotermik rezervuarlarda, həmçinin (spirtsiz
içkilərdən başqa) tutumu 3000 sm
3
olan
bankalarda, ədədlə
Nümunənin həcmi,
ədədlə
2-15
2
16-25
3
26-dan çox
5
4-cü və 5-ci qrup göstəricilərdən heç olmasa birinə görə sınaq
nəticələri qeyri-kafi alındıqda partiya çıxdaş edilir.
Spirtsiz içkilər üçün dayanıqlığı yoxlamaq üçün cədvəldə
göstərilən orta nümunədən 2 butulka yaxud banka; dad, ətir və
rəngi yoxlamaq üçün isə yenə 2 butulka yaxud banka götürülür.
43
Nümunədə qalan butulka yaxud bankalar bir qabda cəmlənərək
möhkəm qarışdırılır və alınan birləşdirilmiş nümunədə 4-cü
qrupun digər göstəriciləri təyin edilir. Cədvəldə göstərilən hər
spirtsiz içki nümunə vahidindən hər biri 500 sm
3
olmaqla 4
nöqtədən nümunə hissəciyi götürülərək hər birinin tutumu 500 sm
3
olan ayrı-ayrı quru təmiz butulkaya keçirilir. Dayanıqlığı təyin
etmək üçün onlardan 2 butulka götürülür. Qalan içki bir qaba
boşaldılır, möhkəm qarışdırılır və alınan birləşdirilmiş nümunədə
xarici görünüş (şəffaflıq, kənar qarışıqların olması); dayanıqlıqdan
əlavə 4-cü qrupun digər göstəriciləri təyin olunur.
Spirtsiz içkilərdən ayrı-ayrı nöqtələr üzrə nümunə hissəcik-
lərinin götürülməsi doldurucu yaxud nümunə götürən kranın
köməyilə həyata keçirilir. Dayanıqlığı yoxlamaq üçün nümunə-
lərin götürülməsi mikrobioloji analizlərdə olduğu qaydada 26668-
saylı QOST-a uyğun aparılır.
Hər bir nümunə götürülən butulkaya etiket vurulur və onda
aşağıdakılar əks etdirilir:
Hazırlayan müəssisənin adı;
Məhsulun adı;
Doldurulma tarixi;
Nümunənin götürülmə tarixi;
Nümunə götürülən məhsulun miqdarı;
Nümunə götürən şəxsin soyadı və vəzifəsi.
Nümunə götürülən butulkalar təhlil olunanadək 0-5
0
C tempe-
raturda 24 saatdan artıq olmamaqla saxlanır.
1.1.4.2. Orqanoleptik qiym
ə
tl
ə
ndirm
ə
Hazır içkinin orqanoleptik keyfiyyət göstəriciləri - xarici gö-
rünüşü, şəffaflığı, rəngi, ətir və dadı 6687,5-86 saylı QOST-a
uyğun təyin edilir.
Spirtsiz içkilər və mineral suların orqanoleptik qiymətləndiril-
44
məsinin bir sıra terminləri təklif olunmuşdur. Bunlar rəng – rəng-
siz, sarı-yaşıl, açıq-yaşıl, yaşıl, tünd-yaşıl, çəhrayı, parlaq-çəhrayı,
qırmızı, tünd-qırmızı, moruğu, mavi, göy, açıq-göy, tünd-göy; ətir
– güclü, zəif, qeyri-xarakterik, xarakterik, əks olunmayan, təmiz,
aparıcı notlu, tünd, ədviyyəli, ot və digər xammala, mayaya, sivuşa
uyğun; turşa-şirin, duzluvari, təmiz, dolğun, harmonik, ifadə olu-
nan (parlaq, zəif), boş, dadsız, səciyyəvi, əhatəli, meyvə, gilə-
meyvə, ot və digər xammala uyğun, səməni, ballı, ədviyyəli,
karamel tonlu, metal tonu ilə, incə, duzluvari-turşaşirin, xoşa gəl-
məyən dad sonrası təmlə; şəffaflıq – şəffaf, parlaqlıqla, lopalı
(güclü, zəif), bulanlıq, asılqansız, çöküntü ilə.
Spirtsiz içkilərin xarici görünüşü 1000 dm
3
-dan çox olmayan
tutumda -butulka və bankalarda olan hazır məhsula görə gözlə
baxmaqla normativ-texniki şərtlərin tələblərinə uyğun müəyyən
edilir. Etiketin düzgün yapışdırılması, əyriliyin – çəpliyin olması,
deformasiyası, kəsiklər, butulka təmizliyi qiymətləndirilir. Şəffaf-
lıq və kənar qarışıqların olmasını 1000 sm
3
tutumlu butulka və
bankalarda olan spirtsiz içkiləri işıq qarşısında çevirərək baxmaqla
müəyyən edirlər. Spirtsiz içkilərin rəngi tutumu 250 sm
3
olan quru
təmiz slindrdə gözlə baxmaqla müəyyən olunur. Rəngin çalarları
və intensivliyi hazır məhsula qoyulan normativ-texniki şərtlərin
tələblərinə uyğun qiymətləndirilir.
Spirtsiz içkilərin maye içkiləri və konsentratları xarici görü-
nüşünə görə 28188-89 saylı QOST-un tələblərinə uyğun olmalıdır.
Şəffaflıq – çöküntüsüz və kənar qarışıqlarsız şəffaf maye
olmaqla xammalın xüsusiyyətlərini əks etdirən yüngül lopalılığa
yol verilir.
Bulanıq – qeyri-şəffaf mayedir. Məhsula xas olmayan çörək
ehtiyatları hissəciklərinin asılqanları, yaxud toxumsuz və kənar
qarışıqlarsız çöküntünün olması yol veriləndir.
Əmtəəlik şərbətlər xarici görünüşünə görə 28499-90 saylı
QOST-un tələblərinə cavab verməlidir. Şəffaf şərbətlər – şəffaf
özülü maye, çöküntüsüz, bulanıqsız və kənar qarışıqlarsız olmalı-
dır. Xammalın xüsusiyyətlərindən irəli gələn yüngül lopalılığa yol
45
verilir. Qeyri-şəffaflar – qeyri-şəffaf özülü maye olmaqla asıl-
qanlar yaxud meyvə lətləri olmasına yol verilir. Məhsula xas
olmayan toxumsuz və kənar qarışıqlarsız olmalıdır.
Kvasların keyfiyyəti OST 18-118-82 saylı standartla tənzim-
lənir. Kvasın bütün növləri – çörək, qaynar sex və qarışıq (həftə-
becər) üsulla alınanlar – qeyri-şəffaf içkilər olub, sakit saxlandıqda
onlarda qalıq mayalardan və çörək ehtiyatları hissəciklərindən
ibarət az miqdarda çöküntü əmələ gəlir. Çörək kvası qəhvəyi və
qarışıq kvas bir qədər açıq rənglə səciyyələnir. Butulka kvasları və
dənlilər əsasında içkilərin orqanoleptik göstəriciləri OST 18-118-
82 saylı standartın tələblərinə uyğun olmalıdır. İçkilər və kvaslar
– qeyri-şəffaf, əhəmiyyətsiz miqdarda çörək ehtiyatları çöküntü-
lüdür. Süni minerallaşdırılmış suların orqanoleptik göstəriciləri
OST 18-117-82 standartının tələblərinə uyğun olmalıdır. İçkilər
üçün quru qarışıqların orqanoleptik göstəriciləri tabletka, yaxud
tozun suda həll edilməsindən sonra qiymətləndirilir. Onlar soyuq
suda 2 dəqiqə müddətində tamamilə həll olmalıdır. Həll olmayan
çöküntünün olması yol verilməzdir. Spirtsiz içkilər, əmtəəlik
şərbətlər, quru içkilərin orqanoleptik göstəriciləri istifadə olunan
xammalın xüsusiyyətlərinə, emal üsuluna uyğun olmaqla, hər bir
içki üçün resepturada müəyyən olunmuş tələb və normalara cavab
verməlidir. Spirtsiz içkilər, konsentratlar, kvas ekstraktları, əmtə-
əlik şərbətlər və quru içkilər (doldurulduqdan sonra), süni mineral-
laşdırılmış sular, kvaslar və dənlilər əsasında içkilərin ətir və dadı
10-14
0
C temperaturda orqanoleptik yolla müəyyən olunur. Hazır
məhsulun ətir və dadı normativ-texniki sənədləşməyə uyğun qiy-
mətləndirilir. Rəngi, dadı və ətri ilkin xammalın rəngi, dadı və ət-
rinə uyğun olmalıdır. Qıcqırmalı çörək kvasları təzələyici turşvari
dada, CO
2
ilə doyma nəticəsində kəskin iyə və çovdar çörəyinin
ifadə olunan ətrinə malikdir. Dənli xammal əsasında hazırlanan
içkilərin dadı turşaşirin, resepturada nəzərdə tutulan ayrı-ayrı tam-
larla ola bilər. Ətri – çovdar çörəyinə xasdır. Süni minerallaşdırıl-
mış suların dadı duzluvaridir. Stəkana süzdükdə dənəvərlərlə kar-
46
bon qazı çıxmalıdır. 3000 sm
3
-a qədər tutumlu butulka və banka-
larda spirtsiz içkilərin tutumu onları 2 dəqiqə müddətində ölçülü
slindrə tökməklə müəyyən olunur (cədvəl 1.7).
Cədvəl 1.7
Spirtsiz içkilərin tutumunun müəyyən olunması
(3000 sm
3
-a qədər)
Məhsulun müəyyən olunan
tutumu, sm
3
Ölçülü slindrin tutumu, sm
3
50-yə qədər
50
50-100
100
100-250
250
250-500
500
500-1000
1000
1000-2000
2000
Əgər məhsul slindrə töküldükdən sonra qabın divarlarında
izi qalarsa, onu su ilə yumaq olar. Bu halda istifadə olunan suyun
həcmi əvvəlcədən müəyyənləşdirilir. Yaxantı suyu da slindrə
keçirilir. Slindrdəki məhlulun temperaturu 20±2
0
C-yə çatdırılır və
qarışığın həcmi slindrdə menisk xəttinin yuxarı (güclü rənglənmiş
və qeyri-şəffaf məhsullar), yaxud aşağı səviyyəsinə (şəffaf məh-
sullar üçün) görə müəyyən edilir. Məhsulun həcmi qarışığın həc-
mindən istifadə olunan suyun həcmi çıxılmaqla tapılır. Əgər məh-
sulun həcmi slindrin tutumundan çox olarsa, onda artıq miqdarı
ölçmək üçün onu tutumu 25 sm
3
olan ölçülü slindrə keçirirlər.
Tutumu 3000 sm
3
olan bankalarda spirtsiz içkilərin həcmi tutumu
2000 və 1000 sm
3
olan iki slindrin köməyi ilə təyin edilir.
Spirtsiz içkilərin və mineral suların keyfiyyətinin orqanoleptik
qiymətləndirilməsi 25 bal sistemində aşağıdakı keyfiyyət göstəri-
cilərinə görə aparılır: şəffaflıq, rəng, xarici görünüş -1-7 bal; dad
və ətir – 6-12 bal; CO
2
ilə doyması – 2-6 bal. Spirtsiz içkilərin key-
fiyyətini qiymətləndirmək üçün dequstatorun yaddaşı cədvəldə
verilir (cədvəl 1.8).
Şəffaflığa görə əla balla parlaq şəffaf içkilər qiymətləndirilir.
47
Parlaqlığın olmaması qiymətin 5 bala qədər azalmasına səbəb olur.
Dad və ətir əla balla (10) o vaxt qiymətləndirilir ki, onda içkilər
səciyyəvi, dolğun dada və həmin içkiyə xas güclü ifadə olunan
ətirə malik olur.
Cədvəl 1.8
Spirtsiz içkiləri qiymətləndirmək üçün dequstatorun yaddaşı
Göstəricilər
Qiymət
«əla»
«yaxşı»
«kafi»
«qeyri-
kafi»
Şəffaflıq
NTS
uyğundur
NTS
uyğundur
NTS
uyğundur
NTS
uyğun
deyil
Rəng, xarici
görünüş
7
5
4
1
Dad, ətir
12
Dolğun,
parlaq ifadə
olunan,
içkiyə
məxsus
10
Yaxşı,
içkiyə xas
8
Qeyri
dolğun
dad, zəif
ətir
6
Pis ifadə
olunan
dad,
məxsus
olmayan
ətir
CO
2
ilə
doydurulan
6
CO
2
köpüklərinin
dənəvər çıx-
ması, dildə
asanlıqla
bilinməsi,
qabarcıqların
oynaqlığı ilə
CO
2
-nın
uzun müddət
çıxması
5
Dənəvər, az
davam
edən, zəif
parçalanan,
köpük
əmələ
gətirən
4
CO
2
-nın
davamsız
çıxması,
zəif CO
2
dadı
3
Hiss
olunmur
İçkinin CO
2
ilə doyması əla balla (6) o vaxt qiymətləndirilir ki,
onu qədəhə süzdükdən sonra karbon qazı dənəvər və davamlı
48
şəkildə çıxmaqla, dildə yüngül parçalanma hiss olunur. Dənəvər,
lakin davam etməyən karbon qazı çıxması halında qiymət 1 bal
aşağı salınır. Balların cəminə görə spirtsiz içkilərin keyfiyyəti
aşağıdakı şəkildə qiymətləndirilir: «əla» - 23-25 bal; «yaxşı» - 19-
22 bal; «kafi» - 15-18 bal; «qeyri-kafi» - 15 baldan aşağı. Kvasın
keyfiyyəti dequstasiyada 19 bal sistemi ilə qiymətləndirilir.
Dequstasiyada dad, ətir, rəng, xarici görünüş, kəskinlik analiz
olunur. Əla keyfiyyətli kvas 19-17 balla, yaxşı – 16-14, kafi – 13-
10 və pis – 10 baldan aşağı qiymətləndirilir. Dad və ətir üçün əla
bal – 12; rəng və xarici görünüş üçün – 7-dir. Kəskinlik karbon
qazının miqdarı ilə səciyyələnir.
Spirtsiz içkilər və əmtəəlik şərbətlərin ümumi bal sistemi 1.9,
mineral sularınkı isə 1.10 saylı cədvəldə verilir.
Cədvəl 1.9
Spirtsiz içkilərin və əmtəəlik şərbətlərin qiymətləndirmə sistemi
Qiymət
Ümumi bal
Spirtsiz içkilər
«əla»
25-23
«yaxşı»
22-19
«kafi»
18-15
«qeyri-kafi»
15-dən az
Əmtəəlik şərbətlər, spirtsiz içkilər (soyuq və qaynar)
«əla»
19-17
«yaxşı»
16-14
«kafi»
13-10
«qeyri-kafi»
10-dan az
49
Cədvəl 1.10
Mineral suların keyfiyyətinin qiymətləndirilməsinin yekun balı
Göstəricilər
Minimum bal qiyməti
«əla» «yaxşı» «kafi» «qeyri-kafi»
Şəffaflıq
8
7
6
5
Dad
9
8
7
5
Karbon qazı ilə doyması
8
7
6
5
Balların cəmi
25
22
19
15
Cəmi balların sərhəd qiymətləri 25-23
22-20
19-16
-
Spirtsiz içkilərin keyfiyyətinin qiymətləndirilməsi üçün
dequstasiya vərəqinin forması verilir (şəkil 1.3).
Dequstatorun soyadı__________________ tarix________________
Təşkilatın adı____________________________________________
Vəzifəsi________________________________________________
Sıra
sayı
İçkinin adı
(mineral su)
Şifr
№-si
(ətir)
Keyfiyyət
göstəricilərinin adı
Cəmi
qiymət,
balla
Qeyd
Ş
əf
fa
flı
q,
rə
ng,
xa
rici
gör
ünüş
Da
dv
əə
tir
CO
2
il
ə
D
oymas
ı
Dequstatorun imzası______________________________
Şə
kil 1.3. Dequstasiya v
ə
r
əqinin forması
50
1.1.4.3. Fiziki-kimy
ə
vi keyfiyy
ət göstə
ricil
ə
ri
Maye içkilər fiziki-kimyəvi tərkibinə görə 28188-89 saylı
QOST-a uyğun olmalıdır (cədvəl 1.11).
Spirtsiz içkilərin fiziki-kimyəvi göstəricilərindən kənara çıx-
malar 28188-89 saylı QOST-a uyğun olmaqla müəyyənləşir
(cədvəl 1.12).
Cədvəl 1.11
Maye içkilərin fiziki-kimyəvi keyfiyyət göstəriciləri
Göstəricilər
Norma
Karbon qazının kütlə payı, %-lə
Güclü qazlaşdırılanlar
0,4-dən çox
Orta qazlaşdırılanlar
0,3-0,4
Zəif qazlaşdırılanlar
0,2-0,3
Qazlaşdırılmayanlar
-
Spirtin kütlə payı, %-lə
İsti və soyuq şəkildə realizə olunan qıcqırdılmış içkilər
və kokteyllər, şərab materialı və spirtləşdirilmiş şirələr
əsasında hazırlananlar və qazlaşdırılmamış isti içkilər
1,2
Su-spirt komponentləri olan içkilər üçün
0,5
Cədvəl 1.12
Spirtsiz içkilərin fiziki-kimyəvi keyfiyyət göstəricilərindən yol
verilən kənara çıxmalar
Göstəricilər
İçki konsentratları üçün yol
verilən kənara çıxmalar
Maye Toz şəkilli Qalanlar
Quru maddələrin kütlə payı
±0,2
±0,2
±0,3
Turşuluq, 1,0 mol/dm
3
qatılıqda NaOH
məhlulunun 100 sm
3
içkiyə sərfiyyatı,
sm
3
-la
±0,3
±0,5
±0,3
Nəmliyin kütlə payı, %. Natrium
bikorbonatollu konsentratlar üçün
±0,1
-
Natrium bikorbonat olmayan
konsentratlar üçün
±0,5
±0,5
51
Fiziki-kimyəvi göstəricilər istifadə olunan xammalın xüsusiy-
yətləri, istehsal texnologiyası, doldurulma şəraiti və konkret
məhsula görə müəyyən olunur.
Şərbətlərin fiziki-kimyəvi göstəriciləri 28499-90 saylı QOST-
un tələblərinə uyğun olmalıdır. Quru maddələrin normalaşdırılan
kütlə payı - 50±1%-dir.
Mineral suların fiziki-kimyəvi göstəriciləri 18-117-82 saylı
QOST-un tələblərinə uyğun olmalıdır. CO
2
-nin kütlə payı 0,4%-
dən az olmamalıdır. Konservləşdirici maddələr, ağır metal duzları
və arsen olması yol verilməzdir.
Qıcqırdılan kvasların və çörək xammalı əsasında içkilərin
fiziki-kimyəvi keyfiyyət göstəriciləri 18-118-82 saylı OST-un
tələblərinə cavab verməlidir (cədvəl 1.13, 1.14).
Cədvəl 1.13
Kvasların fiziki-kimyəvi göstəriciləri
Göstərici
Kvas
çörək
qarışıq
qaynar sexlər üçün
çörək
hazır-
layan
za-
vodda
ticarət
zənci-
rində
hazır-
layan
za-
vodda
ticarət
zənci-
rində
hazır-
layan
za-
vodda
ticarət
zənci-
rində
hazır-
layan
za-
vodda
Quru maddələrin
kütlə payı, %
5,8-
5,4
5,2-
4,2
3,2-
3,0
2,8-
1,6
5,7-
5,5
5,8-
5,4
5,2-
4,2
Spirtin kütlə payı,
%
0,4-
0,6
0,7-
1,2
0,4-
0,5
0,6-
1,2
0,4-
0,6
0,4-
0,6
0,7-
2,2
Turşuluq, qatılığı
1 mol/dm
3
olan
qələvi məhlulunun
100 sm
3
kvasa
sərfiyyatı, sm
3
-la
2,0-
4,0
3,0-
4,5
2,0-
4,0
2,0-
5,0
2,0-
4,0
3,0-
4,0
3,0-
4,5
Vitaminləşdirilmiş içkilər üçün vitaminlərin kütlə payı səhiyyə
təşkilatlarının tövsiyələrinə uyğun normalaşdırılır.
Spirtsiz məhsullar sənayesində aşağıdakı fiziki-kimyəvi keyfiy-
yət göstəricilərinə nəzarət edilir: quru maddələrin kütlə payı,
52
karbon qazı, turşuluq, dayanıqlıq, spirtin kütlə payı; süni
minerallaşdırılmış sularda – duzların kütlə payı. Spirtsiz içkilərdə
(qazlaşdırılmış və qazlaşdırılmamış), kvas, şərbətlərdə quru mad-
dələrin kütlə payını müəyyən etmək üçün areometrik, piknometrik
və refraktometrik metoddan istifadə olunur. Areometrik metod
quru maddələrin kütlə payının areometr-saxarometrin köməyi ilə
təyininə əsaslanır. Bu məqsədlə məhsulda tam inversiya aparıl-
maqla, əvvəlcədən qazlaşdırılmış içkilərdən karbon qazı və spirtli
şirələr əsasında hazırlanan içkilərdən, şərab və spirtə malik
kompozisiyalardan spirt kənar edilir.
Cədvəl 1.14
Müxtəlif kvas və içkilərin fiziki-kimyəvi göstəriciləri
İçkilər
Quru
maddələrin
kütlə payı, %
Turşuluq, 100
sm
3
kvasa (içki-
yə) qatılığı 1
mol/dm
3
olan
qələvi məhlulu-
nun sm
3
-la
sərfiyyatı
Karbon
qazının
kütlə payı,
%-lə
Kvaslar:
Rus
10,0
3,5
0,3
Moskva
7,3
3,0
0,3
Aromatlı
8,2
2,0
0,3
Ballı
9,9
2,8
0,3
Litvalı
10,0
3,0
0,3
İçkilər:
Sağlam
14,0
2,9
0,3
Payız
16,5
3,5
0,3
Ostankino
8,0
4,0
0,3
Qıtıqotu ilə
kvas
10,0
3,5
0,3
Reyhan və
qıtıqotu ilə kvas
10,0
3,5
0,3
Sınaqlar nəticəsində iki paralel təcrübədən əldə edilən orta
53
hesabı ədəd götürülür. Quru maddələrin kütlə payı sorbit və ksilit-
də olan içkilər üçün nəticənin 1,2 əmsalına vurulması ilə alınır.
Piknometrik üsul məhsul nümunəsində tam inversiya aparıl-
dıqdan sonra piknometrin köməyilə içkinin nisbi sıxlığının təyi-
ninə və quru maddələrin kütlə payının hesablanmasına əsaslanır.
Bu metod yalnız fikir ayrılıqları zamanı keyfiyyəti qiymətlən-
dirmək üçün istifadə olunur. İki paralel təcrübədən əldə edilən
nəticələrin orta hesabı ədədi götürülür. Nəticə onda bir dəqiqliyə
qədər yuvarlaqlaşdırılır.
Refraktometrik metod nümunədə inversiya aparıldıqdan sonra
20
0
C temperaturda refraktometrin şkalasındakı göstəriciyə uyğun
quru maddələrin kütlə payının təyininə əsaslanır. Metod spirtsiz,
qıcqırdılan, çörək xammalı əsasında alınan içkilərdə quru maddə-
lərinin kütlə payının təyininə əsaslanır. İki paralel təcrübədən
alınan nəticələrdən orta hesabı ədəd çıxarılır. Nəticələr onda bir
dəqiqliklə yuvarlaqlaşdırılır. Ksilit və sorbitdə içkilərdə də quru
maddələrin kütlə payı areometrik metodla müəyyən olunur.
Spirtsiz qazlaşdırılmış, qazlaşdırılmamış içkilər və kvaslarda
turşuluq 66874-86 saylı QOST-a uyğun təyin edilir. Bu metodda
içkidən karbon qazı kənar edildikdən sonra tərkibindəki bütün
turşu xarakterli maddələr qələvi məhlulu ilə neytrallaşdırılır. İki
paralel təcrübədən alınan nəticələrdən orta rəqəm çıxarılır. Hesa-
bat 0,01 sm
3
-a qədər dəqiqliklə aparılır və sonra 0,1 sm
3
-a qədər
yuvarlaqlaşdırılır.
Spirtsiz içkilər, kvaslar və çörək xammalı əsasında içkilərin
dayanıqlığı 6687,6-83 saylı QOST-la təyin edilir. Metod bulanlıq
və çöküntü yaranana qədər keçən vaxtın müəyyən edilməsi,
titrləşən turşuluğun yol verilən həddə qədər yüksəlməsi və quru
maddələrin kütlə payının yol verilən həddən aşağı düşməsinə
əsasən müəyyən edilir. Bu, durulma anından nəzərə alınır.
Dayanıqlığı müəyyən etmək üçün içki butulkası termostatda
20±2
0
C sabit temperaturda yerləşdirilir.
Qeydiyyat üçün şəffaf içkilərin keyfiyyət xüsusiyyətlərinin
dəyişməsinin başlanması anı müəyyən olunur. Bunun üçün məhsul
54
olan butulka çalxalanılmadan hər gün işıq mənbəyi qarşısında göz
önündə 40-50 sm məsafədə baxılır və bulanlıq olub-olmaması
müəyyən edilir.
Şəffaf içkinin dayanıqlığı doldurma anından sonra heç olmasa
bir butulkada bulanıq, yaxud çöküntü əmələ gəlməsi ilə müəyyən
olunur və günlə ifadə olunur. Qeyri-şəffaf içkinin, kvasın və çörək
xammalı əsasında içkilərin dayanıqlığı da günlə ifadə olunur və
doldurulma anından titrləşən turşuluğun müəyyən olunmuş
həddən yüksəlməsi və quru maddələrin kütlə payının həmin
həddən aşağı düşməsi ilə müəyyən olunur. İçkilər və şərbətlərin
dayanıqlığı 28188-89 və 28499-90 saylı QOST-a uyğun
tənzimlənir (cədvəl 1.15).
Cədvəl 1.15
İçkilərin dayanıqlığı
İçkilər
Dayanıqlıq, gün
Qazlaşdırılmış:
Pasterizə olunmamış və konservantsız
10
Pasterizə olunmuşlar
30
Konservantla
20
Qazlaşdırılmamış:
Qıcqırtma içkiləri
5
Çəllək və avtosisternlərdə
2
Butulkalarda
5
Içkilərin konsentratı:
Natrium bikarbonata malik olanlar
1 ay
Natrium bikarbonata malik olmayanlar
1 il
Şüşə qablarda şərbət:
Konservantsız
60
Konservantla
90
İsti doldurma
120
Pasterizə olunmuşlar
180
Digər qab növlərində şərbət:
Konservantsız
30
Konservantla
40
55
Süni minerallaşdırılmış sular mantar arakəsməli tıxaclarla bağ-
landıqda 15 gün, polimer arakəsmə ilə 2 ay (OST 18-117-82)
saxlanır.
Spirtsiz içkilər və kvaslarda spirtin kütlə payı 668737-88 saylı
QOST-a uyğun qovma metodu ilə təyin olunur. Metod içkinin
tərkibində olan spirtin qovulmasına və sonra onun nisbi sıxlığının
piknometrik metodla cədvələ əsasən təyininə əsaslanır. Son nəticə
iki paralel təcrübədən orta rəqəm çıxarılması və onun onda bir
dəqiqliklə ifadə olunması ilə qiymətləndirilir. İki təcrübə nəticələri
arasında kənara çıxma p=0,95 ehtimalında, 0,05% mütləq
böyüklüyü keçməmək şərti ilədir.
Süni minerallaşdırılmış sularda kalsium xlorid, maqnezium,
natrium və natrium bikarbonat 6687.8-87 saylı QOST-a uyğun
təyin olunur. Kalsium xloridin kütlə payının təyini metodu sınaq
içkinin məlum həcminin neytrallaşdırılmış məhlulunun III
kompleks ion məhlulu ilə (molyar qatılığı 0,025 mol/dm3 olan)
muroksid indiqatorunun iştirakı ilə narıncı-çəhrayı rəngin
bənövşəyiyə keçməsinə qədər titrlənməsinə əsaslanır. Kalsium
xloridin kütlə payı uyğun formula əsasən hesablanır və son nəticə
iki paralel təcrübədən orta rəqəm çıxarılmaqla müəyyən edilir.
Hesabat mində bir dəqiqliklə aparılmaqla, sonra yüzdə bir
dəqiqliyədək yuvarlaqlaşdırılır.
Maqnezium xloridin kütlə payı indiqator iştirakı ilə yenə oxşar
qaydada titrlənməklə, çəhrayı rəngin göyə keçməsinədək davam
etdirilir. Hesabat yüz mində bir dəqiqliklə aparılır və on mində bir
dəqiqliyədək yuvarlaqlaşdırılır.
Kalsium və maqnezium ionları olmayan süni minerallaşdırılmış
sularda natrium xloridin kütlə payı içkinin neytarllaşdırılmış sınaq
məhlulunun molyar qatılığı 0,025 ml/dm3 olan III kompleks ionu
məhlulu ilə muroksid indiqatoru iştirakı ilə titrləşdirilməsinə
əsaslanır. Rəng bu halda narıncı-çəhrayıdan bənövşəyiyə keçir.
Natrium xloridin kütlə payı formulla hesablanır. Son nəticə iki
paralel təcrübədən orta hesabı rəqəm çıxarılmaqla müəyyən edilir.
56
Hesabat mində bir dəqiqliklə aparılır və yüzdə bir dəqiqliyə qədər
yuvarlaqlaşdırılır.
1.1.4.4. Mikrobioloji v
ə
dig
ə
r t
əhlükəsizlik meyarları
Mayaların və bağırsaq çöpləri bakteriyalarının içkinin 1 dm
3
-da
olan (koli-indeks) miqdarına görə yoxlanır.
Mayaları yoxlamaq üçün içkilər səthi üsulla 1 sm
3
miqdarında
şirə aqara köçürülür. Konservantsız içkinin 1 sm
3
-da 100-ə qədər
maya hüceyrələrinin olmasına yol verilir.
Konservantlı içkilər membran filtrlərin köməyilə, yaxud səthə
köçürülməklə yoxlanır. Konservantlı içkilərdə aşağıdakı miqdarda
mayaların olmasına yol verilir, 1 sm
3
-da: cövhərlər və aromati-
zatorlarda – bir maya hüceyrəsi, ən çox hada isə 10-dək; meyvə-
giləmeyvə şirələrində – 50-yə qədər hüceyrə.
Çörək xammalı əsasında alınan içkilər butulkalarda pasterizə
olunduqda mayaların miqdarı membran filtrləmə metodu (köçürü-
lən həcm 40 sm
3
) ilə yoxlanır. Köçürülən obyektdə mayalar
olmamalıdır.
Bağırsaq çöpləri bakteriya qrupları ümumi qəbul olunmuş
metodlara uyğun təyin olunur. Qazlaşdırılmış içkilər şərbətlərdə
koli-indeks 3-dən artıq olmamalıdır.
Qıcqırma yolu ilə alınmış çörək kvası bağırsaq çöpləri qrupu
bakteriyalarının olmasına görə analiz olunur. Təmiz mikroorqa-
nizm məhlulu ilə alınan çörək kvasında bağırsaq çöpləri qrupu
bakteriyalarının (içkinin 10 sm
3
miqdarında) olması yol veril-
məzdir. Çörək bişirmə mayaları ilə alınan çörək kvasının 1 sm
3
-da
bağırsaq çöpləri qrupu bakteriyalarının olması yol verilməzdir.
Hazır içkilər, şərbətlər və kvasın 25 sm
3
miqdarında patogen
mikroorqanizmlər, o cümlədən salmonellanın olmasına yol veril-
mir. Patogen mikroorqanizmlərin varlığı sanitar-epidemoloji idarə
tərəfindən Səhiyyə Nazirliyinin təsdiq etdiyi metoda uyğun
yoxlanır.
57
1.1.4.5.
Doldurma, qablaşdırma və
markalanma
Spirtsiz qazlaşdırılmış içkilər və süni minerallaşdırılmış sular
10117 saylı QOST-a uyğun tutumu 0,33 və 0,5 dm
3
olan butul-
kalara və normativ-texniki sənədləşmələrə uyğun şəkildə tutumu
1,0 və 1,5 dm
3
olan butulkalara doldurulur.
10 butulkanın orta doluluğu 20
0
C temperaturda ±3% kənara
çıxmalarla onların nominal tutumuna uyğun olmalıdır.
Qazlaşdırılmış içkilər həmçinin 10117 saylı QOST-a uyğun
olaraq tutumu 0,8 dm
3
olan II tip butulkalara doldurulur.
İçkilərin II tip butulkalara doldurulması səviyyəyə görə aparı-
lır. Bu halda butulkada mayenin yüksəklik səviyyəsi 20
0
C tempe-
raturda butulkanın yuxarı həlqəsindən 8±1 sm təşkil etməlidir.
Qazlaşdırılmamış və zəif qazlaşdırılmış içkilər butulkaya və
avtosisternə 20
0
C temperaturda (butulkanın orta dolma səviyyəsi
±3% kənara çıxmalarla) nominal tutuma uyğun doldurulur.
Qazlaşdırılmamış içkilər tutumu 0,25-3 dm
3
olan şüşə banka-
lara doldurulur. Bankanın tutumundan ±2% kənara çıxmalara yol
verilir.
Sənaye emalı üçün şərbətlər doldurulur:
Tutumu 2000-10000 sm
3
olan şüşə bankalara;
Çəlləyə - çəlləyin daxili hissəsi polietilen pərdədən
hazırlanan kisə-içliklə örtülür;
Polad çəlləklərə;
Tutumu 30, 50, 100 dm
3
olan pivə üçün metal (alüminium
istisnadır) çəlləklərə;
İdxal olunan 20 və 100 dm
3
tutumlu çəlləklərə;
Metal flyaqalara;
Metal konteynerlərə;
«Pepsi-kola» və «Koka-kola» içkiləri kompozisiyaları
altından çıxmış çəlləklərə;
Avtosisternlərə;
58
Xüsusi dəmir yol sisternlərinə;
Səhiyyə Nazirliyinin icazəsi ilə digər növ qablara.
Şərbətlər parakəndə ticarət təşkilatlarına realizə etmək üçün
doldurulur:
Tutumu 250-dən 1000 sm
3
-a qədər olan şüşə bankalara;
Tutumu 50-dən 1000 sm
3
-a qədər olan şüşə butulkalara.
Şərbətlər tutumu 2000-10000 sm
3
arasında şüşə bankalara
doldurulmaqla tutumdan ±2% kənara çıxmalara yol verilir.
Şərbətlər tutumu 250-1000 sm
3
arasında şüşə bankalara doldu-
rulduqda tutumdan ±3% kənara çıxmalar ola bilər.
20
0
C temperaturda 10 butulka məhsulun orta həcmi 3% kənara
çıxmalarla nominal tutuma uyğun olmalıdır.
Çəllək və flyaq tutumunun azı 99,5% miqdarında dolmalıdır.
Qıcqırtmaqla alınan içkilər (9218 saylı QOST-a və NTŞ-ə
uyğun qaydada) avtosisternə doldurulur. NTŞ-ə uyğun qaydada
ağac çəlləklərə, pivə üçün isə tutumu 30, 50 və 100 dm
3
olan metal
çəlləklərə və səhiyyə təşkilatları tərəfindən icazə verilən digər
qablara doldurulur.
Qazlaşdırılmış içkilərlə butulkalar hermetik bağlanır, qazlaş-
dırılmamışlar – alüminium qalpaq, arakəsməli alüminium qalpaq
və polietilen tıxacla bağlanır.
Qazlaşdırılmamış içkilərlə bankalar metal qapaqlarla hermetik
bağlanır.
II tip butulkalar II tipli polietilen tıxacla bağlanır. Tıxac ona
geyindirilən məftillə butulkanın boğazına bərkidilir. Butulkanın
boğazı və tıxacın çıxış hissəsi metal folqa ilə tərtib olunur.
Folqanın aşağı hissəsi boyunbağı ilə bağlanır.
Şərbətli banka metal qapaqla hermetik bağlanır.
Şərbətli butulka mantar tıxac, alüminium qalpaq, arakəsməli
alüminium qalpaq və polietilen tıxacla bağlanır.
Şərbətli çəlləklər bağlayıcı vasitələrlə hermetik bağlanır.
Şərbətli flyaqalar və metal konteynerlər hermetik bağlanır və
hazırlayan müəssisədə plomblanır.
59
Qıcqırtmaqla alınan içkilər doldurulan bankalar səhiyyə təşki-
latları tərəfindən icazə verilən bağlayıcı materiallarla bağlanır.
İçkilər doldurulan butulkalar taxta və plasmas qutulara,
həmçinin qutu-avadanlıqlara yığılır.
II tip butulkalar qutulara düzülür, kağıza bükülmüş butulkalar
bu baxımdan istisnalıq təşkil edir.
Qazlaşdırılmayan içkili bankalar taxta qutulara və büzməli
kardon qutulara qablanır.
Şərbətlə dolu bankalar 13358 və 13360 saylı QOST-lara
uyğun taxta qutulara, 13516 saylı QOST-a uyğun büzməli kardon
qutulara qablanır.
Şərbətli butulkalar 13360 saylı QOST-a uyğun şəkildə taxta
qutulara, 18575 saylı QOST-a uyğun ağac qutulara, plasmas
qutulara, 13516 saylı QOST-a uyğun büzməli kardon qutulara,
bədii tərtibatlı suvenir karobkalara, həmçinin 24831 saylı QOST-
a uyğun şəkildə qab-avadanlığa qablanır.
İçki ilə dolu hər butulka yaxud bankaya bədii tərtibatlı etiket
yapışdırılır. Etiketdə aşağıdakılar göstərilir:
Əmtəəlik nişanı, hazırlayan-müəssisənin adı və onun tabe
olduğu təşkilat yaxud (əmtəəlik nişanı olmadıqda) hazırlayıcı
müəssisənin adı (indeksi, nömrə, kod) və onun tabe olduğu
təşkilat;
İçkinin adı və onun tipi;
Tutumu, dm
3
;
Təminatlı saxlanma müddətinin başa çatma tarixi;
Yazı: «Qeyd olunan tarixədək istehlakı arzu olunur»;
Standartı;
Xüsusi fərqləndirici nişan, yaxud yazı (konservantla və s.);
Enerji dəyəri (pəhriz içkiləri və şəkər xəstələri üçün içkilər
– qida və enerji dəyəri.)
Etiketdə əlavə olaraq göstərilə bilər:
İşləyib hazırlayan təşkilatın adı, resepturası və tabe olduğu
təşkilat;
İçkinin qısa səciyyəsi;
60
İstifadə üsulu;
Yazı: «soyuq için», «vitaminləşdirilmiş» yaxud başqası.
İçki doldurulmuş butulkalara boyunbağı yapışdırıla bilər.
Avtosistern markalanmasında silinməyən rənglə trafaretin
köməyi ilə aşağıdakılar göstərilə bilər: sisternin tutumu, dm
3
;
sisternin nömrəsi.
Çəlləklər aşağıdakılar göstərilməklə markalanır: çəlləyin tutu-
mu, dm
3
; sisternin nömrəsi (birinci rəqəm çəlləyin tutumunun so-
nuncu ölçüldüyü kvartalı, ikinci və üçüncü – həmin ölçmənin
aparıldığı ili, qalanlar – çəlləyin inventarlaşma nömrəsini əks
etdirməlidir).
Dəmir yol sisternləri yarlıkda aşağıdakılar göstərilməklə
markalanır: sisternin nömrəsi; dəmir yol nakladnoyunun nömrəsi.
Avtosisternlərdə markalanma silinməyən rənglə trafaretin
köməyilə aparılır. Burada sisternin tutumu, dm
3
; sisternin nömrəsi
əks olunur.
Nəqliyyat tarasına (çəllək, flyaqa, konteyner, «Pepsi-kola» və
«Koka-kola» firmalarının taraları), həmçinin tutumu 2000-10000
sm
3
arasında olan bankalara aşağıdakılar qeyd olunmaqla etiket
yapışdırılır, yaxud yarlıq bərkidilir.
Əmtəəlik nişanı, hazırlayıcı müəssisənin və onun tabe
olduğu təşkilatın yaxud (əmtəəlik nişanı olmadıqda) hazırlayıcı
müəssisənin adı (indeks, nömrə, kod) və onun tabe olduğu təşkilat;
Şərbətin adı;
Tutumu, sm
3
yaxud dm
3
;
Brutto kütləsi (avtomaşın nəqliyyatı ilə daşınmalardan
başqa);
Doldurulma tarixi;
Təminatlı saxlanma müddəti;
Saxlanma temperaturu;
Mövcud standartın ifadə olunması;
Şərbətin emal üsulu.
Avtosistern, dəmir yol sisterni və çəlləklərin doldurma kranına
aşağıdakılar əks olunmaqla etiket yapışdırılır:
61
Hazırlayıcı müəssisənin adı və tabe olduğu təşkilat;
İçkinin adı və tipi;
Emal üsulu;
Təminatlı saxlanma müddəti və temperaturu;
Doldurulma tarixi;
Mövcud standartın ifadə olunması.
İçkilərin qida və enerji dəyəri haqqında məlumat səhiyyə təş-
kilatları tərəfindən təsdiq olunmuş və təlimata uyğun şəkildə
verilir.
Xarici şirkətlərin ticarət markası ilə «Postmiks» avtomatları
üçün konteynerlərdə buraxılan şərbətlər xarici şirkətlərin tələb-
lərinə uyğun şəkildə markalanır.
Büzməli kardon qutularda nəql etdirilən şərbətlər 14192 saylı
QOST-a uyğun şəkildə nəqliyyat markalanmasına məruz qoyulur.
Burada xəbərdaredici lövhə «Ehtiyatlı olun, qırılandır», «Yuxarı»,
«Basma», «Nəmlikdən qorumalı» yapışdırılır.
Dostları ilə paylaş: |