Əl-maiDƏ (SÜFRƏ)


(5.74) “Doğrudanmı onlar Allah qarşısında tövbə etməyəcək və Ondan bağışlanma istəməyəcəklər? Axı Allah Bağışlayan və Rəhmlidir”



Yüklə 2,51 Mb.
səhifə60/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   56   57   58   59   60   61   62   63   ...   317
(5.74) “Doğrudanmı onlar Allah qarşısında tövbə etməyəcək və Ondan bağışlanma istəməyəcəklər? Axı Allah Bağışlayan və Rəhmlidir”.
Doğrudanmı onlar Allahın istədiyinə və Onun razı olduğuna müraciət etməyə­cəklər? Doğrudanmı onlar Onu özlərinin Vahid Allahı, İsanı isə Onun qulu və elçisi qəbul etmirlərmi? Doğrudanmı onlar danışdıqları sözlərə görə tövbə etməyəcək və Allahdan bağışlanmalarını xahiş etməyəcəklər? O, tövbə edənlərin günahlarını, onlar göylərdəki buludlara qədər olsa belə, bağışlayır, tövbəsini qəbul edir və qüsurlarını saleh əməllərlə əvəz etməklə qulla­rına mərhəmət göstərir.

Qeyd etmək lazımdır ki, tövbə etməyə yönəldilmiş bu çağırış son dərəcə yumşaq və lütfkar təklif kimi səslənir. Bundan sonra Allah, Məsih və onun anasının (onlara Allahın salamı olsun) əsil həqiqətdə necə mövqe tutduqlarını izah edir:

                         
(5.75) “Məryəm oğlu Məsih sadəcə elçi idi. Ona qədər də elçilər olmuşdu, onun anası isə ən sadiq qadın idi. Hər ikisi yemək yeyirdilər. Bax gör Biz bu ayələri necə izah edirik. Sonra isə bax gör, onlar haqdan necə də üz döndərirlər”.
Məsih sadəcə Allahın elçisiydi və ona qədər də elçilər gəlirdilər. O, Onun qularından və elçilərindən biriydi. Bu qulların Allahın işlərinə müdaxilə etmək, Onun onlara nazil etdiyindən başqa nə yeni şəriət yaratmaq haqqına, nə də Kainatda baş verən proseslər üzərində hakimiyyətə malik deyildilər. O, insanlara Allahın ona nazil etdiyini gətirmişdi və ona qədər göndərilmiş peyğəmbərlərə oxşayırdı. O, o biri peyğəmbərlərdən, onu, ölümlü bir insanı, Rəbb olan Allaha çevirə biləcək keyfiyyətlərlə fərqlənmirdi.

Onun anası sadiq mömin qadından başqa bir kəs deyildi. O qadın peyğəmbər­lərdən sonra ən yüksək pilləyə ucalmış sadiq qullar cərgəsinə məxsus idi. Onların düz­günlüyü möhkəm əqidə və saleh əməllər kimi ifadə edilən faydalı biliklərində öz təzahürünü tapır.

Bu, sübut edir ki, Məryəm peyğəmbər deyildi, o, sadəcə sədaqətli qullar cərgəsinə aiddi və elə bu şöhrət onun üçün kifayət idi. Digər qadınlar arasında da peyğəmbərlər olmamışdı, çünki Allah peyğəmbərlərini ən kamil cinsin nümayəndələri arasından seçirdi. Fövqəluca Allah buyurur: “(Ey Elçim!)Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik...” (Nəhl, 16/43).

Əgər İsa (ə) ona qədər göndərilən peyğəmbərlərin və elçilərin sırasına daxil idisə, onun anası isə sədaqətli mömin qadın idisə, bəs onda xristianlar onları nəyin əsasında Allahla yanaşı ilahlar sayırlar? Onların hər ikisi də yemək yeyirdilər və bu, onların qul olmasına, yeməyə, içməyə və Adəmin nəsillərinin ehtiyac duyduqlarına ehtiyacları olduğuna parlaq sübutdur. Əgər onlar doğrudan da ilah olsaydılar, onların yeməyə və içməyə ehtiyacı olmazdı və ümumiyyətlə heç bir ehtiyac hissi keçirməzdilər, çünki ilah heç şeyə ehtiyac duymayan və tərifə layiq keyfiyyətlərə malik olmalıdır.

Bunu izah etdikdən sonra, Fövqəluca Allah qullarının diqqətini Özünün, həqiqəti aydınlaşdırmağa və möhkəm etiqada malik olmağa kömək edən – açıqladığı ayələrinə yönəldir. Lakin kafirlərə heç bir izahat fayda vermir və onlar haqdan boyun qaçırmaqda, yalan danışmaqda və iftira atmaqda davam edirlər. Onlar inadkarlıq göstərir və büsbütün zalımlıq edirlər.
                


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin