Azərbaycanın seçimi və Azərbaycanda keçirilən seçkilər Müşahidəçilərə istinadən qeyd edə bilərik ki, bu vəziyyəttən qalib çıxan Azərbaycandır [16]. Bu Cənubi Qafqaz ölkənin Avropa periferiyasında yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyev Avropa İttifaqı tərəfindən diqqətin olmaması ilə bağlı şikayət edə bilməz. O, Avropa Komissiyasının sədri Jose Manuel Barroso dəvəti ilə 21 iyun 20130cü il tarixində Brüsseli işgüzar məksədilə səfər edərkən Aİ-nin prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu ilə görüşlər keçirmiş müasir dövrdə zamanda ən vacib sayılan Avropa təhlükəsizlik siyasətinə öz loyallığı ilə bu avropalı səlahiyyətli şəxsləri razı sala bilmişdı. Əvəzində isə yenidən öz siyasətinə bir müspət rəy ala bilib. Nəticədə, öz atasının balanslaşdırılmış siyasətinin varisi kimi 9 oktyabr 2013 il tarixində keçirilmiş növbəti prezident seçkilərinin legitimliyini və özünün üçüncü dəfə prezident seçilməsini Aİ-ni tanımağa məcbur etdi. ABŞ rəsmiləri də bu Cənubi Qafqaz dövlətinin rəğbətini və əməkdaşlıqda maraqlı olduğunu zaman-zaman nümayiş etdirir. Bu özünü ABŞ prezidenti Barak Obamanın 7 noyabr 2013-cü il tarixili məktubunda da göstərilmişdir. Bundan əlavə, Azərbaycanla əlaqələrin qurulması istəyində olan neytral İsveçrə Federal Şurasının üzvləri Bakıya səfər etdilər. Həmçinin Avstriya və İsveçrə də Azərbaycanda öz diplomatik nümayəndəliklərini gücləndirdi.
Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı vaxtilə, Aİ tərəfindən öz enerji siyasətinin prioritet məsələsi kimi elan edilən “Nabukko” layihəsinin “ümumi maraq” anlayışının əksinə, Barrozo TAP layihəyə “vahid blokun marağı” statusunu verməklə yeni boru kəmərinin strateji əhəmiyyətini vurğuladı. Böyük Britaniyanın Baş naziri David Cameron da Prezident İlham Əliyevə təbrik məktubunda "Şahdəniz-2" layihəsi çərçivəsində rəsmi Londonun danışıqların uğurla başa çatdırlmasında maraqlı olduğunu bir daha göstərdi. Beləliklə, bir daha bir daha aydın olur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz vacib aktor rolunu saxlamaqda davam edir və Aİ bu layihəyə böyük önəm verir. Konsorsium və Aİ üzvlərinin ümumi maraqlarının üst-üstə düşməsi İlham Əliyevin prezidentliyini üçüncü müddəti üçün mühüm bir əlavə dəstək kimi xidmət edəcəkdir.
Bütün bunlar Azərbaycana bu “Cənub dəhlizi” layihəsinin həyata keçirilməsində aparıcı rol oynamaq və enerji qovşağında İstanbul ilə birlikdə Bakı ötürülmə nöqtəsinin də çevrilmə imkanlarını maksimallaşdırmaq üçün imkan verir. Burada bir məqam da aydındır ki, Avropa enerji layihələrin həyata keçirilməsində Cənubi Qafqaz nəqliyyat dəhlizinin oynadığı rolun gücləndirilməsi Azərbaycan və Türkiyənin öz şərtlərini və tələblərini irəli sürməyə imkan yaradacaq və heç şübhəsiz Aİ-də istər-istəməz bunları nəzərə alınmaq məcburiyyətində qalacaq. Belə olacağı təqdirdə, bu da hər iki dövlətin mövqelərinin güclənməsinə təsir edəcək, regional və hətta qlobal geosiyasətdə ciddi dəyişikliklərin baş verməsinə gətirib cıxaracaq..
Bütün yuxarıda qeyd olunanlar Aİ-nin Böyük Qara dəniz-Xəzər dənizi regionunda daha aktiv fəaliyyət göstərilməsi ilə və ABŞ-da mövcud olan administrasiyasının isə əksinə Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə siyasətinin ləng aparılması fonunda baş verir. Bu danılmaz faktdır ki, ümumi büdcə kəsiri şəraitində ön plana praqmatik mülahizələr çıxır. O da görünür ki, Rusiya kimi amansız amil qarşısında, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın güclənməsi Vaşinqtondakı siyasətçilər tərəfindən getdikcə dəstəklənir. Bunun nəticəsi kimi, onların regiondaki nüfuzu getdikcə güclənir. Müəyyən bir layihənin seçilməsi işində onların daha çox müstəqillik töhfəsini verir. Hazırda regionda Vaşinqtonun əsas marağı özünün hücum və kommunikasiya funksiyaları ilə, Cənubi Qafqazda hərbi dayaq nöqtəsini yaratmaqdır.