Əl-maiDƏ (SÜFRƏ)


(6.64) “De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bü­tün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”



Yüklə 2,51 Mb.
səhifə85/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   81   82   83   84   85   86   87   88   ...   317
(6.64) “De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bü­tün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”
Ey Peyğəmbər! Allaha şərik qoşan və Ondan başqa tanrıçalara dua edən müşrik­lərə müraciət et. Bir Rəbbin varlığına etiqada istinad edərək, təkcə vahid Allaha ibadət etməyin zəruriyyətinə onları inandır. Onlara belə de: “Sizinlə quruda və dənizdə özünüz müstəqil qurtula bilmədiyiniz bədbəxtliklər və çətinliklər baş verərkən, onlardan sizi kim xilas edir? Belə hallarda siz mütiliklə və bütün varlığınızla dua edirsiniz, diliniz duaları təkrarlamaqdan yorulmur. Siz Ona sizi bəladan qurtarmağı yalvarırsınız, Ona minnətdar olacağınıza, Onun nemətlərinə görə şükür edəcəyinizə və onları saleh əməllər üçün istifadə edəcəyinizə və günah məqsədlərə yönəltməyəcəyinizə söz verirsiniz. Allah sizi bu bəd­bəxtçilikdən və bir çox başqalarından xilas edir, lakin siz öz vədinizi yerinə yetirmirsiniz və Onun sizə göstərdiyi neməti unudursunuz. Bütpərəstliyin yanlışlığına və tövhidin ədalətliliyinə bundan da inandırıcı dəlil nə ola bilər?!”
                           
(6.65) “De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digə­rinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!”
Fövqəluca Allah sizin üstünüzə hər tərəfdən cəza göndərməyə qadirdir. O, sizə yuxarı­dan da, aşağıdan da zərbə vura, sıralarınızı yara və sizi kiçik dəstələrə bölə bilər. Əgər bu baş versə, qarışıqlıq düşər, siz bir-birinizı öldürərsiniz, biriniz digərinizin qəddarlığını dadarsınız. Allah sizi belə bir cəzaya məhkum edə bilər. Siz itaətsizliyinizdən çəkinin ki, sizi məhvə uğradan və yox edə bilən amansız cəza sizə düçar olmasın.

Allah ayədə xəbər verir ki, O, insanları amansız cəzaya məhkum etməyə qadirdir, lakin O, müsəlmanlara qarşı mərhəmət­lidir və onlara cəzanı nə aşağıdan, nə də yuxarıdan göndərmir. O, onların üstünə daş yağışı yağdırmır və ayaqlarının altındakı yeri yarmır. Amma bəzi xalqlar digərlərinə üstün gəldikdə onlardan bəziləri digərlərinin qəddarlığını dadmalı olur, yuxarıda təsvir edilən əziyyətləri onların başına gətirir. Yerdə alınan belə cəzalar nəsihətlərə diqqətlə yanaşan və zəhmətə qatlaşanlar üçün ibrət dərsi olur. Allah insanlara müxtəlif möcüzələr göstərir və onlardan hər biri həqiqəti təsdiq edir və bu da ona görədir ki, nəyə görə xəlq edildiklərini dərk etsinlər, dini müddəaları və ilahi dəyərləri özləri üçün aydınlaşdıra bilsinlər.
               

(6.66) “(Ey Elçim!)Sənin camaatın onu (Quranı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizin vəkiliniz deyiləm!”


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin