Əl-Mİzan fi TƏFSİr-el quran içindekiler c: 4 : Al İmran Surəsi


"Bax necə Allaha qarşı yalan uydururlar..." Əhli Kitabın özlərini təmizə çıxarmaları



Yüklə 1,08 Mb.
səhifə297/349
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2148
1   ...   293   294   295   296   297   298   299   300   ...   349
"Bax necə Allaha qarşı yalan uydururlar..." Əhli Kitabın özlərini təmizə çıxarmaları; Allahın oğulları, sevdikləri və dostları olmaları ilə özlərini tərifləyib ucaltmaları və bunlara bənzər digər pohpohlanmaları Allaha qarşı bir yalan və böhtandır. Çünki Allah onlara beləsinə imtiyazlar vermiş deyil. Qaldı ki, əgər doğru olsa belə, [insanlar tərəfindən edilən belə bir] tərifləmənin özü böhtandır. Çünki az əvvəl söylədiyimiz kimi, bu öyünmə Allaha ortaq qaçmaq, ONA ortaqlıq nisbəti verməkdir. Halbuki Allahın hakimiyyətdə ortağı yoxdur. Necə ki Allah "ONun hakimiyyətdə ortağı yoxdur." (İsra, 111) buyurur.

"Açıq-aşkar bir günah olaraq bu, (onlara) yetər." Yəni kitab əhlinin söz mövzusu öyünməsindəki qorxu; yalnız Allaha qarşı yalan uydurmaqdan ibarət olsa, bu qorxu onun açıq-aşkar bir günah olması üçün kifayətdir. Ayədə, insanın yaxşılıqlara qovuşmasını maneə törədən və təxirə salan, qınanmış bir hərəkət mənasını verən "ism=günah" termininin istifadə edilməsi, işlənən söz mövzusu cinayət/günaha uyğundur. Çünki Allaha böhtan atmaq, ONA ortaq qaçmanın növlərindən və budaqlarından biridir və beləliklə Allahın rəhmətinin enişinə mane olar. Daha əvvəlki ayədə olduğu kimi kafirlik mənasını verən və bağışlanılmağı maneə törədən şirk üçün də eyni termin istifadə edilmişdir. Bilindiyi kimi uca Allah, "Allah özünə ortaq qaçılmasını bağışlamaz." dedikdən sonra "ism=günah" terminini istifadə edərək "Allaha ortaq qaçan kimsə, həqiqətən böyük bir günah işləmişdir." buyurmuşdur.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   349




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin