Elçin Mehdi. Avroppa Ittifaqının müasir enerji təhlükəsizliyində Azərbaycanın yeri // Strateji Təhlil. Bakı, 2014. №7 S. 165-180


Böyük Qara dəniz məkanının formalaşması



Yüklə 212 Kb.
səhifə4/11
tarix21.02.2022
ölçüsü212 Kb.
#52896
1   2   3   4   5   6   7   8   9   10   11
TAP-TANAPaz

Böyük Qara dəniz məkanının formalaşması
Enerji balansında olan bu dəyişiklik müasir Avropanın geosiyasi prioritetlərində necə öz əksini tapmışdır? Məlumdur ki, ötən əsrin ortalarında elektroenergetikanın istehsalında kömürdən neftə keçməsi iqtisadi və siyasi sistemlərə özünə məxsus bir inqilabi dəyişiklik gətiridi. Gələcəkdə isə “üstün tutulan yanacağ”ın seçimi nəticəsində istehsalın neftdən təmiz qaza və bunun nəticəsində təmiz energetikaya keçid üçün şərait yaradılmalıdır. Onillər ərzində formalaşdırılmış və inkişaf etdirilmiş neftə söykənən enerji təhlükəsizliyinin təbii qaza keçidilə, yenicə inkişaf edən enerji təhlükəsizlik daha dinamik və regional təmayüllü olacağı görünür. Bundan əlavə, enerji təhlükəsizliyinin formalaşmasına və müzakirəsinə təsir edən maraqlı tərəflərin artan sayı ilə neftdən qaza baş verən keçid qaçılmaz olaraq regional enerji siyasətinin ortaya çıxmasına səbəb olacaq. Belə ki, təbii qaz əsasında yaranan enerji siyasətin regional ölçüsü üçün xüsusi olaraq səmərəliyini nəzərə alaraq, texnoloji, geosiyasi, iqtisadi aspektlərinin kəsişməsi Aİ-nın müasir enerji siyasətinin fərqli cəhətlərinə öz töhfəsini verir.

Yuxarıda qeyd etdiyimiz bu aspekt, Slawomir Rashevsky kimi müasir geosiyasətin bir çox yeni tədqiqatçılarına əsasən, Avropa və onun yaxın qonşularını, o cümlədən Rusiya, Orta Şərq ilə Şimali Afrika, “Böyük Qara dənizi” adı altında birləşdirilən Qara və Xəzər dənizləri regionları kimi, belə böyük bir coğrafi ərazini əhatə edən sahənin birləşdirilməsinə imkan vermişdir. Dünyanın ən böyük təsdiq edilmiş qaz ehtiyatlarının eyni zamanda ümumi bir qonuşuluqda yerləşməsi, təbii qazın əldə etməsi üçün siyasi fəaliyyətin dinamika vektorunun qaçılmaz olaraq inteqrasiyaya hədəfləyir və müvafiq tədbirlər görməyə tələb edir. Geosiyasətdə və enerji sənayesinin siyasi iqtisadiyyatında Böyük Qara dəniz regionun yeni siyasi əhəmiyyəti müvafiq qərarlar gəbul etməsinə təkan verir. Həmin tədqiqatçılar, açıq dənizlərə çıxış imkanları məhdudluğu əsasında Xəzər regionunun coğrafi spesifikasıni, və neft və qaz ehtiyatlarının zənginliyi əsasında formalaşmış regional eyniliyini gəbul edərək, eyni zamanda enerjini istehsal edən Qafqaz, Mərkəzi Asiya regionlarını və Avropa ilə istehlak ölkələr arasında tranzit məkanı kimi, Qara dəniz regionunu, xüsusilə Türkiyəni, və Xəzəri vahid bir məkana birləşdirirlər. Böyük Qara dəniz regionunun genişləndirilmiş ərazisi burdaki enerji istehsalçılarının, Azərbaycan da daxil olmaqla, eləcə də tranzit ölkələrin, xüsusilə Türkiyənin, bir “ümumi evi”dir. [3, s. 295].


Ancaq, istehlakçılar və enerji istehsalçıları arasında olan balansda əks tərəfin üstünlük qazannası prosesinin davam etməsi səbəbindən, maraqlı tərəflər kimi, satıcıların və xüsusən enerji resurslarının tranzitinə malik olan dövlətlərin bu danışıqlar prosesində çəkiləri artır. Ümumiyyətlə Raşevskinin nəticələri ilə razılaşaraq əlavə etməliyik ki, biz bu yenicə təyin edilmiş geosiyasi məkan komponentlərinin mövcudluğu kimi  müstəqil aktorların meydana gəlməsini də unutmamamalıyıq. Nəticədə, beynəlxalq hüquqda dövlətlərin suverenliyi məsələsi prioritet müzakirə obyektindən çıxmasına baxmayaraq, qlobal resurs və siyasi, eyni zamanda, təhlükəsizlik məsələlərinin özünəməxsus məhdudiyyətlərinə görə, istehsal edən və tranzit ölkələri dünya siyasətində ayrı-ayrı dövlətlərin uğurlarına özlərinə xas olan təsirlərini göstərə bilərlər. Buna görə də dünyada həmin aktorların maraqları ilə hesablaşmaq lazım olacaq. Fikrimizcə suverenliyinin təbiətinə nisbətən onların həyata keçirilmə xarakteri və üsulları dəyişir. Yeni dünya siyasətində bu aspekt inkişaf etməkdə olan ölkələrə onların xüsusi milli maraqlarının üzləşdiyi problemlərini həll etmək üçün cəlbedici görünür. Milli enerji təhlükəsizliyi məsələləri həyata keçirilmə üzrə üsullarının qloballaşması ümumi prosesə cəlb olunmuş ayrı-ayrı dövlətlərin öz milli təhlükəsizlik problemlərinin yerli səviyyədə həyata keçirilməsini daha da aktuallaşdırır. Başqa sözlə desək, müasir dünyada enerji istehlak edən ölkələrin enerji təhlükəsizliyini qorunması məsələsi qlobal proqramların həyata keçirilməsi komponentlərindən birinə çevrilib və enerji istehsalçılarının bu cür məhdudli anlanan milli təhlükəsizliklərinin qorunmasında müasir üsullarından birinə dönür. Bu çərçivədə Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi regionlarını əhatə edən geniş coğrafi ərazisinin Avropa ilə əlagələrin təbiəti və əhəmiyyəti müasir siyasi və beynəlxalq münasibətlər elmində geniş olarak müzakirə edilir. [4, s. 2-4]. Bu elmi müzakirələr əsasən regionda təbiət və xarakterlərinə görə müxtəlif olan siyasi rejimlərin qaçılmaz inteqrasiya istiqamətləri üzərində aparlır və beynəlxalq münasibətlərdə realizm və liberalizmin ümumi müzakirəsinə bağlıdır. Bu diskurs real siyasi həyatın xaricində olması görünə bilər, amma üçtərəfli “ümumi qonşuluq” dünyanın ən böyük təsdiq edilmiş qaz ehtiyatlarının aktual iştirakı ilə yeni həllər qəbul edilməsini tələb edir.
Bundan başqa, hər üç bölgənin enerji təhlükəsizliyinin təmin edilməsi mövzusunda aparılan müzakirələr məsafənin əsas element olması haqqında Slavomir Raşevskinin səsləndirdiyi fikir ilə razılaşmamaq mümkün deyil. Məlumdur ki, enerji təhlükəsizliyi enerji mənbələrinin hasilatı sahələrini, onun emalı və elektrik enerjisi istehsalı üçün əsas mərkəzlərini, onun mürəkkəb infrastrukturunu əhatə edir. Həmçinin bura enerjisi ehtiyatlarının istehsalçıları ilə tranzit sahələri vasitəsilə enerji bazarlarını  birləşdirən, çox mühüm olan əsas boru kəmərlər daxil edilir [5 s.105-106]. Həqiqətən də, iqtisadi nəzər-nöqtəsindən yanaşdıqda, istehsalçı və enerji istehlakçıları arasında nisbətən qısa məsafə hər üç coğrafi bölgəlni formalaşdırmıdır. Beləliklə, yuxarıda təsvir edilmiş coğrafi yaxın olan üç enerji regionalarına təhlükələr onları birlikdə bağlayan nəqliyyat infrastrukturların boyunca baş verə bilər. Bu təhlükələrin dərk etməsi isə regionda yerləşən dövlətlərin müəyyən müəssisələrində özünü büruzə verir.
Qaz ticarətinin xüsusiliyi səbəbindən, istehsal və nəqliyyat vasitələrinin – burada təbii qaz boru kəmərlərinin – idarə edilməsi və nəzarəti üçün lazım olan əsas təşkilati strukturlar təbii inhisarçılıqdır ki, bunsuz sənaye fəaliyyət göstərə bilməz. Başqa sözlə, boru kəmərlərində olan təbii inhisarçılıq qaz sənayesi şəbəkəsinin əsasını təşkil edir. Enerji təhlükəsizliyinin tənzimlənməsinin təmin edilməsi üçün qazötürülmə və paylaşma sistemləri, xüsusilə uzun məsafəli boru kəmərləri və bir neçə ikinci dərəcəli şəbəkənri mərkəz boru ilə birləştirən əlaqələndirici boru kəmərləri əsas idarəetmə obyektlərdir. Bunun sübutu kimi, bu ilin oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalayıb [6, s.1].

Yüklə 212 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin