Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti


Milli şirin xorəklərin hazırlanması



Yüklə 108,13 Kb.
səhifə29/48
tarix22.04.2023
ölçüsü108,13 Kb.
#101460
1   ...   25   26   27   28   29   30   31   32   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Milli şirin xorəklərin hazırlanması
Azərbaycan mətbəxinin elə də geniş ceşidli şirin xorəkləri reseptləri kutləvi qidalanma muəssisələri ucun yaradılmayıb.
Buna baxmayaraq bəzi mərasimlərdə geniş istifadə edilən şirin xorəklər əhali tərəfindən hazırlanıb istifadə edilir. Bu xorəklərin hazırlanma texnologiyalarını nəzərdən kecirək.
Quymaq. Yağ tavada əridilib qızdırılır. İsidilmiş yağının uzərinə ələnmiş un səpilir və un qızılı rəng alınca qızardılır.
Qızardılmış yağlı un qalın divarlı soteynikə kecirilir və arasıkəsilmədən qarışdırılmaqla o qaynar suda həll edilir. Qarışdırılma elə yerinə yetirilməlidir ki, un pıxtaları yaranmasın. Qarışıq səthinə
yağ cıxınca zəif od uzərində bişirilir. Bu zaman soteynikin dibində qazmaq əmələ gəlir.
Sufrəyə verilən zaman Hazır quymaq boşqaba cəkilir, uzərinə qazmaq qoyulur. Qazmağın uzərinə şəkər və darcın səpildikdən sonra yağ gəzdirilir. Quymağa muxtəlif ədviyyə qarışığı
(zəncəfil, keşniş toxumu, darcın, sarıkok) qatılır.
Hər pay ucun burada 40 q buğda unu, 20 q ərinmiş yağ, 10
q şəkər, 0,2 q darcın və duz goturulur.
Halva. Halva hazırlamaq ucun yalnız ərinmiş yağdan və buğda unundan istifadə edilir. Digər yağlardan istifadə edildikdə halvanın təmi və elastikliyi yaxşı alınmır.
Ərinmiş bərk yağ tavaya qoyulur və qızdırılır. Ələnmiş un yağın uzərinə səpilir və qızılı rəngədək qovrulur. Qovrulmuş una bəhməz (tər halva ucun) qatılır və arasıkəsilmədən qarışdırılmaqla təkrar qızardılır. Bəhməz balla da əvəzlənə bilər. Baldan istifadə etdikdə halvanın keyfiyyət gostəriciləri bir qədər də yaxşılaşır.
Adi halva ucun isə zəfaranlı şəkər şərbəti hazırlanır. Bunun ucun qənd isti suda həll edilir və zəfəranla birləşdirilir. Hazır halva dayaz desert nimcələrə qoyulub yastılanır və uzərinə darcın
səpilir.
Hər 100 q halva hazırlamaq ucun burada 40 q əla nov un,
20 q ərinmiş yağ, 25 q doşab, yaxud 20 q qənd və 0,2 q darcın
goturulur.
Sucuq. Qarğıdalı unu fasiləsiz qarışdırılmaqla qaynayan duzlu suya qatılıb 10 dəq. qaynadılır. Bundan sonra şəkər, yağ və zəfəran dəmləməsi və duz əlavə edilir. Təmizlənmiş qoz ləpəsi
xırdalanır, yarısı sucuğa qatılır, qalan hissəsi isə xorək sufrəyə veriləndə onun uzərinə səpilir.
Hər pay ucun burada 50 q ev şəraitində hazırlanan buğda
nişastası və ya qarğıdalı unu, 110 q su, 20 q ərinmiş yağ, 40 q
şəkər, 40 q qoz ləpəsi, 0,1 q zəfəran və duz goturulur.
Umac halvası. Una az miqdarda su və ya sud qatılıb ovxalanır və iri gozcuklu ələkdən və ya aşsuzəndən kecirilməklə umac hazırlanır. Ərinmiş yağ tavada qızdırılır, uzərinə umac
əlavə edilib qızılı rəngə catınca qovrulur, sonra şəkər şərbəti əlavə edilir. Şərbət umaca hopsun deyə o 10-15 dəq. tavada saxlanılır. Umac halvasına xırdalanmış qoz da əlavə edilə bilər.
Hazır umac halvası dayaz desert boşqaba cəkilib sufrəyə verilir.
Halva nazik yuxalara durmək formasında da bukulub sufrəyə
verilə bilər.
Əla nov buğda unu – 400 q, ərinmiş yağ – 200 q, doşab –
250 q (və ya şəkər tozu – 200 q), darcın – 2 q, sarıkok – 2 q.



Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin