Əl-Mİzan fi TƏFSİr-el quran içindekiler c: 4 : Al İmran Surəsi



Yüklə 1,08 Mb.
səhifə334/349
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2148
1   ...   330   331   332   333   334   335   336   337   ...   349
Mən deyərəm ki: el-Kafidə də müəllif öz rəvayət zənciriylə Əbu Basara söykədiyi bir rəvayətdə İmam Misdən (ə.s) buna bənzər bir rəvayəti çox az ifadə fərqi ilə nəql etməkdədir. (Üsulu Kafi, c. 1, s. 286, h: 1)

Təfsir-ul Burhanda İbni Şehraşupdan, o da Mucahidin təfsir kitabından belə nəql etmişdir: "Bu ayə, Əmr-ül Möminin Hz. Əli haqqında, Peyğəmbərimizin özünü Mədinədə xəlifə buraxması əsnasında idi. O sırada Hz. Əli, 'Ey Allahın elçisi, məni qadınlara və uşaqlaramı xəlifə buraxırsan?' dəyincə, Peyğəmbərimiz ona bu cavabı verdi: Ey möminlərin əmri! Harun Musa üçün nə idi isə, sən də mənim üçün elə olmaq istəməzsənmi? Hanı Musa, Haruna demişdi ki: 'Qövmüm içində mənim yerimə keç, onları islah et.' (Ə'RAF, 142) Quranda da uca Allah (sənin haqqında), 'və sizdən olan ululemre də itaət edin.' deyə əmr etmişdir."

Mücahid davamla belə deyər: Uca Allah, Hz. Əlini (ə.s) Hz. Məhəmməddən (s. a. a) sonra və Peyğəmbərimiz onu Mədinədə yerinə buraxdığı zaman ümmətin vəlisi olaraq vəzifələndirdi, qulların ona itaət etmələrini və ona qarşı gəlməkdən qaçınmalarını əmr etdi." (Təfsir-ul Burhan, c. 1, s. 386, h: 31. Menakıbı İbni Şehraşup, c. 3, s. 15)

Yenə eyni əsərdə Mücahiddən, o da İbanet-ül Fələyidən belə nəql etmişdir: "Bu ayə, Əbu Bureydenin Hz. Əlidən (ə.s) şikayətçi olduğu sırada endi..." (Təfsir-ul Burhan, c. 1, s. 386, h: 31)

Abakat-ul Envar adlı əsərdə Şeyx Süleyman b. İbrahim Belhinin Yenabi-ul Meveddet adlı əsərindən, o da el-Menakıpdan, o da Süleym b. Kays el-Hilalidən Hz. Əlinin (ə.s) belə dediyini nəql edər: "Bir qulun pozğunluğa ən yaxın vəziyyəti uca Allahın hüccetini (imamını) və qulları üzərindəki şahidini bilməməsidir ki, Allah qullarına bu hüccete itaət etməyi əmr etmiş və onun vəlayətini (vəliliyini) fərz etmişdir."

Hədisin ravisi Süleym deyir ki: "Ey Əmr-ül Möminin, onların kim olduqlarını mənə izah et." dedim. Mənə bu cavabı verdi: "Onlar Allahın 'Allaha itaət edin. Peyğəmbərə və sizdən olan ululemre də itaət edin.' ayəsində özü və Peyğəmbəri ilə bir yerdə zikr etdiyi kəslərdir." Özünə, "Sənə qurban olum, mənə bu mövzunu açıqla." dəyincə Hz. Əli (ə.s) bunları söylədi: "Bunlar Rəsulullahın (s. a. a) müxtəlif yerlərdə və vəfat etdiyi günkü son xütbəsində haqqlarında belə dediyi kəslərdir: "Mən sizə iki şey buraxıram. Əgər onlara sarılsanız əsla yoldan çıxmazsınız. Bunlar Quran ilə mənim soyam; Əhli Beytim. Hər şeydən xəbərdar və lətif olan Allah mənə qətiliklə bildirdi ki, bunların ikisi Havzun başında mənə gələnə qədər bir-birlərindən ayrılmayacaqlar.' -İki əlinin şəhadət barmaqlarını birləşdirərək- Eynilə bu ikisi kimi; -arxasından şəhadət barmağı ilə orta barmağını yan-yana gətirərək- 'bu ikisi kimi deyil. Bunların ikisinə sıx sarılın, onların qabağına keçməyin ki havalanarsınız."


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   349




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin