Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti



Yüklə 108,13 Kb.
səhifə2/48
tarix22.04.2023
ölçüsü108,13 Kb.
#101460
1   2   3   4   5   6   7   8   9   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Suda bişirilmiş balıq xörəkləri
Suda bişirmək üçün karp, çəkibalığı, navaqa, angil balığı və ilan balığından başqa, demək olar, bütün balıq cinsləri istifadə olunur. Balıq bütöv, halqa və paylıq tikə şəklində bişirilir. Bişən
zaman deformasiyaya olunmasın deyə, balıq az miqdarda qazana salınıb zəif qaynadılmaqla bişirilir.
Bütöv, iritikəli və halqavarı doğranmış balıq iki-üç yerdən sapla sarınaraq şəbəkəli balıq qazanına qoyulur. İri balıq qarnı aşağı, iri tikələr və halqalar isə dərisi aşağı olmaqla şəbəkənin
üzərinənə qoyulur, ist su tökülür (su balığın səthindən 3-5 sm hündür olmaqla), sonra duz, dənəvər istiot, dəfnə yarpağı, yerkökü,cəfəri, baş soğan qatılıb qaynadılır, əmələ gələn kəf yığılıb
kənarlaşdırılır, bundan sonra isidilmə zəiflədilir 85-95° temperaturda, yəni qaynardan Salınaraq balığın bişirilməsi davam etdirilir.
Balığın bişib hazır olması aşpaz iynəsi batırmaqla müəyyənləşdirilir.
Rəngini mühafizə etmək məqsədilə qızlıl balıq və forel bişirildikdə həlimə bir qədər sirkə vurulur.
Balıq bişirilən zaman əldə edilən həlim şorba və sousların hazırlanmasında istifadə olunur.
İsti emalda balığın bişib hazır vəziyyətə gətirilməsi anının düzgün müəyyənləşdirilməsi çox vacibdir, çünki xörəyin keyfiyyəti bundan asılıdır.
Bişmiş balıq süfrəyə verilənə qədər 30-40 dəq. çox olmamaq şərti ilə isti həlimdə saxlanılır.


Suda bişmiş balıq (file). Dərili və qabırğa sümüklü balıq filesinə bölünmüş balıq paylıq tikələrə doğranır. Balıq tikələrinin bişmə prosesində deformasiyaya uğramaması üçün paylıq tikələrin
dərisi üzərində 2-3 kəsik edilir. Bundan sonra bir cərgə dərisi yuxarı olmaqla şəbəkəli qazana yığılır, üzərinə isti su tökülür. Suyun səviyyəsi balıq tikələrinin səthindən 3-5 sm hündür olmalıdır.
Baş soğan, yerkökü, cəfəri kökləri, dəfnə yarpağı, dənəvər qara istiot və duz əlavə edilib qaynadılır. Elə ki, su qaynamağa başlayır əmələ gələn köpük və kəf yığılıb kənarlaşdırılır. Bundan sonra isidilmə zəiflədilir və qaynama anından hesablanmaqla bişirilmə 85-900C temperaturda 5-7 dəq. müddətində davam etdirilir.
Bişmiş balıq 30-40 dəqiqədən çox olmamaq şərti ilə isti həlimdə saxlanılır. Bu xörəyə qarnir kimi bişmiş kartof, kartof püresi, tərəvəz raqusu istifadə edilə bilər.
Bişmiş kartof hazırlamaq üçün kartof çəllək yaxud kürə şəklində yonulur və suda hazır olunca bişirilir. Balıq süfrəyə verilən zaman qızdırılmış paylıq nimçəyə yaxud boşqaba bişmiş paylıq
isti balıq tikəsi qoyulur, üzərinənə cəfəri göyərtisi səpilir.
Bəzək üçün balığın yanına bir ədəd bütöv şəkildə suda bişmiş xərçəng də qoyula bilər.
Xörəyin yanına sous qabında tomatlı, və ya xamalı, və ya polşa sousu qoyulur.



Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin