Mən deyərəm ki: Yetim malı yemənin həlak edici böyük bir günah olduğunu bildirən, həm Əhli Sünnə və həm Şiə kanallı rəvayətlərin sayı bir çoxdur.
11- Allah, sizə övladlarınız haqqında (bunu) tövsiyə edər: Kişinin payı iki qızın payı qədərdir. Uşaqlar ikidən çox qız olsalar, ölünün arxada qoyduğunun üçdə ikisi onlarındır. Əgər tək bir qız olsa, (mirasın) yarısı onundur. Ölənin uşağı varsa, buraxdığından ana-atasından hər biri üçün altıda bir hissə vardır. Əgər uşağı yoxsa və (yalnız) ana-atası ona varis olmuş isə, üçdə biri anasınındır. Əgər ölənin qardaşları varsa, anasının payı altıda birdir. Bu paylar, ölənin etdiyi vəsiyyət və ya borcun düşülməsindən sonradır. Atalarınız və oğullarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu bilməzsiniz. Bunları Allah tərəfindən qoyulan fərzlər olaraq qəbul edin. Şübhəsiz Allah biləndir, hikmət sahibidir.
12- Etdikləri vəsiyyət və borc düşüldükdən sonra, bərabər/yoldaşlarınızın əgər uşaqları yoxsa, arxada qoyduqları mirasın yarısı sizindir; uşaqları varsa, buraxdıqlarından dörddə biri sizindir. Sizin də etdiyiniz vəsiyyət və borc düşüldükdən sonra, uşağınız yoxsa, buraxdığınızın dörddə biri onlarındır (bərabər/yoldaşlarınızındır); uşağınız varsa, buraxdığınızın səkkizdə biri onlarındır. Əgər miras buraxan kişi və ya qadının ana-atası və uşağı olmayıb (ana tərəfindən) bir kişi və ya bir bacıs(n)ı varsa, bunlardan hər birisi üçün altıda bir hissə vardır. Əgər qardaşlar bundan çox dirlərsə, (bərabər bir şəkildə) üçdə birə ortaqdırlar. (Bu bölünmə) zərər verici olmadan edilən vəsiyyət və borc düşüldükdən sonradır. Bunlar Allahdan sizə tövsiyə və əmrdir. Allah biləndir, halım (cəza vermədə tələsik etməz).
13- İşdə bunlar, Allahın sərhədləridir. Kim Allaha və Rəsuluna itaət etsə, Allah onu altından çaylar axan cənnətlərə soxar, (onlar) orada əbədi qalıcılardır; işdə bu, böyük bir qurtuluşdur.