ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ ﰤ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ (6.27) “(Ey Elçi!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!”
(6.28) “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!” Fövqəluca Allah bu ayələrdə Qiyamət günü özlərinin Odpüskürən Cəhənnəm qarşısına düşdüklərini görəcək müşriklərin vəziyyəti barədə xəbər verir. Onları Cəhənnəm qarşısında saxlayacaqlar ki, tənə və danlaqlara qulaq assınlar. Bu, dəhşətli bir səhnə və ürəkparçalayan bir tamaşa olacaq. Onlar kafirliyə etiqad etdiklərini və Allaha itaət etməkdən yayındıqlarını boyunlarına alacaq və onları yenidən Yer üzünə qaytarmağı diləyəcəklər. Onlar bir daha heç vaxt Allahın ayələrini inkar etməyəcəklərinə və əsil mömin olacaqlarına söz verəcəklər, lakin onlar bunu ona görə edəcəklər ki, əvvəllər gizli saxladıqları artıq onlara bəyan olacaq.
Onlar çox vaxt başa düşürdülər ki, yalançılıq edirlər, lakin onlar bunu öz ürəklərində gizlədirdilər. Yaramaz niyyətli olmaları onlara yalandan əl çəkməyə imkan vermir və onların qəlbini xeyirxahlıq etməkdən döndərirdi və buna görə hətta Axirət günü onların vədləri yalan olacaqdır. Müşriklər ancaq onlara doğru yönəlmiş cəzanı özlərindən uzaqlaşdırmaq üçün vədə verəcəklər və əgər onları geri döndərsəydilər, yenə də qadağan olunmuş əməllərə yol verərdilər, çünki onlar – yalançıdırlar.
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺﭻ ﭼﭽ ﭾ ﭿﮀﮁ ﮂ ﮃ