Əl-maiDƏ (SÜFRƏ)


(6.13) “Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir”



Yüklə 2,51 Mb.
səhifə72/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   68   69   70   71   72   73   74   75   ...   317
(6.13) “Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir”.
Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur ki, müşrikləri tövhidin gerçəkliyinə əmin etsin və onlardan göylərin və yerin Yaradıcısı, Hökmdarı və Hakiminin kim olduğunu soruşsun. Müşriklər çox yaxşı bilirlər ki, bu sifətlərə Sahib olan yalnız Allahdır və onlar bunu inkar etməyəcəklər. Əgər onlar Onu Kainatın Yeganə Hökmdarı və Hakimi qəbul etsələr, onda onlar niyə Tək Ona ibadət və səmimi qəlbdən qulluq etməyə razılaşmırlar?!

Onun mütləq hakimiyyəti, Onun ilahi mərhəməti ilə əhatə olunmuş göy və yer aləmlərinə şamildir. O, Kainatı Öz Mərhəməti və xeyirxahlığı ilə sarmış və Onun Mərhəmətinin həmişə Onun Qəzəbinə üstün gəlməsini istəmişdir. O, Öz qullarını Öz səxavətin­dən məhrum etməkdən daha çox, onları mükafatlandırmağı sevir. O, mərhəmət qapılarını bütün qullarının qarşısında açmışdır, təkcə onların günahları o qapıları onların qarşısında bağlayır. O, qullarını həmin qapılardan girməyə dəvət edir, amma onların itaətsizliyi və nöqsanları o qapıları tapmaqda onlara mane olur.

Sonra Allah and içir ki, Qiyamət günü insanları mütləq bir yerə toplayacaq və həqiqətən, Onun sözləri ən doğru sözlərdir. O, Öz vədinin gerçəkliyini o qədər dəlil və sübutlarla təsdiq edir ki, o, artıq hiss olunan və ya əllə toxunula bilən həqiqətə çevrilir. Lakin zalım insanlar kafirlikdən başqa hər şeydən əl çəkirlər. Onlar Allahın məxluqlarını diriltmək bacarığını inkar edir, itaətsizlik burulğanına batır, kafirliyə etiqad göstərməyə cəsarət edir və həm yer üzündə və həm də öləndən sonra üçün özlərinin xoşbəxtliyinə islaholunmaz zərbə vururlar. Məhz buna görə Allah buyurur ki, öz mənliyini itirmiş günahkarlar heç vaxt iman gətirməzlər.

Bu gözəl surə tövhidin həqiqiliyini sübut edən müxtəlif məntiqi dəlillər və inandırıcı mətnlərdən ibarətdir. Hətta demək olar ki, surə bütövlüklə Allahın Təkliyinə və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini inkar edən müşriklərin baxışlarının təkzib edilməsinə həsr olunmuşdur.

Surənin yuxarıdakı ayələrində, Allah doğru yolu aydınlaş­dır­mağa və müşriklikdən əl çəkməyə imkan verən həqiqətləri xatırladır. Fövqəluca Allah həm də yada salır ki, gecə və gündüz məskunla­şan­ların hamısı Ona mənsubdur. Onun hakimiyyəti bütün məxluqlara: insanlara, cinlərə, mələklərə, heyvanlara və həmçinin cansız əşyalara da aiddir. Bütün yaradılmışlar Onun qullarıdır və öz Əzəmətli Rəbbinin və Qüdrətli Hökmdarının iradəsinin hakimiyyəti altındadırlar.

Məgər məntiqi sübutlar və müqəddəs mətnlər29 insanları, özlərinə nə xeyir və nə də zərər verə bilməyən qullara ibadət etməyə yönəldir? Məgər onlar xeyir verməyə və zərər vurmağa qadir olan Yaradana, Hakimə, Hökmdara və Tək Allaha səmimi qulluq etməkdən boyun qaçırmağa dəvət edir? Bəlkə, elə sağlam düşüncə və qüsursuz təhtəlşüur30 təkcə Ona məhəbbət və qorxu hissi bəsləyərək, Bir Allaha, aləmlərin Rəbbinə səmimi ibadətə çağırır və tək Ona ümid edir?!

Həqiqətən, O, Ona hər cür mümkün olan dildə ən müxtəlif istəklərlə müraciət edən məxluqlarının səslərini eşidir. O, baş verən və baş verəcək hər şey haqqında öncədən bilir. O, baş verməyəcək şeyləri də bilir və hətta onlar baş versəydi, hansı formada ola biləcəyini də bilir. Ona bütün aşkarda olanlar və gizli qalanlar agahdır.
                        
(6.14) “(Ey Elçim!) De: “Mən göyləri və yeri Yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşrik­lərdən olma!” (deyə buyuruldu)”.
Ey Muhəmməd! Müşriklərə de ki: “Məgər mən köməksiz məxluqları özümə köməkçi və hami edərəmmi?! Mən Fövqəluca Allahdan başqa heç kimi özümə hami saymıram, çünki O, təkbaşına göyləri və Yeri yaratmışdır. O, onları yaratmış və idarə edir. O, məxluqlarına ruzi verir, lakin Özü qidalanmağa heç bir ehtiyac duymur. Məgər mənə yaraşar ki, zəngin və hər cür tərifəlayiq Xaliqdən və Yedizdirəndən başqa kiminsə mənə hima­yəçilik edəcəyinə ümid bağlayım?! Mənə əmr edilmişdir ki, tövhid əqidəsi daşıyan və Allaha müti olan ilk müsəlman olum, çünki mən Rəbbimin hökmlərinə, bütün insanlardan daha çox səylə itaət etməliyəm. Ona şərik qoşanlarla, onlarla həmfikir olanlarla olmaq və yığıncaqlarda yanlarında oturmaq mənə qadağan edilmişdir. Bu hökmlər – mənim üçün ən vacibdir”.
         
         

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin