Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti



Yüklə 108,13 Kb.
səhifə8/48
tarix22.04.2023
ölçüsü108,13 Kb.
#101460
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Sous və düyü ilə lanqus.Hazırlanıb (zirehli boyun) çiy dondurulmuş lanqustların donu otaq temperaturunda (18-200C) bloklarda bir cərgə düzülməklə 3 saat müddətində (lanqustların bir-birindən tam aralanmasınadək) açılır.
Donu açılmış lanqust boyunları dənəvər qara istiot, dəfnə yarpağı əlavə edilmiş qaynayan duzlu suya (1 kq. Lanqus boyunu üçün 2 l su. 100 q duz) əlavə edilir və 15-20 dəq. bişirilir. Bişmə prosesində hazır lanqust boyunları suyun üzərinə qalxır.
Hazır lanqustları isti emal etmək məsləhətdir. Yumşaq əti zirehdən ayırmaq və kürünü (əgər o vardırsa) çıxartmaqdan ötrü zirehin ortasından kürək hissədən bütün uzunu boyu və ya lanqust boyunun yan kənar haşiyəsi bıçaqla kəsili. Çıxarılmış kürü istifadə edilmir.
Süfrəyə verilməzdən əvvəl lanqust zirehdən azad edilir,yumşaq ət uzununa kəsilir, üzərinə həlim tökülür və qaynadılır.
Hazır lanqust pörtlədilmiş düyü və tərəvəzli tomatlı sousla və ya qaymaqlı hollandiya sous ilə süfrəyə verilir
Okean” pastası və balıqdan kotlet və ya bitoçkilər. Dondurulmuş “Okean” zülali pastasının donu otaq temperaturunda 18-200C-də bloklarda təbəqənin səthi təmizlənməklə 2-6 saat müddətində (blokun mərkəzindəki temperaturdan aslı olaraq) açılır. Bloklarının daxili təbəqəsində -10C temperatur alındığı an zülali pastanın donun açılması başa çatdırılır. Zülali pastanın donu istifadəsi lazım olan anda açılmalıdır. Donu açılmış zülali pastanın 4-80C temperaturda saxlanma müddəti 6 saatdır.
“Okean” pastasının təkrar dondurulması yol verilməzdir. Sümüksüz və dərisiz balıq filesi tikələrə doğranır, ətçəkən maşından keçirilir, süddə və ya suda isladılmış boyat çörəklə, zülali “Oken” pastası ilə birləşdirilir, yumurta, duz, döyülmüş qara istiot əlavə edilib ikinci dəfə ətçəkən maşından keçirilir və
qarışdırılır. Kotlet və ya bitoçkilər suxaridə urvalanır, 8-10 dəq.müddətində hər iki üzündən qızardılır, sonra qızardıcı şkafda tam hazır vəziyyətə çatdırılır.
Süfrəyə verildikdə yanına dənəvər qarabaşaq yarmasından sıyıq, və ya bişirilmiş və ya qızardılmış kartof qarniri qoyulur, üzərinə ərinmiş yağ və ya tomatlı, və ya xamalı, və ya soğanlı xamalı sous gəzdirilir.

Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin