ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ (5.55) “Sizin Himayədarınız Allah, Onun Elçisi, namaz qılıb zəkat verən və rükuya gedən möminlərdir”26. Yəhudilər, xristianlar və başqa kafirlərlə dostluğun qadağan olunmasını və belə dostluğun nəticəsinin açıq-aşkar zərər olduğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah müsəlmanların kimi özlərinin hamisi və dostları saymalı olduqlarını və bundan necə faydalanmalı olduqlarını xəbər verir.
Allah buyurur ki, Onun himayədarlığına iman və təqvalılıq sayəsində layiq olmaq mümkündür. Hər bir təqvalı mömin Allahı sevməlidir. Əgər o, Allahı sevirsə, hökmən Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) də sevməlidir. Lakin Allahı və Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) layiqincə sevməkdən ötrü o, Onu sevən və Onu öz himayəçisi sayan hər kəsi sevməlidir. Bu insanlar – möminlərdir. Onlar dinin tələblərini qəlbləri və canları ilə yerinə yetirirlər, öz Allahına ixlasla ibadət edir, şərtlərini, fərz və nafilə sünnələrini yerinə yetirməklə namaz qılır, habelə sədəqə qəbul etməyə haqqı olanlara öz malından zəkat verməklə məxluqlara xeyirxahlıq edirlər. Bununla yanaşı, onlar rükuya gedir, yəni, Allah qarşısında itaət edir və aciz olduqlarını göstərirlər.
Beləliklə, möminlər Allahın bu ayədə xatırlatdığı insanları sevməlidirlər. Onlar ancaq bu şəxsləri özlərinin yeganə dostları və köməkçiləri hesab etməli və bütün qalanlarla dostluq etməkdən əl çəkməlidirlər.