Əl-Mİzan fi TƏFSİr-el quran içindekiler c: 4 : Al İmran Surəsi


"Özlərinə kitabdan bir pay verilənləri görmürsənmü?..." Yuxar



Yüklə 1,08 Mb.
səhifə289/349
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2148
1   ...   285   286   287   288   289   290   291   292   ...   349
"Özlərinə kitabdan bir pay verilənləri görmürsənmü?..." Yuxarıda surənin 36-42. ayələrini araşdırarkən, o ayələr ilə təfsirinə başladığımız bu ayələr arasında müəyyən nisbətdə əlaqə olduğunu ifadə etmiş, o ayələrin Yəhudilər haqqında endikləri yolunda bir görüşün olduğuna da toxunmuşduq.

Qısacası, bu ayələrdən aydın olan budur: Yəhudilər möminləri sevər görünərək və onların yaxşılıqlarını istər təəssüratını buraxmağa çalışaraq, möminlərin arasında fitnə çıxarmağa çalışır, onlara xəsisliyi və Allah yolunda infak etməməyi əmr edirdilər. Məqsədləri bu yolla onların səylərinin müvəffəqiyyətə çatmasını, inkişaf və irəliləmə qeyd etmələrini maneə törətmək idi. Buna görə bu ayələrin ya doğrudan Yəhudilər haqqında və ya onlarla əməkdaşlıq edərək, onlarla dostluq quran, onların sapdırıcı təlqinləri ilə sapan, onların tərəfinə meyl edərək xəsisliyi mənimsəyən və sonra da başqalarına xəsis olmağı əmr edənlər haqqında enmiş olmaları lazımdır.

İşdə, "Sizin də yoldan çıxmanızı istəyirlər. Allah sizin düşmənlərinizi daha yaxşı bilər..." ayələrindən çıxan nəticə budur.

Bu iki ayənin mənas(n)ı -hərçənd Allah doğrusunu hər kəsdən daha yaxşı bilər- budur: Sizə indi izah etdiklərimiz; əvvəl izah etmiş olduğumuz lovğalanma, öğünme, xəsislik və riyakarlıqla Allah yolunda infaktan qaçınan kimsə haqqında daha əvvəl izah etmiş olduqlarımızı təsdiqləyir. Yəhudiləri görürsən ki, özlərinə kitabdan bir pay -yəni özlərinin iddia etdiyi şəkildə kitabın bütünü deyil, yalnız bir hissəs(n)i- verildi. Bunlar pozğunluğu satın alırlar, onu hidayətə seçirlər və sizi də yoldan çıxarmaq istəyirlər. Onlar hər nə qədər sizi gülər yüzlə qarşılasalar, yaxşılığınızı istəyərmiş kimi görünsələr, köməkçiləriniz və dostlarınız şəklində sizinlə əlaqə yaratsalar və beləcə sizə, xoşunuza gedən və könüllərinizin təsdiqləyəcəyi şeyləri izah etsələr də sizin üçün istədikləri tək şey, doğru yoldan çıxmanızdır. Necə ki özləri üçün də elə bir pozğunluğu seçmişlər. Allah sizin düşmənlərinizi sizdən daha yaxşı bilər. Onlar sizin düşməninizdir. Elə isə xarici görünüşləri sizi aldatmasın. Onları dostlarınız və köməkçiləriniz fərz edərək əsla/çəkin əmrlərinə itaət etməyin, onların cilalanılmış sözlərinə və bəzəkli püslü təlqinlərinə qulaq asmayın. Siz onların yalançı dostluqlarına və ümid etdiyiniz köməklərinə möhtac deyilsiniz. Gerçək bir dost olaraq Allah yetər, bir köməkçi olaraq da Allah kafidir. Allahın dostluğu və köməkçiliyi olduqdan sonra artıq onların dostluqlarının və köməkçiliklərinin nə gərəyi var?


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   349




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin