Elçin Mehdi. Avroppa Ittifaqının müasir enerji təhlükəsizliyində Azərbaycanın yeri // Strateji Təhlil. Bakı, 2014. №7 S. 165-180


Mənbə: B.Ş. Enerjı Məlumatlandırılma Administrasiyası, IHS EDIN, Eastern Bloc Energy, Rigzone, and Rystad Energy Qeyd



Yüklə 212 Kb.
səhifə6/11
tarix21.02.2022
ölçüsü212 Kb.
#52896
1   2   3   4   5   6   7   8   9   10   11
TAP-TANAPaz

Mənbə: B.Ş. Enerjı Məlumatlandırılma Administrasiyası, IHS EDIN, Eastern Bloc Energy, Rigzone, and Rystad Energy

Qeyd: Neft istehsalı üzrə məlumatlarlar kondensat neft və qaz daxildir. İran və Özbəkistan siyahıdan çıxarılır, çünki Xəzər hövzəsində heç bir neftin hasilatı yoxdur.

Onun 1.6 trilyon m3. həcmində olan bir hissəsinin inkişafı üçün hələ 1996-cı il  iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yerləşən perspektivli strukturunun istismarı ilə bağlı, “istehsal-şerring” kimi tanınan (PSA tipli)  müqavilə imzalanmış və bu müqavilə parlament tərəfindən də ratifikasiya olunmuşdur. Beləliklə, 2007-ci ildə “Şahdəniz” layihəsi çərçivəsində kommersiya istehsalına başlanılmışdır. Hal-hazırda yatağa daxil olan beş quyuda hasilat davam edir. Hər quyudan sutkada 5 milyon m3- dan çox qaz çıxarılır. Başladığı tarixdən bu günədək hasilatın həcmi 50% artmışdır. 2013-cü ilin birinci rübündə”Şahdəniz” dən gündəlik orta hesabla 27 milyon m3 təbii qaz istehsal olunmuşdur. 2012-ci ilin sonunda “Şahdəniz”dən 7,73 milyard m3 qaz istehsal olunmub ki, bu da 2011-ci ilin göstəricisindən 15.9% çoxdur. Qeyd edək ki, yalnız “Şahdəniz” yatağından hasil edilən qazın həcmi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və digər əməliyyat şirkətlərinin bütövlükdə qurudakı hasilatından çoxdur. 2013-cü ilin yanvar-mart aylarında “Şahdəniz” çərçivəsində 2,42 milyard m3 qaz hasil edilib ki, bu da ötən ilin I rübü ilə müqayisədə 420 milyon m3 çoxdur [10]. Layihənin genişləndirilməsinə maraqlı tərəflərin niyyətləri isə aydındır. Prezident İlham Əliyevə təbrik məktubunda Böyük Britaniya Baş naziri David Cameron “Şahdəniz-2” çərçivəsində rəsmi Londonun danışıqların uğurla başa çatdırmaq niyyətini vurğulamışdır. Xatırladaq ki, “Şahdəniz 2” layihəsi ilə bağlı yekun qərarın verilməsilə ilə əlaqədar səfərin 2013-cü ilin dekabr ayının ortalarında baş tutacağı gözlənilir.


Qeyd edək ki, dünyanın ən zəngin qaz-kondensat yataqlarından biri sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2007-ci il fevral ayından etibarən isə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə əvvəlcə Gürcüstana, sonra isə Türkiyəyə nəql olunmağa başlanıb. Müqaviləyə əsasən, “Şahdəniz”də  “Mərhələ 1” çərçivəsində Türkiyə öhdəlikləri ildə 3,3 milyard m3 qaz təşkil edir. Lakin Türkiyə Azərbaycan ilə qaz sahəsində başqa bir kommersiya müqaviləsini imzalayıb – bu dəfə “Mərhələ 2” bir hissəsi kimi. Bu sənədə görə, 2018-ci ildən başlayaraq, 2020-ci ilində o, “Şahdəniz” yatağından, 16 milyard m3 ümumi planlaşdırılmasına əlavə olaraq, 6 milyard m3 qaz idxalını həvalə etmişdir.
Belə ki, qaz hasilatı və mövcud infrastrukturu kommersiya təklifləri və məhsulun satışı şərtlərinə görə, Azərbaycan, qonşularından fərqli olaraq, çox yaxşı və əlverişli vəziətdədir. Daha da önəmlisi odur ki, Azərbaycan Mərkəzi Asiyadan böyük həcmdə olan xam qazı qəbul etmək üçün daha çox adaptasiya olunub. Bunun üçün isə Mərkəzi Asiya, Qafqaz və Türkiyənin türk xalqları ilə bağlı olan elitalarından siyasi cəhətdən hazırlılı olmakarını tələb edir. Qazaxsan və Türkmənistan da “Cənub Qaz Dəhlizi” Qazaxıstan və Türkmənistanda layihəyə qoşulmakarı bu layihəni daha real və əhəmiyyətli edərdi. .
İstənilən halda Trans-Xəzər boru kəmərinin taleyi, çox güman ki, qabaqcadan həll olunub. Türkmənistan və Azərbaycan arasında cəmi 200 km sualtı boru kəmərinin inşaa edilməsi “Cənub Qaz Dəhlizi” üçün resurs dəstəyi sahəsində mənzərəni əsaslı şəkildə dəyişmiş olur. Göründüyü kimi, Avropa Komissiyası Trans-Xəzər layihəsinə böyük ümid bəsləyir. Azərbaycanada da bu oyunda həlledici rol oynayır.

Yüklə 212 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin