Əl-maiDƏ (SÜFRƏ)


(6.10) “Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyul­muşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi”



Yüklə 2,51 Mb.
səhifə71/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   67   68   69   70   71   72   73   74   ...   317
(6.10) “Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyul­muşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi”.
Ayədə Allahın aydın möcüzələrlə gələn əvvəlki elçilərini rədd etmiş, hətta onları və dəvətlərini məsxərəyə qoymuş qədim xalqları yer üzündən yox edən cəza haqqında Fövqəluca Allah rəvayət edərək Elçisinə (ona Allahın salavatı və salamı olsun!) təsəlli verir və onun (ona Allahın salavatı və salamı olsun!) düşmənlərini hədələyir. Allah onları kafirliklərinə və həqiqəti danma­larına görə qorxunc cəza ilə tələf etmişdir. Onlar veriləcək amansız cəzaya istehza etmiş, lakin o cəza onları hər tərəfdən bürümüşdür. Qoy kafirlər bundan sonra da haqqı inkar etməkdən çəkinsinlər ki, onlardan əvvəlkilərin başına gələnlər onların başına gəlməsin!
          
(6.11) “(Ey Elçim!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (pey­ğəm­bərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”
Ey kafirlər! Əgər siz əvəz veriləcəyinin doğruluğuna şübhə edirsinizsə, onda yer üzündə gəzib dolaşın və sonra yalançıların aqibətinin nə ilə sonuclandığına baxın! Siz ancaq nümunə olaraq cəzalandırılıb məhv edilmiş xalqların və qəbilələrin sür-sümüyün­dən başqa bir şey tapmazsınız. Onların evləri boşalmış və bir zaman onlarda şənlənən və əylənən sahiblərsiz qalmışdır. Onlar Qüdrətli Hökmdar tərəfindən məhv edilmiş və onların haqqında gəzən əhvalatlar ağıllı insanlar üçün ibrət nümunəsi olmuşdur.

Fövqəluca Allah yer üzündə gəzib səyahət etməyi təkcə vücudla deyil, həm də qəlbən yerinə yetirməyi buyurmuşdur ki, insanlar gördükləri hər şeydən ibrət dərsi ala bilsinlər. Əgər onlar sadəcə ətrafa baxmaqla qane olsalar və özləri üçün faydalı nəticələr çıxarmasalar, edəcəkləri səfərlər onlara fayda verməyəcək.
                                    
(6.12) “De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Özü­nə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!”


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin