Əl-maiDƏ (SÜFRƏ)


(6.20) “Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını ta­nı­dıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!”



Yüklə 2,51 Mb.
səhifə75/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   71   72   73   74   75   76   77   78   ...   317
(6.20) “Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını ta­nı­dıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!”
Tövhidin gerçəkliyi haqqında Öz şəhadətini və Elçisinin (ona Allahın salavatı və salamı olsun!) şəhadətini və həmçinin heç bir elmi olmadan tövhidi inkar edən müşriklərin şəhadətini açıqla­dıqdan sonra, Fövqəluca Allah bildirir ki, Kitab əhli – yəhudilər və xristianlar – təkcə Ona ibadətin haqq olduğundan, öz doğma oğullarını tanıdıqları kimi, agahdırlar. Onlar tək Ona ibadət etməyin zəruriliyinə, öz doğma övladlarına, xüsusilə, bir qayda olaraq, ataları ilə birlikdə olan oğullarına şübhə etmədikləri kimi, şübhə etmirlər.

Başqa bir şərhə görə isə, bu ayədəki əvəzlik32 Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aiddir. Ondan aydın olur ki, Kitab əhli onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyinə şübhə etmirlər, çünki sonuncu peyğəmbərin xüsusiyyətləri haqqında öncə vəhy edilən çoxsaylı xəbərlər33 onlara məlumdur və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məziyyətlərinə tamamilə uyğundur və başqa heç kimə uyğun gəlmir. Şübhəsiz ki, hər iki şərh bir-biri ilə qarşılıqlı bağlıdır.

Sonra Allah xəbər verir ki, əgər insanlar imanı və tövhidi unudurlarsa, halbuki insanlar məhz onlara görə xəlq ediliblər, onda Şan-şöhrətli Hökmdarın mərhəmətindən məhrum edilirlər. Onlar – islahedilməz kafirlərdir və əgər insan imandan məhrum­dursa, onda onu gözləyən təsəvvür olunmayan dərəcədə böyük zərər və uğursuzluq haqqında hətta heç soruşmaya da dəyməz.
              

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin