Elçin Mehdi. Avroppa Ittifaqının müasir enerji təhlükəsizliyində Azərbaycanın yeri // Strateji Təhlil. Bakı, 2014. №7 S. 165-180


TANAP “Cənub enerji dəhlizi”nin əsas hissəsi kimi



Yüklə 212 Kb.
səhifə5/11
tarix21.02.2022
ölçüsü212 Kb.
#52896
1   2   3   4   5   6   7   8   9   10   11
TAP-TANAPaz

TANAP “Cənub enerji dəhlizi”nin əsas hissəsi kimi
2011-ci il oktyabrın 25-də Trans-Anadolu Boru Kəməri (TANAP) tikintisi ilə əlagədər Azərbaycanla Türkiyə arasında imzalanmış İzmir Memorandumunun əhəmiyyətini yuxarıda qeyd etdiyimiz vahid Böyük Qara dəniz məkanı adı geosiyasi törəməsi kontekstində qiymətləndirilməsi düzgün olardı. Bu saziş, qlobal əhəmiyyəti ilə yanaşı, bölgədə bu ölkələrin mövqeyinin, həmçinin Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi üçün töhfəsini verməkdədir. Lakin TANAP layihəsi regional status-kvonun qorunmasında əlavə sabitləşdirici element kimi qəbul edilə bilər. Nəticədə, bu regionun postsovet ölkələrində milli suverenliyinin gücləndirilməsinə gətirib çıxarır. Potensial stabilləşdirici funksiyasının prizmasından bu layihənin fərqləndirici xüsusiyyəti – Azərbaycan və Türkiyənin, daxili regional qüvvələr kimi burada əsas əhəmiyyətli iştirakçılar şəkilində çıxış etməsidir. Qeyd edək ki, regionun sabitliyinə öz proyeksiyasını salan bütün digər əvvəlki layihələr (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Qərb enerji şirkətlərinin müəyyənləşdirilən iştirakı ilə həyata keçirilirdi.
TANAP, Avropa tərəfindən irəli sürülən və rəsmi Bakı tərəfindən fəal şəkildə dəstəklənən, “Cənub Qaz Dəhlizi” layihələr zəncirində vacib bağlantılarından birinə çevrilməlidir.

Bu müqavilənin imzalanmasına gedən yol bir çox illər ardıcıl olaran hadisələr ilə baş vermiş və bu hadisələrin həyata keçirilməsi zaman Xəzər regionu daha yaxından Zbigniev Brzezinskinin Böyük şahmat tahtasını xatırladırdı.


TANAP layihəsi qəbul olunmışdan bir neçə il öncə enerji mənbələrinin diversifikasiyası məqsədilə Aİ “Nabukko” (Nabucco) qaz kəmərinin tikintisini dəstəkləmişdi. “Aİ Moskvadan olan güclü asılılığından qorxur. Brüssel, ilk növbədə enerji məsələləri üzrə komissar Guenther Oettinger alternativ təchizatçıları və təchizat marşrutları uğrunda mübarizəsini uzun illər göstərirlər... “ [7]. Aİ-nin “Nabukko”nu reallaşdırmaqda məqsədi – bu boru kəməri vasitəsilə Rusiyadan yan keçməklə, Xəzər dənizi regionun qaz yataqlarından Cənubi və Mərkəzi Avropanı təmin etməkdir.
“Nabukko” üçün potensial qaz tədarükçüləri Azərbaycan, Türkmənistan, Qazaxıstan, İraq və İran hesab edilir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ümumi potensialı 13-15 trilyon m3 kimi qiymətləndirilən və ya İran təbii qazının ümumi ehtiyatlarının 50%-ni və dünyadakı bu tipli ehtiyatların 8%-ni təşkil edən – dünyada ən böyük qaz-kondensat ehtiyatlarından biri olan “Cənubi Pars” perspektivli struktur layihəsinin inkişafın davamı olaraq İrandan qaz kəməri inşa edilməsi – Aİ-nin ilkin böyük planına olan dəstək demək idi. Iran təbii qazın bu həcmdəki potensialı Rusiya qazına alternativ mənbələr axtaran və buna çox ehtiyacı olan Aİ komissiyası üzvlərinin və digər vəzifəli şəxslərin diqqət mərkəzindədən kənar qala bilməzdi. Lakin, bu layihə ABŞ-ın ciddi müqavimətinə tuş gələndən sonra, Aİ rəsmiləri diqqəti lahihədəki digər qaz istehsalçılarına yönəltdilər. Bu da danışıqlar prosesininə yeni təkan vermişdir. Burada alternativ variant kimi, İraqla Azərbaycan nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Prezidentinin fikrincə “Azərbaycan çox böyük qaz ehtiyatlarına malikdir - hazırda 2,6 trilyon m3 təsdiq edilmiş qaz ehtiyatları vardır”. [8, s.1]. Beynəlxalq Enerjı Agentliyə (BEA) görə, 2012-ci ildə Xəzər regionunda sübut və ehtimal olunan neft ehtiyatları 48 milyard barel, qaz ehtiyatları – 8.268 trilyon m3 olmişdur.
Bundan əlavə, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi məlumata görə, regionda texniki cəhətdən bərpa edilə bilən 20 milyard barel neft və 6,88 trilyon m3 qazı ehtiyatları öyrənilməmişdir [9].



Yüklə 212 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin